764) Qram mənfi bakeriyalar hansı rəngdə olur?
A) Bənövşəyi rəng
B) Qırmızı moruğu rəng
C) Qəhvəyi rəng
D) Qızılı rəng
E) Göy rəng
- Qırmızı moruğu rəng
Qram mənfi bakteriyaların protoplazmasında RNT Qram müsbətlərə nisbətən az olur. Ona görə mikrobun sitoplazmasının gensianviolet və yodla əmələ gətirdiyi birləşmə zəif olur, spirtin təsirindən parçalanır və bənövşəyi rəng itir. Odur ki, mikrob fuksinlə qırmızı rəngə boyanır
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı .1998. Səh. 31 - 32
765) Qram mənfi bakteriyalar hansı boyaqla rənglənir?
A) Vezuvinlə
B) Gensian violetlə
C) Metilen göyü ilə
D) Fuksinlə
E) Lyuqol məhlulu ilə
- Fuksinlə
Qram mənfi bakteriyalalrın hüceyrə divarında lipid və zülallar çox olur. Protoplazmada RNT az olur. Ona görədə mikrobun sitoplazmasının gensianvioletlə və yodla əmələ gətirdiyi birləşmə zəif olur, spirtin təsirindən bənövşəyi rəng itir, mikrob fuksinlə qırmızı rəngə boyanır.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 30 - 32
Dostları ilə paylaş: |