84
strukturu pozulur, çaylara çoxlu miqdarda mexaniki qarışıqlar
daxil olur ki, bu da çayların qurumasına səbəb olur.
Göstərilənlərə
əsasən
kiçik
çayların
tükənmədən
mühafizəsi
üçün tədbirlər görülməlidir, bu da iri çayların
mühafizəsinin qorunmasına şərait yaradılmasını təmin edir.
Çay axımının nizamlanması üçün su anbarları tikilir və
kiçik çaylarda belə tədbirin görülməsi baha başa gəlir. Buna
görə də kiçik çaylarda suyun tükənməsinin qarşısını
almaq və
çirklənmədən qorumaq üçün ucuz başa gələn xüsusi tədbirlərin
görülməsi daha məqsədəuyğun hesab olunur. Belə tədbirlərdən
meşə meliorativ, aqrotexniki, hidrotexniki və s. göstərmək olar.
Dostları ilə paylaş: