100) Leptospiroza qarşı əhalinin immunizasiyasında hansı vaksin istifadə olunur?
A) Anatoksin
B) Diri vaksin
C) Tetravaksin
D) Kimyəvi vaksin
E) Cansız (ölü) vaksin
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 263
Leptospiroza qarşı əhalinin immunizasiyasında cansız (ölü) vaksindən istifadə olunur.
101) Vəba xəstəliyində epidemioloji cəhətdən kimlər daha təhlükəlidir?
A) Qeyri - patogen vibrion gəzdiriciləri
B) Tipik formalı vəba xəstələri
C) Atipik formaları vəba xəstələri
D) Xroniki formalı vəba xəstələri
E) Tranzitor vibrion gəzdiriciləri
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 182
Vəba xəstəliyində epidemioloji cəhətdən tipik formalı vəba xəstələri daha təhlükəlidir.
Dostları ilə paylaş: |