73) Dizenteriya xəstəliyinə daha çox hansı yaş qrupuna aid insanlar yoluxur?
A) 3 yaşına qədər uşaqlar
B) Qocalar
C) 25 - 30 yaşlı şəxslər
D) Yeniyetmələr
E) Məktəblilər
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 174
74) Eşerixiozlarla ən çox kimlər xəstələnir?
A) Yaşlı adamlar
B) 3 yaşından 7 yaşına qədər olan uşaqlar
C) Məktəblilər
D) 3 yaşına qədər uşaqlar
E) Orta yaşlılar
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 176
Dizenteriya xəstəliyinə daha çox 3 yaşına qədər uşaqlar tutulur.
75) Əhali arasında viruslu hepatit A ilə yoluxma riski ən yüksək olan qrup hansıdır?
A) Sənaye müəssisələrinin işçiləri
B) Narkomanlar
C) Məktəbəqədər və məktəb müəssisələrinin uşaq kollektivləri
D) Hemodializ mərkəzi, cərrahiyyə və infeksion şöbələrin tibb işçiləri
E) Təkrar qan köçürülmüş şəxslər
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 198
Əhali arasında viruslu hepatit A ilə yoluxmaya ən yüksək olan qrup məktəbəqədər və məktəb müəssisələrinin uşaq kollektivləridir.
76) Məktəbəqədər uşaq müəssisələrində A viruslu hepatiti qeyd olunduqda planlı peyvəndləri nə vaxt aparmaq olar?
A) 9 aydan sonra
B) 1 aydan sonra
C) 6 aydan sonra
D) 3 aydan sonra
E) 2 aydan sonra
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 199
Məktəbəqədər uşaq müəssisələrində A viruslu hepatiti qeyd olunduqda planlı peyvəndləri 2 aydan sonra aparmaq olar.
77) A virus hepatiti ilə xəstələnmiş şəxs ətrafdakılar üçün nə vaxt yoluxucu ola bilər?
A) İnkubasiya dövründə
B) Bütün infeksiya dövründə
C) Rekonvalessent dövründə
D) Sağalma dövründə
E) İnkubasiya dövrünün son 7 - 10 günü, prodromal dövr, sarılığın ilk 3 günündə
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 198
A virus hepatiti ilə xəstələnmiş şəxs ətrafdakılar üçün inkubasiya dövrünün son 7 - 10 günü, prodromal dövr, sarılığın ilk 3 günündə yoluxucu ola bilər.
Dostları ilə paylaş: |