ŞAHİN ƏHMƏdov


Qrunt suları səviyyəsinin və minerallaşma dərəcələrinin



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə40/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   36   37   38   39   40   41   42   43   ...   107
Mühəndis-ekologiyası

Qrunt suları səviyyəsinin və minerallaşma dərəcələrinin 
dəyişkənliyi 
Qrunt sularının 
yatma dərinliyi, 
m 
Qrunt sularının 
minerallaşma 
dərəcəsi q/l 
№ 
Zonaların 
coğrafi 
adları 
Korrel
-yasiya 
əmsalı 
1980 
1990 
2000 
1980 
1990 
2000 

Astara-
Viləşçay 
0,98 
2,83 
1,54 
1,08 
8,15 
8,66 
9,49 

Viləşçay-Kür 
0,92 
2,81 
1,68 
1,06 
25,52 
26,15 
29,79 

Kür-Pirsaatçay 
0,84 
2,92 
1,98 
1,27 
30,64 
32,06 
34,16 

Pirsaatçay-
Ceyrankeçməz 
çayı 
0,81 
3,16 
2,21 
1,51 
20,25 
20,66 
23,49 

Ceyrankeçməz
- Sumqayıtçay 
0,78 
3,09 
2,98 
2,66 
16,12 
16,45 
18,66 

Sumqayıtçay-
Ataçay 
0,71 
4,43 
3,79 
3,18 
13,28 
13,66 
16,37 


95 

Ataçay-
Qudyalçay 
0,66 
5,20 
4,96 
3,97 
10,29 
10,79 
12,22 

Qudyalçay-
Qusarçay 
0,64 
6,12 
5,58 
4,56 
5,62 
5,98 
6,68 

Qusarçay-
Samur çayı 
0,61 
6,47 
6,16 
5,28 
3,44 
3,77 
6,98 
Orta 

3,44 
2,84 
2,09 
7,49 
8,37 
10,74 
3.9. Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi 
ekosistemlərin təhlükəsizliyinin təminatçısıdır 
 
Dünyanın təmiz su ehtiyatları insan fəaliyyətinin 
genişlənməsi nəticəsində hər gün ciddi təsirə və dəyişikliklərə 
məruz qalır. Əhalinin artımı, yüksələn iqtisadi aktivlik və həyat 
səviyyəsi təmiz su ehtiyatlarına görə artan rəqabətə və 
münasibətlərə gətirib çıxarar. Bu isə günü-gündən gərgin 
ekoloji vəziyyətin daha da güclənməsinə, bir çox hallarda isə 
ekosistemlərin öz funksiyalarının tam itirilməsinə gətirib 
çıxardır. 
Belə bir şəraitdə ekosistemlərin təhlükəsizliyinin təmin 
edilməsi baxımından bütün dünyada su ehtiyatlarına, onların 
səmərəli istifadəsi və qorunması problemlərinə maraq 
artmaqdadır. Bu problemlər özünü Azərbaycanın da daxil 
olduğu quraqlıq və beynəlxalq su hövzələrinin mənsəbində 
yerləşən ərazilərdə daha kəskin biruzə verir. 
Bu 
problemlərin 
qarşısının 
alınması 
və 
ekoloji 
təhlükəsizliyin minimuma endirilməsi məqsədilə Ümumdünya 
su təşkilatları və birliklərinin müasir düşüncələrində su 
ehtiyatlarının davamlı istifadəsində onun inteqrasiyalı idarə 
edilməsinə daha çox üstünlük verirlər. İnteqrasiyalı idarəetmə 
əsasən Milli səviyyədə məhdudlaşan və ya Milli sərhədləri 
keçən çay hövzəsi üzrə həyata keçirilməsinə yönəlmişdir. Çay 
hövzəsinin planlı və vahid sistem şəklində dəqiq rejim üzrə 
idarə edilməsinin çoxillik tarixi vardır. Məhz su ehtiyatlarının 
inteqrasiyalı idarə edilməsi bu qədim ənənəyə əsaslanan və 


