ŞAHİN ƏHMƏdov


 Su ehtiyatlarının özü təmizlənməsi və



Yüklə 6,54 Mb.
Pdf görüntüsü
səhifə31/107
tarix30.09.2023
ölçüsü6,54 Mb.
#151124
1   ...   27   28   29   30   31   32   33   34   ...   107
Mühəndis-ekologiyası

3.4. Su ehtiyatlarının özü təmizlənməsi və 
çirklənmədən mühafizəsi 
 
Su 
ehtiyatlarının 
özünün 
təmizlənməsi 
təbiət 
hadisələrindən biridir. Özünü təmizləmə bir çox faktorlardan 
(fiziki, kimyəvi və bioloji) asılıdır. Fiziki faktorlardan günəş 
enerjisini göstərmək olar. Günəşin ultrabənövşəyi şüaların 
təsiri nəticəsində zərərli mikroblar, bakteriaylar, virusların 
hissəciklərini məhv edir. Su ehtiyatlarına daxil olan 
çirkləndirici maddələrin qarışdırılması, əridilməsi suyun özünü 
təmizləməsinin əsas fiziki faktorlarından biridir.
Suyun özünü təmizləməsinin kimyəvi faktorlardan üzvi 
və qeyri-üzvi maddələrin oksidləşməsini göstərmək olar. Su 
ehtiyatların özünü təmizləməsində heyvan və bitki aləmində 
rolu böyükdür. Suda yaşayan heyvanları su ehtiyatlarının 
sanitarı adlandırırlar və onlar suları özlərindən keçirərək 
təmizləyirlər. Bitki aləmindən qarğı, qamış cuğulu, su sünbülü 
və s. torpağı oksigenlə zənginləşdirir. Su bitkiləri müxtəlif 
kiçik mexaniki qarışıqlı (kolloid hissəcikləri) maddələri tutur, 


80 
onlar öz kökləri ilə müxtəlif duzlarla qidalanaraq suyun 
təmizlənmə prosesinə köməklik göstərir. 
Su ehtiyatlarının təmizlənməsi prosesinə çaylar üzərində 
tikilən su anbarları böyük köməklik göstərir. Su vasitəsilə su 
anbarlarına daxil olan çirkləndiricilərin miqdarı və bioloji 
proseslər nəticəsində tədricən azalır. Su anbarlarına daxil olan 
bütün çirkləndiricilər anbarlardakı su ilə qarışaraq onun qatılıq 
dərəcəsini azaldır. Bunu nəzərə alaraq çirkli su qəbul edən su 
anbarlarına təbii təmizlənmə məntəqəsi kimidə baxırlar. Əgər 
çirkli su tərkibindəki çirkləndirici maddələr su anbarı vasitəsilə 
təmizləmək mümkün deyilsə onda həmin su əvvəlcədən 
təmizlənərək su anbarına buraxılır. Deməli çirkli suyun lazımi 
təmizlənmə dərəcəsini təyin etmək üçün su anbarının öz-özünə 
təmizləmə qabiliyyətini düzgün qiymətləndirmək olar. Bu 
qayda ilə təmizləyici qurğunun tikinti və istismarını minimum 
xərc çəkməklə su anbarının təmizliyinə və sanitar saflığına nail 
olmaq olar. 
Təbii su ehtiyatlarının təmiz saxlanması istifadədən 
çıxmaması məqsədilə sənaye və kommunal çirkab suları 
təmizləməli, dövrü su təchizatını təmin etməli, az sulu, susuz 
və tullantısız istehsal texnologiyası tətbiq olunmalı, kənd 
təsərrüfatında gübrələrdən səmərəli istifadə etməli, havanı 
çirklənmədən qorumalı kimi tədbirlər həyata keçirilməlidir. 
Çirkab sularının təmizlənməsində mexaniki, kimyəvi, 
fiziki-kimyəvi və biokimyəvi üsullardan istifadə edilir. 
Mexaniki təmizlənmə üsulunda mexaniki qarışıqlar 
sudan təmizlənir. Bu da durulducular və ya qızdırma yolu ilə 
yerinə yetirilir. Durulducularla daha kiçik hissəciklər 
çökdürülür. Yüngül hissəciklər isə suyun üzərinə çıxır və suyu 
ondan təmizləmək üçün xüsusi yağtutan, nefttutan qurğulardan 
istifadə edilir. 
Suyun süzdürülməsi vasitəsilə suda olan iri mexaniki 
tərkibli 
qarışıqdan 
azad 
olunmasından 
sonra 
xüsusi 


81 
qumtutanlar vasitəsilə ölçüsü 0,25 mm-dən çox olan hissəciklər 
çökdürülür. 
Kimyəvi təmizləmə üsulu ilə sudakı çirkləndirici 
maddələri tam təmizləmək mümkün deyil. Ona görə də fiziki-
kimyəvi təmizləmə üsulundan istifadə edilir. Suyun fiziki-
kimyəvi təmizlənməsində sorbsiya, ekstaksiya, flotasiya, 
kristallaşma, deminerallaşma, elektroliz, ion və yandırma 
üsulundan istifadə olunur. 
Biokimyəvi təmizləmə üsulunun əsası mikroorqanizmlər 
tərəfindən çirkab suların tərkibindəki kolloid maddələrin öz 
inkişafı üçün şərait yaradılır. Çirkab suların biokimyəvi 
təmizlənməsi təbii və süni şəraitdə aparılır. Təbii şəraitdə 
çirkab suların təmizlənməsi suvarma sahələri, sızma sahələri və 
bioloji hovuzlarda aparılır. Süni şəraitdə isə çirkab suların 
təmizlənməsi və bioloji süzgəclərdə yerinə yetirilir. 
Təbii su ehtiyatları atmosfer çirklənməsindən də 
mühafizə olunmalıdır. Suyun çirklənmədən mühafizəsi özü 
təmiz saxlanmalıdır. Bunun üçün atmosferin çirklənmədən 
qorunması üçün aşağıdakı tədbirlər görülməlidir: 
-
Sənaye tullantılarının havaya buraxılmasından əvvəl 
təmizlənməsi; 
-
İstehsalatda tullantısız texnologiya sisteminin tətbiqi; 
-
Daxili yanacaq mühərriklərinin daimi təkmilləşdirilməsi; 
-
Benzindən toksikliyi az olan qaz yanacağına və ya 
elektrik avtomobillərinin tətbiqinə keçirilsin. 
Qeyd olunanlar yerinə yetirilərsə, atmosfer və su 
ehtiyatları çirklənmədən xeyli mühafizə olunar və təmiz hava 
və təmiz su problemləri qismən də həll oluna bilər. 

Yüklə 6,54 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin