Yögüş/yögiş
- çox, xeyli:
Yolları səb, günahları
yögiş
,
Bilməzəm ki, necə olasıdır iş?
1
Kitabi-Dədə Qorqud (tərtibçilər: F.Zeynalov, S.Əlizadə). Bakı,1988, səh.88
2
XIII asirdan günümüze kadar kitaplardan toplanmiş taniklariyle Tarama
sözlügü I-VI s. Ankara, 1941 -1945, səh.4548-4550
3
Hacıyeva Z. Suli Fəqih Yusif və Züleyxa. Bakı, 1991, səh.21
223
Bu söz istər qədim türk mətnlərində, istərsə də orta yüzillik-
lərə aid türk və Azərbaycan yazılı abidələrində "ögüş" şəklində
işlənmişdir. Söz başındakı "y" samiti türk dillərinin daha əski
qatlarının göstəricisi kimi qəbul edilə bilər.
Tərcümənin dilindəki türkmənşəli arxaik sözlərin kiçik bir
qrupunu da müasir dilimizdə
şəkilcə-fonetik tərkibcə
müəyyən
dəyişikliyə uğramış sözlər təşkil edir. Aşağıdakı sözlər bu qəbi-
lədəndir:
Gözətmək
- gözləmək
:
Dəxi mayəhtacı yenə oldı ol,
Pəs, ol saru
gözətdi
, tutdı yol.
"Gözləmək" feilinin bu əski fonetik şəklinə də orta əsrlər
Azərbaycan yazılı abidələrində rast gəlirik . Cahangir Qəhrəma-
nov bu feilin Nəsimi “Divan”ında, Şaməddin Xəlilov isə "Əsrar-
namə"də "qorumaq", "saxlamaq" mənalarında işləndiyini göstə-
rirlər. "Gözətmək" feilinin bu mənaları əski türk mətnlərində və
orta əsrlərə aid türkdilli yazılı abidələrdə də qeydə alınmışdır.
Feilin bu mənası "gözətçi" sözündə özünü qoruyub saxlamışdır.
Qaranqu
- qaranlıq
:
Çün məni qəbrə qoyub getdilər,
Qaranqu
yerdə məni tərk etdilər.
Çağdaş dilimizdə "qaranlıq" şəklində işlənən bu söz əski
türk mətnlərində və orta əsrlərin yadigarları olan türk və Azər-
baycan yazılı abidələrində "qaranu", "qaranğu" və "qaranqu"
şəklində işlənmişdir. "Qaranqu" sözü "Ət-töhfə"də həm "karan-
lı", həm də "karanqı" şəklində işlənmişdir. Dilimizin Bakı və
Naxçıvan şivəsində "qaraltı" mənasında işlənən "qaratqu" da bu
sözlə bağlıdır
1
.
1
Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964, səh.116
|