ŞAHİN ƏHMƏdov


 Xəzər dənizinin yeraltı su ehtiyatları



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə39/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   35   36   37   38   39   40   41   42   ...   107
Mühəndis-ekologiyası

3.8. Xəzər dənizinin yeraltı su ehtiyatları 
rejiminə təsiri 
Xəzər dənizində səviyyənin dəyişməsi ilə qrunt suları 
arasındakı qarşılıqlı əlaqəni təhlil etmək üçün arxiv 
sənədlərindən istifadə edilmişdir. Hal-hazırda 106 quyuda ölçü 
işləri aparılır. Bu şəraitdə hər 15000 ha sahəyə bir quyu düşür. 
Qrunt suları üzərində aparılan müşahidə işlərindən istifadə 
etməklə 
qrunt 
sularının 
yatma 
dərinliyi 
və 
onların 
minerallaşma dərəcələri əhatə edən sahələrin miqdarı müəyyən 
edilmişdir. Qrunt sularının yatma dərinliyi 1 m-dən aşağı olan 
sahələr bilavasitə dənizlə sərhədlənən yerlərdə mövcud olub və 
ümumi sahənin 11-23%-ni təşkil edir. Bu sahələrin miqdarı 
1980-2000-ci illər ərzində 12% artmışdır. Bunun əksinə olaraq 
3-5 m dərinlikləri sahələrinin miqdarı 22%, 5 m-dən yuxarı 
sahələr isə 12% artmışdır. 
Qrunt suların dərinliyi 5m-dən yuxarı sahələr əsas etibarı 
ilə şosse və dəmir yolu boyu yayılmışdır. Ümumiyyətlə, bütün 
sahə üzrə qrunt sularının səviyyəsi 3,44 m-dən 2,32 m-ə qədər, 
yəni 1,12 m qalxmışdır. Bu isə ilkin dərinliyin 32%-ni təşkil 
edir. 


93 
Bilavasitə Abşeron yarımadasına gəldikdə isə qrunt 
sularının səviyyəsi axırıncı 20 il ərzində 1-16 m arasında 
qalxmışdır. Məsələn, Saray qəsəbəsində 15-16 m, Sumqayıt 
şəhərinin cənub-şərqində 3 m. Xırdalanda 7 m, Fatmai kəndi 
yaxınlığında keçmiş 2 saylı sovxozun ərazisində 14 m-ə qədər 
qalxmışdır. Fond materiallarının analizi və təhlili göstərir ki, 
dəniz səviyyəsi qalxana qədər yarımada ərazisinin 80%-dən 
çoxunda qrunt sularının dərinliyi səthdən 10 m-dən çox 
olmuşdur. Son 20 il ərzində Abşeron yarımadasında qrunt 
sularının səviyyəsi qalxma intensivliyi kəskin artmışdır. Qrunt 
sularının 
yatma dərinliyinin 
azalması 
yerüstü suların 
infiltirasiya və qrunt suyu səthindən buxarlanma proseslərinin 
sürətlə getməsinə və minerallaşma dərəcəsinin artmasına 
gətirib çıxarmışdır. Bütün sahə üzrə minerallaşma dərəcəsi 
7,49 q/l-dən 9,04 q/l-ə qalxmaqla 1,55 q/l artmışdır. Bu isə 
ilkin qiymətin 21%-ni təşkil edir. 
Minerallaşma dərəcəsi 1 q/l-dən kiçik olan sahələr əsas 
etibarı ilə Astara-Viləşçay, Qudyalçay-Samur çayları arasında 
ən çox olan sahələr 6% artmışdır. Qrunt sularının yatma 
dərinliyi onların minerallaşma dərəcəsi arasında korrelyativ 
əlaqə mövcuddur və bu əmsalın qiyməti 0,65-ə bərabər 
olmuşdur. Qrunt suları rejiminin dəyişməsi torpaqlarda gedən 
duzlaşma proseslərinin sürətlənməsinə səbəb olmuşdur. Yeraltı 
suların əmələ gəlmə, hərəkət, paylaşma, müqavimət və 
boşalma zonaları var. Xəzərdə su səviyyəsinin qalxması 
bilavasitə və ya dolayı yolla hidrogeoloji zonaların geometrik 
göstəricilərini kökündən dəyişməsinə səbəb olmuşdur. Bu təsir 
Astara-Samur çayları arası ərazilərin geometreoloji quruluşunu 
və hidroloji şəraitini nəzərə alaraq 9 zonaya ayırmağı məqsədə- 
uyğun hesab edilir. Bu zonalarda 1980-2000-ci illərdəki qrunt 
sularının səviyyəsi ilə dənizin səviyyəsini tutuşdurduqda onlar 
arasında korrelyasiya asılılığı müşahidə edilir. Bu zonalarda 
qrunt sularının səviyyəsinin və minerallaşma dərəcələrinin 


94 
1980, 1990 və 2000-ci illər üzrə dəyişməsi aşağıdakı cədvəldə 
verilmişdir. 
Xəzərdə su səviyyəsinin yuxarı qalxması nəticəsində 
qrunt sularının yatma dərinliyi azalmışdır, ən çox azalma 
Qusar-Samur çayları arası zonada 1,19 m, ən çox qalxma 
Astara-Viləşçay arası zonada olub, 1,75 m-ə bərabərdir. 
Astara-Samur çayları arası sahədə qrunt sularının səviyyəsi 
1980-ci ildə 3,44 m, 1990-cı ildə isə 2,84 m, 2000-ci ildə
2,33 m olmuşdur, yəni 1,11 m qalxmışdır. Korrelyasiya əmsalı 
çox olan Viləşçay-Kür çayları arası zonada (0,92 m) su 
səviyyəsinin qalxma sürəti 8,3 sm/il-dir, yəni axırıncı zonada 
birinci zonaya nisbətən qalxma sürəti 1,4 dəfə azdır. 
Qrunt suları səviyyəsinin qalxması nəticəsində onların 
minerallaşma dərəcəsi orta hesabla 1,55 q/l artmışdır ki, bu da 
163 mq/il-ə bərabərdir. Qrunt sularının minerallaşma dərəcəsi 
ən çox artan zonalar Viləşçay-Pirsaatçay çayları arası olub, 
3,52-4,27 q/l-ə bərabərdir. Minerallaşma dərəcəsi ən az artan 
zona Qudyalçay-Samur çayları arası zonalar 1,06-1,54 q/l. 
Bunun səbəbi qrunt suları səviyyəsinin dərində olmasıdır
(4,56-6,47 m). 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin