104
Torpaq havası və atmosfer arasında mübadilə gedir.
İnfiltrasiya, buxarlanma, axım və s. proseslər zamanı
suyun
torpağın daxilində hərəkəti, torpağın suyun qlobal dövranında
aktiv iştirak etməsinə səbəb olur.
Bu zaman su torpaq məhlulunu əmələ gətirərək
torpaqəmələgətirmə prosesində aktiv iştirak edir. Aşınma
proseslərinə məruz qalan litosferin üst hissəsi torpağın mineral
komponentlərinin mənbəyi hesab olunur.
Beləliklə torpaq, həm təbii cisim, həm dinamik sistem,
həm də landşaftın bir hissəsi hesab edilir.
V.A.Kovdaya (1985)
görə torpaq örtüyünün əsas
funksiyaları aşağıdakılardır:
- bioekoloji (torpaq canlı maddələrin yerləşdiyi və
fəaliyyətdə olduğu yerdir);
- bioenergetik (humus və digər üzvi maddələrdə günəş
enerjisinin toplanaraq bioloji kütləyə çevrilmə sahəsi);
- azotun fiksasiya funksiyası və zülalların əmələ
gəlməsi;
- əsas kimyəvi elementlərin
qlobal biogeokimyəvi
dövriyyəsində aktiv agentlərin funksiyası;
- Alt kristal süxurları xırda fraksiyalara çevirmə
funksiyası (aşınma);
- hidroloji funksiya (geosferlər arasında aktiv su
mübadiləsi sahəsi);
- meteroloji funksiya (atmosferin tərkib və rejiminin
formalaşmasına aydın təsir göstərən sahə.).
Ekoloji
problemlərin
çoxu
pedosferlə
bağlıdır.
Atmosferin kimyəvi dəyişməsi və onun yaratdığı
nəticələr
maddələrin qlobal biogeokimyəvi tsiklində iştirak etməsindən
asılıdır. Okeanların, kənar və daxili dənizlərin, xüsusən sahil
zonasının vəziyyəti materiklərdən axım vasitəsilə gətirilən həll
olan və asılı kimyəvi maddələrlə təyin olunur.
Bütün bu
maddələrin maye axınının formalaşmasında torpaq örtüyü və
onun vəziyyəti olduqca böyük rol oynayır.
105
Təbii ekosistemlərin vəziyyətinin və məhsuldarlığının
dəyişməsi, xüsusilə meşəsizləşdirmə və səhralaşma torpaq
örtüyünün vəziyyətinə təsir göstərir, bu isə onun sonrakı
məhsuldarlığının aşağı düşməsinə səbəb olur. Nəhayət, süni
yaradılan və ya insan tərəfindən
güclü dəyişikliyə uğrayan
ekosistemlərdə (aqroekosistemlərdə) baş verən ətraf mühit
problemləri də torpaq örtüyünün vəziyyətilə sıxı surətdə
bağlıdır.
Potensial münbitlik nöqteyi nəzərincə qurunun böyük
hissəsi aşağıdakı məhduddiyyətlərə
görə əkinçilik üçün
yararsız, azyararlı və ya əlverişsiz sayılır. (buzlaqlar daxil
olmaqla ümumi sahəyə görə %-lə). (Cədvəl 4.1).
Cədvəl 4.1.
Dostları ilə paylaş: