891) Bir şagirdə düşən idman zalının sahəsi nə qədər olmalıdır?
A) 2 kv.m
B) 5 kv.m
C) 6 kv.m
D) 4 kv.m
E) 1,5 kv.m
Ədəbiyyat: Г.Н.Сердюковская ,Л.М.Сухарева. Гигиена детей и подростков.Медицина. Москва. 1989
892) Əgər həkim müayinəsi zamanı uşağın fiziki və psixoloji inkişafının yaşına uyğun olduğu, qamətin pozğunluğu və müayinədən 1il əvvəl 4dəfə yuxarı tənəfüs yollarının xəstəliyi ilə xəstələnməsi aşkar olunubsa uşaq hansı sağlamlıq qrupuna aid edilməlidir?
A) 4
B) 2
C) 3
D) 5
E) 1
Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı. 1995
893) İnternat məktəblərinin tərkibində hansı otaqlar kompleksi nəzərdə tutulur?
A) Tədris, yataq, ümumməktəb, inzibati – təsərrüfat
B) Tədris, yardımçı, ümumtəhsil, yataq
C) Tədris, inzibati, yataq, təsərrüfat
D) Tədris, qrup, yataq, ümumməktəb
E) Tədris, köməkçi, yardıçı, təsərrüfat
Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı. 1995
894) Məktəbəqədər böyük yaşlı uşaqların əqli iş qabiliyyətinin öyrənilməsində hansı üsuldan istifadə edirlər?
A) Xronorefleksometriya
B) Korrektur fiqur
C) Korrektur hərf cədvəli
D) Erqometriya
E) Riyaziyyat misalları
Ədəbiyyat: В.Н.Кардашенко .Руководство к лабораторным занятиям по гигиенe детей и подростков. Медицина. Москва. 1983
895) Bir uşağa düşən tədris kabinetlərin sahəsi nə qədər olmalıdır?
A) 2,7 kv.m
B) 1,2 kv.m
C) 2,8 kv.m
D) 2,5 kv.m
E) 2,0 kv.m
Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı. 1995
896) Uşaq və yeniyetmələrin sağlamlığına təsir edən ətraf mühitin 3 əsas amili hansıdır?
A) Hərəkət, əmək, orqanizmin möhkəmləndirilməsi
B) Hərəkət, orqanizmin möhkəmləndirilməsi, qidalanma
C) Hərəkət, qidalanma, əmək
D) Orqanizmin möhkəmləndirilməsi, rejim, qidalanma
E) Qidalanma, rejim, əmək
Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı. 1995
Dostları ilə paylaş: |