Sanitar-feldşer ixtisası üzrə nümunəvi test sualları Bölmə Epidemiologiya


Bölmə 7. Mikrobiologiya və mikrobioloji texnika



Yüklə 1,39 Mb.
səhifə326/445
tarix02.01.2022
ölçüsü1,39 Mb.
#46756
1   ...   322   323   324   325   326   327   328   329   ...   445
2013-05-14 09-35-36

Bölmə 7. Mikrobiologiya və mikrobioloji texnika

755) Aşağıdakılardan hansı mikroskopun optik hissəsinə aiddir?
A) Tubus

B) Güzgü


C) Əşya stolu

D) Makrovint

E) Mikrovint
Güzgü

Güzgünün vəzifəsi işıq şüalarını əşya masası üzərində olan deşiyə doğru yönəltməkdən ibarətdir. Onun bir üzü hamar, digər üzü isə çökükdür. Təbii işıqlanmada hamar, süni işıqlanmada isə çökük səthdən istifadə edilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 10 - 13
756) Mikroskopun mexaniki hissəsinə nə aiddir?
A) Kondensorun linzası

B) Okulyar

C) Obyektiv

D) Tubus


E) Güzgü
- Tubus

Mikroskopun dəstəyinin yuxarı hissəsinə tubus borusu birləşdirilib. Tubus makro və mikrometrik vintlərlə yuxarı və aşağı hərəkət etdirilir. Tubusun yuxarı hissəsinə okulyar taxılır. Aşağı hissəsi isə obyektivlər yerləşən revolverə birləşdirilir.


Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair”Bakı. 1998. Səh. 10 - 13

Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   322   323   324   325   326   327   328   329   ...   445




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin