70) Dizenteriya xəstəliyində infeksiya mənbəyi nədir?
A) Xəstə və bakteriya gəzdirənlər
B) Xəstə heyvanlar
C) Tərkibində törədicilər olan qida məhsulları
D) Tərkibində törədicilər olan su
E) Quşlar
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 172
Dizenteriya xəstəliyində infeksiya mənbəyi xəstə və bakteriya gəzdirənlərdir.
71) Dizenteriya xəstəliyinin törədicisi nədir?
A) Viruslar
B) Streptokoklar
C) Rikketsiyalar
D) Vibrion
E) Bakteriya
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 711
Dizenteriya xəstəliyinin törədicisi şigella növündən,enterobakteria ceae olan bakteriyadır.
72) Dizenteriya xəstəliyinin yoluxma mexanizmi nədir?
A) Hava - damcı
B) Parenteral
C) Transmissiv
D) Fekal - oral
E) Təmas
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 173
Dizenteriya xəstəliyinin yoluxma mexanizmi fekal - oral yolladır
Dostları ilə paylaş: |