96 
kökləri 
ABŞ 
və 
keçmiş 
SSRİ 
dövrünə 
gedən 
bir 
konsepsiyasıdır. 
Lakin 
inteqrasiyalı 
idarəetmə 
əvvəlki 
sistemlərin ekoloji və sosioloji yaxın görmələrini aradan 
qaldırmaqla su bölgüsündə ictimaiyyətin və iqtisadi intizamın 
geniş cəlb edilməsini nəzərdə tutur. 
Bununla belə, dünyanın əksər ölkələri, o cümlədən də 
Azərbaycan üçün bir qədər yeni olan bu idarəetmə üsulunun 
dəqiq təyini və onun praktikada geniş tətbiqi məsələləri 
cavabsız qalmışdır. Nə inteqrasiya olunmalıdır və onu ən yaxşı 
üsulla necə etmək olar? Su ehtiyatlarının inteqrasiyalı idarə 
edilməsinin razılaşdırılmış prinsipləri praktikada istifadə oluna 
bilərmi və bu mümkündürsə, onda necə? 
Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi həyati vacib 
ekosistemlərin dayanıqlı mövcudluğuna heç bir zərər vurmadan 
insanların iqtisadi və sosial rifahının maksimum dərəcədə 
yaxşılaşdırılması naminə su, torpaq və onlarla bağlı digər 
koordinasiyalı şəkildə inkişafını və idarə edilməsini, eləcə də 
su istifadəçilərini davamlı, stabil, ədalətli və bərabərhüquqlu su 
ilə təmin edən bir prosesdir. 
Çay hövzələri geniş olan ərazilərdə və ya onun morfoloji 
qurulması mürəkkəb olduğu hallarda su təsərrüfatının onu tam 
əhatə etməsində müəyyən çətinlik yaranır. Bu halda hidroqrafik 
prinsipi əsas götürməklə hövzə daxilində suların idarə edilməsi 
üçün təşkilat strukturu yaradıla bilər. 
Suyun idarə edilməsində bir çox uğursuzluqlar əsasən 
ona qiymətsiz sərbəst məhsul kimi baxılmasından yaranır. Su 
ehtiyatlarından maksimum səmərə əldə etmək üçün suya olan 
münasibəti dəyişmək və onun paylanmasına çəkilən xərcləri 
qiymətləndirmək lazımdır. 
Dublin prinsiplərində də su “iqtisadi məhsul” kimi qəbul 
olunmuşdur, “XXI əsrin gündəlik məsələləri”-ndə ona “iqtisadi 
və sosial məhsul” kimi baxılmaışdır. Suyun qiyməti və su 
haqqının ödənilməsi bunlar üçün iki müxtəlif şeylərdir. Suya 
görə haqqın ödənilməsi isə suyun qorunması və səmərəli 


97 
istifadə olunması, tələbatın idarə olunması üçün stimulun 
yaradılması, ödəmənin təmin olunması və əlavə inteqrasiya 
qoyuluşuna tələbatçıların həvəsləndirilməsi üçün iqtisadi bir 
alətdir. 
Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsində suyun 
faydalı və ya iqtisadi və təbii qiymətlərindən ibarət olan tam 
qiymətindən isitfadə edilməsi təklif olunur. 
Suyun tələbatçıya çatdırılmasının tam dəyəri özündə tam 
iqtisadi dəyəri və insanların sağlamlığının qorunması və 
ekosistemlərin mühafizəsi ilə bağlı olan ekoloji dəyəri 
birləşdirir. Tam iqtisadi dəyər suyun çatdırılması və idarə 
edilməsinin tam dəyərindən, sərmayə xərclərindən, istismar və 
saxlanma xərclərindən, eləcə də iqtisadi fəallığın dəyişməsi ilə 
əlaqədar olan iqtisadi xərclərdən ibarətdir. 
Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsində suyun 
faydalı və ya iqtisadi və təbii qiymətlərindən ibarət olan tam 
qiymətindən istifadə edilməsi təklif olunur. 
Suyun tələbatçıya çatdırılmasının tam dəyəri özündə 
iqtisadi dəyəri və insanların sağlamlığının qorunması və 
ekosistemlərin mühafizəsi ilə bağlı olan ekoloji dəyəri 
birləşdirir. Tam iqtisadi dəyər suyun çatdırılması və idarə 
edilməsinin tam dəyərindən, sərmayə xərclərindən, istismar və 
saxlanma xərclərindən, eləcə də iqtisadi fəallığın dəyişməsi ilə 
əlaqədar olan iqtisadi xərclərdən ibarətdir. 
Kəskin su çatışmazlığı şəraitində onun ekstensiv 
istifadəsinin davam etdirilməsi yol verilməzdir. Belə hallarda 
suya olan tələbatı məhdudlaşdırmaqla onun idarə edilməsinə 
kömək edə biləcək operativ iqtisadi konsepsiya və vasitələrin 
zəruriliyi şübhəsizdir. Suyun qiymətinin onun tələbatçıya 
çatdırılmasının tam dəyərini əks etdirməsi vacibdir. Belə 
olduqda hər hansı bir sektorda suyun istifadə edilməsinin onun 
çatdırılma xərclərini ödəyib-ödəmədiyinə nəzarət etmək 
asanlaşır. 


98 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin