969) Viruslu hepatit ilə xəstələnmiş şəxs donor ola bilərmi?
A) Müalicədən sonra olar
B) 6 aydan sonra olar
C) Dispanser müşahidəsindən çıxdıqdan sonra olar
D) Olmaz
E) Olar
Viruslu hepatit ilə xəstələnmiş şəxslərin qanında virusun antigeni qaldığına görə onlar donor ola bilməzlər.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 202
970) Brusellalar necə yoluxur?
A) Parenteral
B) Hava - damcı
C) Təmas
D) Alimentar
E) Transmissiv
Brusellalar alimentar yolla yoluxur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 230
971) Yoluxmuş orqanizmdən leptospirlər hansı yolla ifraz olunur?
A) Bəlğəm
B) Sidik
C) Öd, tər
D) Tənəffüs
E) Qan
Yoluxmuş orqanizmdən leptospirlər sidik yolu ilə ifraz olunur
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 260
Dostları ilə paylaş: |