82
məntəqələrdən su nümunələri götürülür, onların analizi aparılır
və sonra suyun keyfiyyət göstəricisi müəyyən edilir.
Suyun
keyfiyyət
göstəricilərindən
temperatur
və
orqonoleptik
tuşuluğu, mineral qalığı, oksigenin miqdarı, xəstəlik törədən
bakteriyalar, üzən maddələrin konsentrasiyası kimi xassələrini
göstərmək olar.
Suyun qeyd olunan xassələri 0-6 intervallı balla
qiymətləndirilir. Məsələn, su 0 balla qiymətlənərsə o, ən təmiz
su hesab olunur
və ondan heç bir iy gəlmir, 5 balla
qiymətləndirildikdə isə ondan güclü iy gəlir ki, onu içmək belə
mümkün olmur.
Su tələbatçılar tərəfindən suyun keyfiyyətinə tələbat
müxtəlif olur. Bunlar aşağıdakı kimidir:
-
Sənayedə
istifadə olunan su, istehsal olunan məhsulun
keyfiyyətinə
təsir göstərməməli,
sənaye qurğusunda istifadə
olunan
metal
konstruksiyanı
korroziyaya
uğratmamalı,
qurğularda duz çöküntüləri əmələ gətirməməli, sənayedə
çalışan işçilərin səhhətinə mənfi təsir göstərməməlidir;
-
Kənd təsərrüfatında istifadə olunan su kənd təsərrüfatı
məhsullarının keyfiyyətinə təsir göstərməməli, bitki üçün
zərərsiz
olmalı
və
torpaqların
şorlaşmasına
şərait
yaratmamalıdır;
-
Mədəni-məişətdə istifadə olunan suyun keyfiyyəti ən
yüksək olmalıdır və ona olan tələbat qəbul olunmuş
norma və
qaydalara uyğun olmalıdır. İçməli suyun keyfiyyəti aşağıdakı
tələblərə cavab verməlidir:
-
1) çirkab suları su ehtiyatlarına atılarkən suyun
temperaturu yay mövsümündəki temperaturdan 3
-dən çox
olmamalıdır;
-
2) sudan gələn iy və dadın şiddətliyi 2 baldan artıq
olmamalıdır;
-
3) suyun turturşuluğu pH=6,5
8,5 intervalında olmalıdır:
-
4) çirkab suları ilə su mənbəyi qidalanarsa,
onda olan
oksigenin miqdarı 4
6 mq/l həddində olmalıdır;
83
-
5) zərərli maddələrin konsentrasiyası əhalinin səhhəti
üçün tam zərərsiz olmalıdır;
-
6) suyun hər litrində 1000-dən artıq xəstəlik törədən
bakteriya olmamalıdır;
-
7) çirkab suları su ehtiyatlarına
ötürülərkən orada üzən
mineral və üzvi maddələrin konsentrasiyası 0,25 mq/l-dən çox
olmamalıdır.
Su ehtiyatlarına axıdılan çirkab sularının tərkibində
radioaktiv maddələr və qanunla tənzimlənən çirkab suyunun
tərkibində 1∙10
-8
3∙10
-11
küri/l-dən
çox olan kobalt və
stronsium olarsa, belə suların su ehtiyatlarına ötürülməsi qəti
qadağandır.
Dostları ilə paylaş: