188
Monoqrafiyada sənətkarların həyat və yaradıcılığı ümumiləşdirilməklə
yanaşı, bəzi şairlərin yaradıcılığı üçün daha tipik olan müəyyən şeirlər
bütövlükdə təhlilə cəlb edilir. Biz bunu uğurlu bir təşəbbüs kimi
qiymətləndiririk. Çünki beləbir prinsip sənətkarın yaradıcılığı və həmin
nümunənin ərsəyə gəldiyi dövrün ədəbi gerçəkliyi, bədii düşüncə tərzi və s.
barədə təsəvvürü dolğunlaşdırır.
Monoqrafiyanın sənətkarlıq məsələlərinə həsr edilmiş III fəsil xüsusi
maraq doğurur. Bu onunla əlaqədardır ki, həmin fəsildə bəhs olunan məsələlər
çox az öyrənilmişdir. Burada yalnız lirik şeirin yox, ümumiyyətlə, XIII-XIV
əsrlər ana dili poeziyamızın poetikası, dil və üslub, bədii forma, janr, qafiyə və
vəzn xüsusiyyətləri, məcazlar sistemi və s. nəzərdən keçirilir. Alimin söhbət
açılan dövrün ana dili epik bədii örnəklərini də bu məqamda təhlilə cəlb etməsi
problemi dolğunlaşdırır. Ümumiyyətlə, XIII-XIV əsrlərin milli dildə meydana
gələn poetik nümunələri, onların sənətkarlıq məziyyətləri, bəlağət və bədiiyyat
vasitələrinin rolu və mövqeyi bardə tam, əhatəli təsəvvür yaradır. Həcmcə az
olmayan bu fəsildə müəllifin verdiyi və şərh etdiyi çoxlu sayda nümunələr onun
həm yüksək nəzəri biliyini, həm də bəhs olunan dövrün ana dili abidələri
üzərindəzərrə-zərrə iş gördüyünü, onları hədsiz diqqət və təmkinlə izlədiyini
sübut edir. doğrudur, dövrün daha məhsuldar sənətkarları olan Q.Bürhanəddin və
İ.Nəsimi diqqət mərkəzində saxlanılır. Ancaq başqa abidələr də unudulmur.
Hətta H.Xoyinin ikidilli mənzum lüğətində də sənətkarlıq məsələlərinin
izlənilməsi monoqrafiyanın dəyərini daha da artırır.
Monoqrafiyadan yalnız elmi ictimaiyyət deyil, tləbələr, magistrlər,
aspirantlar, ədəbiyyat müəllimləri və s. də faydalana bilərlər.
Dostları ilə paylaş: