94) Eşerixiozlarla ən çox kimlər xəstələnir? A) Orta yaşlılar
B) 3 yaşına qədər uşaqlar
C) 3 yaşından 7 yaşına qədər olan uşaqlar
D) Yaşlı adamlar
E) Məktəblilər
95) Əhali arasında viruslu hepatit A ilə yoluxmaya ən yüksək olan qrup hansıdır? A) Narkomanlar
B) Təkrar qan köçürülmüş şəxslər
C) Məktəbəqədər və məktəb müəssisələrinin uşaq kollektivləri
D) Sənaye müəssisələrinin işçiləri
E) Hemodializ mərkəzi, cərrahiyyə və infeksion şöbələrin tibb işçiləri
96) Məktəbəqədər uşaq müəssisələrində A viruslu hepatiti qeyd olunduqda planlı peyvəndləri nə vaxt aparmaq olar? A) 1 aydan sonra
B) 3 aydan sonra
C) 9 aydan sonra
D) 2 aydan sonra
E) 6 aydan sonra
97) A virus hepatiti ilə xəstələnmiş şəxs ətrafdakılar üçün nə vaxt yoluxucu ola bilər? A) Bütün infeksiya dövründə
B) Sağalma dövründə
C) İnkubasiya dövründə
D) Rekonvalessent dövründə
E) İnkubasiya dövrünün son 7-10 günü, prodromal dövr, sarılığın ilk 3 günündə
98) Viruslu hepatitin hansı növü fekal-oral yolla yayılır? A) Viruslu hepatit D
B) Viruslu hepatit C
C) Viruslu hepatit B
D) Viruslu hepatit A, E
E) Viruslu hepatit G
99) Viruslu hepatit ilə xəstələnmiş şəxs donor ola bilərmi? A) Olmaz
B) 6 aydan sonra
C) Olar
D) Müalicədən sonra
E) Dispanser müşahidəsindən çıxdıqdan sonra