90
atmosfer yağıntıları və qismən yeraltı sular hesabına qidalanır.
Bundan başqa, gölə Masazır və Novxanı qəsəbələrinin məişət-
kommunal suları axıdılır. Tullantı sularının miqdarı gün
ərzində 8 min m
3
təşkil edir. Gölün suyunun minerallaşma
dərəcəsi 280 q/l təşkil edir və bu göstəriciyə görə Masazır gölü
şor sulu göllər qrupuna aid edilir. Suyunun ion tərkibində
xloridlər (161 q/l) və sulfatlar (8,6 q/l) üstünlük təşkil edir,
onların konsentrasiyası sanitar normaları müvafiq olaraq 2 və
17 dəfə aşır. Kalsium (0,6 q/l) və maqnezium (3,4 q/l)
konsentrasiyası nisbətən az olsa da onların göstəriciləri sanitar
normadan 3,5 və 17 dəfə yüksək qeydə alınmışdır.
Çirkləndirici maddələrdən daha yüksək miqdarda misin və
kadmiumun konsentrasiyaları müşahidə edilir ki, onların da
göstəriciləri normanı müvafiq olaraq 10,5 və 17 dəfə aşır.
Detergenlərin və neft məhsullarının miqdarının nisbətən az
olmasına baxmayaraq onların da konsentrasiyaları normadan
müvafiq olaraq 6 və 2,4 dəfə yüksək qeydə alınmışdır.
Masazır gölünün suyunun davamlı çirklənməsi dib
çöküntülərinin də çirklənməsinə səbəb olur. Aparılan
müşahidələr və analizlər göstərir ki, dib çöküntülərinin hər
kiloqramında 891 mq neft məhsulları, 535 mq manqan, 32 mq
kadmium, 53 mq nikel, 27 mq xrom, 30 mq sink, 24 mq kobalt
toplanmışdır. Bu göstəricilər Masazır gölünün gərgin ekoloji
vəziyyətə malik olduğunu göstərir.
Dostları ilə paylaş: