747) PP vitamini çatmadıqda hansı xəstəlik baş verir?
A) Pellaqra
B) Raxit
C) Beri - beri
D) Toyuq korluğu
E) Sinqa
- Pellaqra
Vitaminlər – üzvi birləşmələr olub, bunların cüzi miqdarı belə fizioloji aktiv maddələrdir. Vitaminlər suda həll olan C və B qrupu və yağda həll olan – A, D, E, K, F vitaminlərinə bölürlər. C vitamini çatışmadıqda sinqa xəstəliyi, PP vitamini çatışmadıqda – pellaqra xəstəliyi baş verir.
Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 202
748) Qida məhsullarının fiziki üsulla konservləşdirilməsinə aşağıdakılardan hansı aid deyil?
A) Sterilizasiya
B) Dondurma
C) Soyutma
D) Duza qoyma
E) Pasterizasiya
- Duza qoyma
Qida məhsullarını uzun müddət saxlamaq üçün onlar fiziki, kimyəvi və bakterioloji üsulla konservləşdirilirlər. Gigiyenik nöqteyi - nəzərdən qida məhsulunun təbii xassələri daha yaxşı mühafizə olunan konservləşmədən istifadə olunur.
Ədəbiyyat: R.D.Qaboviç 1990 “Gigiyena” 1990 səh 225
Dostları ilə paylaş: |