158
Şək.6.4
Çoxdalğalı MВЛ-60 lidarı. Atmosfer aerozolları
və atmosferdə bulud törəmələrinin xarakteristikalarının məsafədən
operativ analizi üçün hazırlanmışdır. 1064 (İQ), 532 (yaşıl), 355
(UB) nm dalğa uzunluqlarında işləyir.
Kombinaiyalı səpələnmə metodu.
İşıq qaz
molekulları tərəfindən
səpələndikdə səpələnən şüa
tezliyinin yerdəyişməsi baş verir. Qazın hər bir
molekulu, ancaq ona xas olan tezliyin kombinasiyalı
yerdəyişməsinə malikdir. Qaz molekullarından
ibarət
olan mühit, ancaq ona xas olan kombinasiyalı spektrə
malikdir. Onun qeyd edilməsi, udma zolağının
yerdəyişməsinin təhlili yolu ilə tədqiq olunan mühitdə
qarışıqların olmasını təyin etməyə imkan verir.
Kombinasiyalı
səpələnmə
kiçik
en
kəsiyinə malik olduğuna
görə bu metod kiçik
məsafələrdə (bir-neçə on metr, məsələn, tüstü
borularından zərərli tullantılara nəzarət üçün)
istifadə
olunur.
Şək. 6.5 –də kombinasiyalı səpələnmə
metodu ilə atmosferin tərkibinin
məsafədən təhlili
üçün qurğunun blok sxemi, şək. 6.6 –da
isə lazer
zondlama metodu ilə neftin yanma məhsullarında