479) İnfraqırmızı şüalar hansı təsirə malikdir?
A) Antiraxitik
B) Bakterisid
C) Fotosintez
D) İstilik
E) Fotokimyəvi
Ədəbiyyat: R.D.Qaboviç. Gigiyena. Maarif .1975
480) Orqanizmin istilik balansı nəyi göstərir?
A) Bədəndə hasil olan və xaric olunan istilik arasındakı fərqi
B) Bədənin temperaturu ilə havanın temperaturu arasında fərqi
C) Bədəndə hasil olan istiliyin miqdarını
D) Bədəndən xaric olunan istiliyin miqdarını
E) Gündüz və axşam havanın temperaturları arasındakı fərqi
Ədəbiyyat: M.A.Kazımov. Ümumi gigiyena. Bakı ,1999
481) Orqanizm ilə xarici mühit arasında istilik mübadiləsi hansı yollarla baş verir?
A) İstilikkeçirmə, konveksiya, şüalanma
B) Qidalanma, tənəffüs
C) Sidik sistemi, xarici sekresiya vəziləri
D) Fiziki iş və hərəkət aktivliyi
E) Maddələr mübadiləsi, qan dövranı
Ədəbiyyat: R.D.Qaboviç. Gigiyena. Maarif .1975
482) Otağın havasının temperaturu hansı hündürlükdə və neçə nöqtədə təyin edilir?
A) 1,5 m; 3
B) 0,8 m; 2
C) 1,0 m; 5
D) 0,5 m; 1
E) 20 m; 4
Ədəbiyyat: M.A.Kazımov. Ümumi gigiyena. Bakı ,1999
Dostları ilə paylaş: |