160
Qaz- və buxar formalı qarışıqların analizi
üçün hava nümunəsinin seçilməsi havanın xüsusi bərk
və ya maye uducularla sorulması hesabına
həyat
keçirilir ki, bu
uducularda
qaz qarışığı
ya
kondensasiyaya və ya adsorbsiyaya uğrayır.
Son
illər
mikroqarışıqları
konsentrləşdirmək üçün, həll olan hemosorbentlərdən,
pərdəli polimer sorbentlərdən (polisorblar, porapaklar,
tenake və s.) istifadə olunur. Bu sorbentlər çirklənmiş
havadan ən müxtəlif kimyəvi maddələri tutmağa
imkan verir. Polimer sorbentlərin ən əsas üstünlüyü
onların hidrofobluğu (havanın rütubəti tutucuda
konsentrləşmir və analizə mane olmur)
və uzun
müddət ərzində nümunənin ilkin tərkibinin dəyişməz
saxlamasıdır.
Atmosfer havasının qaz- və buxar formalı
qarışıqlarının
konsentrasiyasının
nəzarəti
qazanalizatorların köməyilə həyata keçirilir. Belə
qazanalizatorlar ondakı zərərli qazların miqdarının ani
və fasiləsiz nəzarətini həyata keçirməyə imkan verir.
Toksiki maddələrin ekspres-təyini üçün
sadələşdirilmiş universal qazanalizatorlardan
istifadə
edilir (UQ-2, QX-2 və s.). Belə qazanalizatorlar
analizin xətt-kolaristik metoduna əsaslanmışdır. Bərk
maddə (uducu) ilə doldurulmuş indikator borularından
havanın sorulması zamanı indikator tozunun rənginin
dəyişməsi baş verir. Rənglənmiş
təbəqənin uzunluğu
tədqiq olunan maddənin
l
mq
/
şkalası ilə ölçülən
konsentrasiyasına mütənasibdir. UQ-2
universal qaz
161
analizatoru
16
müxtlif
qaz
və
buxarın
konsentrasiyasını
təyin
etməyə
imkan
verir.
Ölçmələrin xətası
%
10
-dir.
Konsentrasiyanın DOAC-4P cihazı ilə
nəzarəti tamamilə avtomatlaşdırılmışdır ( şək. 6.7 ).
Hal-hazırda bu, dünyada baxılan qazanalizatorlardan
ən dəqiqidir. DOAC-4P köməyi ilə real zamanda və
böyük dəqiqliklə bir çox yüksək toksikli qazların,
məsələn xlorun, civə buxarının,
kükürd hidridlərinin,
ftorhidrogenin konsentrasiyasını çox böyük dəqiqliklə
ölçmək mümkündür. Bundan əlavə cihaz azot
oksidlərinin, kükürdün,
Şək. 6.7.
DOAC-4P cihazı
karbohidrogenlərin, formaldeqidin,
ozonun və
atmosferi çirkləndirən bir çox digər qazların
konsentrasiyasını da ölçə bilər.
Bu növ analizatorların köməyi ilə
atmosferdə xeyli qaz təyin olunur: amiak, azot oksidi,
azot-2 oksid, azot turşusu, kükürd -2oksid, ozon,