104) Vəba xəstəliyi hansı yolla yayılır?
A) Transmissiv
B) Hava - damcı
C) Cinsi
D) Su
E) Hava - toz
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 183
Vəba xəstəliyi su, qida, məişət - təmas yolu ilə yayılır, lakin su yolunun əhəmiyyəti daha böyükdür.
105) Ölkə ərazisinin sanitar mühafizəsi dedikdə nə başa düşülür?
A) Kompleks inzibati tədbirlər
B) Xaricdən xüsusi təhlükəli infeksiyaların gətirilməsi və ölkə ərazisində yayılmasının qarşısının alınması
C) Kompleks profilaktik tədbirlər
D) Sanitar - maarifi işi
E) Kompleks baytar tədbirləri
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 329
106) Xüsusi təhlükəli infeksiyalar qeydə alındıqda ocağın lokalizasiya və ləğvinə aid işləri kim təşkil edir?
A) Müalicə xidməti
B) Kommunal xidməti
C) İcra orqanları
D) Fövqəladə əksepidemik xidmət
E) Respublika GEM - i
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 329
Xüsusi təhlükəli infeksiyalar qeydə alındıqda ocağın lokalizasiya və ləğvinə aid işləri Fövqəladə əksepidemik xidmət təşkil edir
107) Bruselyozun spesifik profilaktikasında törədicinin hansı növündən istifadə edilir?
A) Suis
B) Melitenzis
C) Kanis
D) Bovis
E) Neotomal
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 227
Bruselyozun spesifik profilaktikasında törədicinin Bovis növündən istifadə edilir.
108) Mexaniki (qeyri - spesifik) yolla xəstəlik törədicilərini yayan həşərat hansıdır?
A) Milçək
B) Gənə
C) Ağcaqanad
D) Bit
E) Hünü
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 87
Dostları ilə paylaş: |