566) Adambaşı düşən gündəlik su sərfi normada nə qədərdir ? A) 150 – 200 litr
B) 300 – 500 litr
C) 10 – 50 litr
D) 100 – 150 litr
E) 50 – 100 litr
Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı ,1999
567) Suyun pH-ı nəyi göstərir? A) Suyun reaksiyasını
B) Mikroelementlərin miqdarını
C) Codluğunu
D) Oksidləşmə dərəcəsini
E) Şəffaflığını
Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı ,1999
568) İçməli suyun pH-ı nə qədər olmalıdır ? A) 8,5 – 10
B) 6,5 – 8,5
C) 2,0 – 3,0
D) 3,5 – 4,5
E) 5,0 – 6,0
Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı ,1999
569) PH 3-ə bərabər olarsa suyun reaksiyası necədir? A) Neytral
B) Zəif qələvi
C) Turş
D) Qarışıq
E) Qələvi
Ədəbiyyat: M.A. Kazımov. Ümumi gigiyena. Bakı ,1999
570) Məişət çirkab suları süni üsulla harada təmizlənir ? A) Assenizasiya maşınlarında
B) Əmələ gəldiyi yerlərdə
C) Su hövzələrində
D) Suvarma tarlalarında
E) Təmizləyici stansiyalarda
Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985
571) Maye tullantılar təbii üsulla necə təmizlənir ? A) Süzgəclərdən keçirilir
B) Xlorlaşdırılır
C) Koaqulyasiya olunur
D) Torpaq sahələrinə axıdılır
E) Çökdürücülərdə çökdürülür
Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985
572) Aerotenklər hansı məqsədlə istifadə olunur ? A) Məişət çikab sularının təmizlənməsi üçün
B) Bərk tullantlarl zərərsizləşdirmək üçün
C) Havanın çirklənməməsi üçün
D) Havanı oksigenlə zənginləşdirmək üçün
E) Sənaye çirkab suları təmizləmək üçün
Ədəbiyyat: Н.Ф.Измеров.Общая и коммунальная гигиена.Москва.1985