ŞAHİN ƏHMƏdov



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə38/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   34   35   36   37   38   39   40   41   ...   107
Mühəndis-ekologiyası

Mirzələdi gölü 
Novxanı və Binəqədi qəsəbələri arasında 
dəniz səviyyəsindən 12,1 m hündürlükdə yerləşir. Gölün orta 
dərinliyi 1 m, sahil zolağının uzunluğu 21 km, su tutumu
1,9 mln m
3
-dir. Mirzələdi gölü duzlu göldür. Gölə il ərzində, 
əsasən, Binəqədi qəsəbəsindən məişət-kommunal suları
(1095 min m
3
) və yaxınlıqda yerləşən neft buruqlarından
(182 min m
3
) lay suları axıdılır. Suyunun minerallaşma 
dərəcəsi 388 q/l olmaqla Mirzələdi gölü şor sulu göllər qrupuna 
aiddir və onun fon tərkibində xloridlər (231 q/l) üstünlük təşkil 
edir. Bu da sanitar normaları 160 dəfə aşır. Kalsium 0,6 q/l, 


91 
maqnezium isə 3,4 q/l olmaqla normadan müvafiq olaraq 3 və 
6 dəfə yüksəkdir. Çirkləndirici maddələrin konsentrasiyaları 
kifayət qədər yüksək olmaqla sanitar normaları dəfələrlə aşır. 
Normanı daha çox kadmium 19 dəfə və mis 12 dəfə aşır. Neft 
məhsulları və detergenlər normadan 7 və 4 dəfə yüksək qeydə 
alınmışdır. Gölün suyunun oksigen rejimi də pozulmuşdur. 
Suyun tərkibində həll olmuş oksigenin miqdarı normadan
8 dəfə azalaraq 0,49 mq/l təşkil edir. 
Mirzələdi gölünün dib çöküntülərində hər kiloqramında 
820 mq neft məhsulları, 560 mq manqan, 55 mq nikel, 42 mq 
kadmium, 37 mq sink, 30 mq mis, 23 mq xrom və 22 mq 
kobalt müşahidə olunur. 
Son iki gölün – Mirzələdi və Masazır göllərinin sularının 
və dib çöküntülərinin analizləri göstərir ki, onlar kifayət qədər 
yüksək çirklənməyə məruz qalmışdır. Bu göllərin ekoloji 
vəziyyətinin olduqca gərgin olması ətraf mühitə də öz təsirini 
gösətərməkdədir. 
Beləliklə, Abşeron yarımadasındakı 200-dən çox gölün 
ekoloji cəhətdən vəziyyəti ilə əlaqədar problemləri və 
respublika iqtisadiyyatı üçün onların törədə biləcəyi təhlükəni 
yuxarıda adları çəkilən göllərin timsalında təsvir etməyə 
çalışdıq. 
Son illərdə Abşeron yarımadasının su hövzələrinin 
ekoloji vəziyyətinin öyrənilməsində Ekologiya və Təbii 
Sərvətlər Nazirliyinin Milli Monitorinq Departamentinin, 
Kompleks 
Hidrogeologiya 
və 
Mühəndis 
geologiyası 
Ekspedisiyasının 
və 
Mineral-Xammal 
Elmi-Tədqiqat 
İnstitunun böyük xidmətləri olmuşdur. Bu işlər sössüz ki, 
Abşeron yarımadasının daxili su hövzələrinin ekoloji cəhətdən 
törədə biləcəyi təhlükələrin və ətraf mühitə, insan sağlamlığına 
və iqtisadiyyata vurulacaq ziyanların aradan qaldırılmasında öz 
xidmətini göstərəcəkdir. 
Ekoloji problemlərin həlli kompleks şəkildə, çox sahəli 
və effektli aparılmalıdır. Bunun üçün hər şeydən əvvəl 


92 
geoekoloji şəraiti, mühitin dqradasiyasını yaradan mexanizmi 
aradan qaldırmaq lazımdır. Tullantı sularının təmizlənməsi 
üçün təmizləyici qurğular tikilməlidir. Eyni zamanda göllərə 
axıdılan çirkab sularının həcmi minimuma endirilməlidir. 
Göllərin səthindən neft məhsulları yığılmalı və çirkli dib 
çöküntülərindən göllər təmizlənməlidir. Onların sahillərində 
abadlıq işlərinin aparılması, quraqlığa və şorluluğa davamlı 
ağac və kol bitkilərinin əkilməsi məqsədə müvafiq hesab edilir. 
Abşeron 
göllərini 
ekoloji 
cəhətdən 
sağlamlaşdırmaq, 
sabitləşdirmək, onların səviyyə rejimini nizamlamaq lazımdır. 
Bunun üçün göllərin səviyyə rejimini, kimyəvi tərkibini
balansını və hidrokimyəvi cəhətlərini öyrənmək üçün 
mütəmadi olaraq geoekoloji monitorinq işlərinin aparılması 
zəruridir.

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin