2.2. Hidrosferin monitorinqi. Hidrologiya – Yer hidrosferini, onun xüsusiyyətlərini,
onda baş verən prosesləri öyrənən elm.
Hidrometriya –
hidrologiyanın,
təbii
suların
xarakteristikalarının təyini və nəzarətinin metod və cihazlarını
işləyib hazırlayan bölməsi.
Hidrometeorologiya – planetin atmosfer və hidrosfer
rejiminə aid olan prosesləri öyrənir.
Hidrometeoroloji stansiya –
uyğun
müşahidə
məntəqələrində su mühitinin vəziyyəti və keyfiyyətinə
müşahidə sistemini həyata keçirir:
-
suyun səviyyəsi, sututarının dərinliyi;
-
su axınlarının sürəti;
-
suyun temperaturu;
-
suyun rəngi və onun dəyişməsi;
-
minerallaşma dərəcəsi;
-
biokütlənin mövcudluğu və vəziyyəti.
Hal-hazırda yer kürəsində quruda 9 minə yaxın stansiya
fəaliyyət göstərir. Bu stansiyalar havanın rütubəti, buludluq,
düşən atmosfer yağıntılarının miqdarı üzrə müşahidələr aparır.
Onlardan
350–si
avtomatlaşdırılıb
və
ya
qismən
avtomatlaşdırılıb. 700 -ə yaxın dəniz gəmiləri Dünya okenı
sularının müxtəlif parametrləri (temperatur, suların duzluğu və
minaral tərkibi, axınların istiqaməti) üzrə müşahidə aparırlar.
Bu məlumatlar kosmik təyyarələrdən aparılan müşahidələrlə
(sutkada 10 min məlumata yaxın) tamamlanır. 300 -ə yaxın
lövbərlənmiş buy və ya platformalardan, avtomatik dəniz
stansiyaları kimi işləyən və 600 -ə yaxın okean axınları ilə
hərəkət edən buylardan da məlumat verilir (şək.2.8).
Quru sularının çirklənməsinin monitorinqi.
163
Stasionar müşahidə məntəqələri – hal-hazırda
60 minə yaxın su ölçən məntəqə və stansiyalar
fəaliyyət göstərir.