8) Epidemioloji prosesə “alovlanma”, “epidemiya”, “pandemiya”, “sporadik xəstəliklər” adı verilməsi nədən asılıdır? A) Xəstəliyin yayılma sürətindən
B) Xəstələrin sayından
C) Xəstə ilə təmasda olan şəxslərin sayından
D) Xəstəliyin ağırlıq dərəcəsindən
E) Xəstəliyin təcrid edilməsindən
9) Epidemik proses haqqında nə vaxt danışmaq olar? A) Suda vəba törədiciləri olduqda
B) Brüselyoz xəstəliyinə tutulmuş heyvanlar olduqda
C) Ətdə salmonella olduqda
D) İnsanların kütləvi surətdə qripə xəstələnməsi zamanı
E) Ocaqda həşəratlar olduqda
10) Epidemik ocaq dedikdə nə başa düşülür? A) Süd kombinatında işləyən xəstə
B) Uşaq müəssisəsinə gedən xəstə uşağın qrupu
C) Mənzil
D) Xəstə olan palata
E) Törədicinin yayılması mümkün olan bütün ərazi
11) Epidemioloji xidmət ocaqda nəyi həyata keçirir? A) Heyvanların kəsilməsindən əvvəl yoxlanılmasını
B) Son dezinfeksiyanı
C) Xəstələrin təcili profilaktikası
D) İnfeksiya mənbəyinin aşkar edilməsi
E) Epidemioloji müayinəni
12) İnfeksion xəstəlik ocağının epidemioloji müayinəsinin məqsədi nədir? A) İnfeksiya mənbəyinin keçmə yolları və amillərinin yoluxmaya səbəb olan şəraitin və ocaq sərhədlərinin müəyyən edilməsi
B) Xəstəliyə səbəb olan törədicinin növünün müəyyən edilməsi
C) Son diaqnozun qoyulması
D) Müalicənin təyini
E) Əhalinin immunlaşdırılması