ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə36/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   32   33   34   35   36   37   38   39   ...   107
Mühəndis-ekologiyası

Qırmızı gölün 
ərazisi 700 ha, suyunun həcmi isə
8,3 mln.m
3
-dir. 1976-cı ilə kimi göl neft mədənlərindən çıxan 
lay sularının qəbuledicisi kimi istifadə olunmuşdur. Hal-
hazırda hər gün Lökbatan qəsəbəsindən 47,3 min m
3
məişət 
tullantıları gölə daxil olur. 
Beləliklə, Qırmızı gölə il ərzində 17955 min m
3
çirkab 
suları buraxılır ki, onların da əsasını Lökbatan qəsəbəsinin 
məişət-çirkab suları (9115 min m
3
) və Hacı Həsən gölündən 
axan sular (6570 min m
3
) təşkil edir. Gölün suyunun oksigen 
rejimi ciddi pozulmuşdur. Belə ki, həll olmuş oksigen 
normadan 2-2,5 dəfə az müşahidə olunur. Suyu şor olmaqla 
minerallaşma dərəcəsi 55 q/l-dir. Aparılan laboratoriya 
tədqiqatlarının nəticələri göstərir ki, gölün suyunun tərkibində 
anion və kationların konsentrasiyası YVHQ-ni dəfələrlə aşır. 
Bu zaman kalsiumun miqdarı normadan 2,3 dəfə, maqnezium 
5,7 dəfə, xloridlər 8,5 dəfə, sulfatlar isə 8 dəfə yüksək qeydə 
alınmışdır. Suda fenolların konsentrasiyası normanı 15 dəfə, 
neft məhsulları 5 dəfə, mis 4 dəfə, kadmium və detergenlərin 
miqdarı isə 3 dəfə aşır. Bütün bunlar gölün ekoloji durumunun 
gərgin olduğunu deməyə əsas verir. 


89 
Hacı Həsən gölü 
Bakı şəhərinin cənub-qərb hissəsində – 
Yasamal dərəsində yerləşir. Akvatoriyası 175 ha, dərinliyi 2 m, 
suyunun həcmi isə 3,2 mln m
3
-dir. Gölə il ərzində 9040 min m
3
məişər-sənaye çirkab suları atılır ki, onların da 80%-i məişət 
mənşəli tullantılardır, suyunun minerallığı 2,5 q/l-dir. Gölün 
suyunun fon tərkibində anionlar üstünlük təşkil edir və 
konsentrasiyası sanitar normaları aşır. Xloridlərin miqdarı 
normadan 44 dəfə, sulfatların miqdarı isə 1,6 dəfə yüksəkdir. 
Hacı Həsən gölü ancaq fenollar (YVHQ=8), kadmium 
(YVHQ=4) və mis (YVHQ=3,5) ilə orta səviyyədə 
çirklənmişdir. Gölün su mühitinin və dib çöküntülərinin 
çirklənmə dərəcəsi ekoloji baxımdan orta qiymətləndirilə bilər.

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin