16) Aşağıda sadalananlardan hansı diri (canlı) vaksinlərə aiddir?
A) Göyöskürək, difteriya, tetanusa qarşı vaksin
B) Tetanusa qarşı vaksin
C) Qızılca, parotit və məxmərəyə qarşı vaksin
D) Hepatit “B” əleyhinə vaksin
E) Qarın yatalağı əleyhinə vaksin
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma” Modul 2 – Vaksinlər. 2007, səh 5
17) Həll edilmiş vərəm, qızılca, qızılca - məxmərək (QM), qızılca - parotit - məxmərək (QPM) vaksinlərinin istifadə müddəti nə qədərdir?
A) 48 saat
B) 2 - 3 saata qədər
C) 6 saata qədər
D) 1 gün
E) Vaxt məhdudiyyəti yoxdur
Ədəbiyyat: “Təcrübədə İmmunlaşdırma” Modul 2 – Vaksinlər. 2007, səh 25
Dostları ilə paylaş: |