751) Ətin təzəliyini hansı üsulla təyin edilir?
A) Eber sınağı
B) Tilmans reaktivi ilə
C) Hidrogen sulfidin təyini
D) Andreyevski sınağı
E) Kreys reaksiyası
Andreyevski sınağı
Ət bioloji cəhətdən qiymətli zülallarla zəngin olan ərzaq məhsullarından biridir. Ət qiymətli qida məhsuludur və tez xarab olur. Ətin təzəliyi barmaqla basmaqla, peroksidaza sınağına və Andreyevski sınağı ilə təyin edilir
Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 450 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 164
752) Südün xüsusi çəkisi nə ilə təyin edilir?
A) Juravlyov cihazı
B) Urometr
C) Laktodensimetr
D) Saxarimetr
E) Butirometr
Laktodensimetr
Südün orqanizm üçün qida və bioloji dəyərə malik olması və yaxşı mənimsənilməsi ilə əlaqədar o, pəhriz qidalarının tərkibində daha çox yer tutur. Südün xüsusi çəkisi xüsusi süd areometri – laktodensimetrlə təyin edilir.
Ədəbiyyat: M.A.Kazımov. “Ümümi gigiyena” Bakı 1999 səh 421 Д.М. Бабов, Н.Н.Надворный «Руководство к практическим занятиям»1981 səh 181
Dostları ilə paylaş: |