Şamil Vəliyev – 50


Arzum – arzuların, Arzumanlı, çin olsun!



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə30/63
tarix02.01.2022
ölçüsü2,28 Mb.
#2303
1   ...   26   27   28   29   30   31   32   33   ...   63
Arzum – arzuların, Arzumanlı, çin olsun!
Mən professor Vaqif Arzumanlını televiziyadan «Vətəndaş» adlı gərəkli,
əhəmityyətli, azərbaycanşünaslığa xidiət edən populyar verilişin aparıcısı və müəllifi
kimi tanıyırdım, şəxsən tanımırdım. Tale elə gətirdi ki, gözəl, milli, təəssübkeş, saf,
səmimi vətəndaşla bir məclisdə tanış olduq.
Alma-Atadakı Abay adına Universitetin professoru Knyaz Mirzəyev bizi tanış
etdi. Knyaz müəllimlə qardaşlıq münasibətində olan V.Arzumanlı ilk tanışlıqdan
sadəliyi, mehribanlığı, natiqlik məharəti, elmi-bədii savadı ilə bizi valeh etdi. Masa
arxasında söylədiyi şeirlər, duzlu-məzəli söhbətlər, istiqanlılığı ilə tanışlığımız
ürəyimizcə oldu. İlk görüşdə mənə irihəcimli 800 səhifəlik «Azərbaycan diasporu»
kitabını hədiyyə etdi. Mən uzun illər professor V.Arzumanlını ədəbi əlaqələr
tədqiqatçısı kimi tanıyırdımsa, bu kitabla tanışlıqdan sonra onun yüksək səviyyəli, geniş
coğrafiyaya malik bir azərbaycanşünas olduğunu gördüm. Sonralar Vaqif müəllim
nizamişünaslıq – Nizaminin ədəbi təsir və əlaqələri ilə bağlı bir tədqiqatı da mənə
avtoqrafla ərməğan etdi.


200
Sonralar mən doktorluq müdafiə edərkən Vaqif müəllim elmi əsərimə gözəl bir
rəy verdi. Daha sonra yaradıcılıq gecəmdə iştirak etdi. Vaqif Arzumanlı ədəbi əlaqələr
sahəsində tədqiqatları ilə necə həmin xalqlarla dostluğu möhkəmləndirirsə, tanış olduğu
insanlar da ürəyinə yatarsa, həmin əlaqəni dostluğa çevirərək əbədiləşdirir.
V.Arzumanlı çox xeyirxah, saf adamdır.  «Gözlər qəlbin aynasıdır» deyirlər.
Vaqif müəllimin saflığını, təmizliyini də gözlərindən oxumaq olur. İnsanların yaxşı
gününə sevinən, kədərinə qəmlənən bir şəxsiyətdir O.
Vaqif müəllimin 60 yaşı tamam oldu. Geniş erudisiyaya, zəngin yaradıcılığa
malik bir alim, ziyalıdır V.Arzumanlı. geniş mündəricəli ədəbi əlaqələr sahəsindəki
tədqiqatlarının coğrafiyası, deyərdim ki, küreyi-ərzi əhatə edir. Qarabağ problemi, azğın
ermənilərə qarşı ədəbi-əbədi fəaliyəti göz önündədir. Bu 60 illik ömrünü alim şərəflə
yaşayıb. Yorulmadan, dincəlmədən qələmilə, fəaliyyəti ilə xalqına xidmət edib, onun
haqq səsini bəyan edib. Böyük bir instituta rəhbərlik edib. Aspirant və dissertantlar
yetişdirib. Müşfiq demişkən: «Hələ bunlar nədir ki…». Hələ professor Vaqif Arzumanlı
ədəbiyyatşünaslıq elmimizin, ədəbiyatımızın tərəqqisi yolunda çoxişlər görəcək,
İnşallah!!!
Mən Vaqif müəllimlə ilk tanışlıqda o, mənə kiçik bir şeir həsr eləmişdi. Şeir
nahar masası arxasında bədahətən yaranmışdı. Professor onu kağız dəsmala yazaraq
mənə hədiyyə etmişdi. Mən isə bildirdim ki, mən Sizə şeir yazmaqdan, Siz mənə şeir
həsr elədiniz. Vaqif müəllim bildirdi ki, eybi yox, vaxt gələr, əvəzini çıxarsan.
Vaqif müəllimin həmin şeiri «Vüqar Əhmədin söz dünyası» adlı kitabında da çap
olunub. Mənə belə gəlir ki, bu yubiley nəşrində çap olunacaq yazımda şeirin əvəzini
çıxmaq vaxtı gəlib. Vaqif Arzumanlıya can sağlığı, xoşbəxtlik, səadət qayğıları
arzulayıram, onu bağrıma basıb deyirəm: «Arzum – arzuların, Arzumanlı, çin olsun…»
Yağı düşmən alov tutub kül olsun,
İstəyirəm, istədiyin gün olsun!
Ürəində çiçək olsun, gül olsun,


201
Arzum – arzuların, Arzumanlı, çin olsun!
Dost eylədin ədəbiyyatı, elləri,
Əxz elədin neçə-neçə dilləri,
Qəbul eylə şeir adlı gülləri
Arzum – arzuların, Arzumanlı, çin olsun!
Azərbaycan həm Vətənin, həm elin,
Tədqiq etdi bu Vətəni qələmin,
Ey yad ellər! Siz Vaqifə güvənin,
Arzum – arzuların, Arzumanlı, çin olsun!
Rus, Belarus, Ukrayna, həm Lehistan,
Səni sevir həm Litva, həm Türküstan,
Göz dağıdır Türkmənçay, həm Gülüstan,
Arzum – arzuların, Arzumanlı, çin olsun!
Yaş altmış, çox çəkmisən zəhməti,
Elin verib sənə qədir-qiyməti,
Bir qardaş say şair Vüqar Əhmədi,
Arzum – arzuların, Arzumanlı, çin olsun!

Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin