762) Bir spordan neçə bakteriya hüceyrəsi əmələ gəlir?
A) Altı
B) Bir
C) Yeddi
D) İki
E) Dörd
- Bir
Sporlar uzun illər sağ qalaraq mikrobun müdafiə olunmasını təmin edir. O, çoxalma xarakteri daşımır, bir bakteriyadan bir spor və bir spordan bir bakteriya əmələ gəlir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 19 - 20
763) Bakteriya hüceyrəsində nüvənin hansı funksiyası var?
A) Həzm prosesində iştirak edir
B) Hüceyrəyə forma verir
C) İrsi məlumatları saxlayır
D) Müdafiə edir
E) Tənəffüs prosesində iştirak edir
- İrsi məlumatları saxlayır
Bakteriyalarda nukleoid və ya nüvə dezoksiribonuklein turşusu sapından ibarətdir. Onda bakteriya hüceyrəsinin irsi informasiyası yerləşir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 18
Dostları ilə paylaş: |