83) Poliomielitin törədicisi nədir?
A) Rikketsiyalar
B) İbtidailər
C) Viruslar
D) Helmintlər
E) Bakteriyalar
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 192
Poliomielitin törədicisi viruslardır.
84) Poliomielit ocağında hansı tədbirlər aparılır?
A) Nəm üsul ilə təmizləmə
B) Havanın dəyişdirilməsi
C) Deratizasiya
D) Yalnız cari dezinfeksiya
E) Yekun dezinfeksiya
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 196
Poliomielit ocağında yekun dezinfeksiya tədbirləri aparılır.
85) Poliomielitin spesifik profilaktikasında aşağıdakılardan hansından istifadə edilir?
A) Cansız vaksin
B) Kimyəvi vaksin
C) Diri vaksin
D) İmmunoqlobulin
E) Anatoksin
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 196
Poliomielitin spesifik profilaktikasında diri vaksindən istifadə edilir.
Dostları ilə paylaş: |