757) Mikroskopun böyüdücü sistemi nədən ibarətdir?
A) Diafraqma
B) Mikrovint
C) Makrovint
D) Tubus
E) Okulyar
- Okulyar
Okulyar tubusun yuxarı hissəsinə taxılır. Onun iki linzası var. Bunlardan biri okulyarın yuxarı - gözə yaxın ucuna birləşdirilir və göstərici vəzifəsini yerinə yetirir. İkinci linza isə ucda yerləşib toplayıcı vəzifəsini görür.
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı.1998. Səh. 10 - 13
758) Vibrionların quruluşu necədir?
A) Vergülvari
B) Kokşəkilli
C) Sancaqşəkilli
D) Çöpvari
E) Bir ucu qalınlaşmış
Vergülvari
Spiralvarilər - spiral kimi qıvrılmış bakteriyalar iki qrupa bölünür:
Vibrionlar - bu bakteriya hüceyrələri mikroskop altında vergül şəklində görünür.
Spirillər - bir neçə qıvrıma malikdirlər. Bu forma onları burguya bənzədir.
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 15 - 16
Dostları ilə paylaş: |