Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə172/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   168   169   170   171   172   173   174   175   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
 
4.2. ALINMA TERMİNLƏR VƏ ONLARIN 
MƏNİMSƏNİLMƏSİ 

Dünyanın əksər dillərində lüğət tərkibinin zənginləşməsin-


də alınmaların xüsusi rolu vardır. Sözlərin alınması dillər və mə-
dəniyyətlər arasında qarşılıqlı əlaqələrlə şərtlənir. Çünki cəmiy-
yət inkişaf etdikcə əldə edilən elmi-texniki nailiyyətlər, gündən-
günə artan güclü informasiya axını, xalqlar və millətlərarası ge-
nişlənən beynəlxalq əlaqələr dil əlaqələrinin də qarşılıqlı inkişa-
fını zəruriləşdirir. Bu əlaqələr, yaxınlıq birinci növbədə dilin lü-
ğət tərkibində özünü göstərir. Hələ Roma imperiyasında, latın 
dili imperiyaya daxil olan xalqların dillərinin leksikasını yeniləş-
dirir, orada özünə geniş yer tutmağa başlayırdı. İslam dininin 
meydana gəlməsi və müsəlmançılığın yayılması ərəb dilinin tə-
sirini genişləndirdi. Beləliklə, dinin və sakral ədəbiyyatın yayıl-
ması hərəkatı Qərbdə latın, Şərqdə ərəb dilinin hegemonluğunu 
təmin etdi. Ədəbi-mədəni dil kimi bu dillər yüzillər boyu milli 
dillərə təsir etdi, onların lüğət tərkibinin zənginləşməsində mü-
hüm rol oynadı. Bu proses türk dillərində də müşahidə olunmaq-


326 
dadır. Çoxəsrlik tarixi dövr ərzində türk dilləri, o cümlədən 
Azərbaycan dili başqa xalqların dillərinə təsir etdiyi kimi, özgə 
dillərin təsirinə də məruz qalmışdır, bu da özünü dilin leksik sis-
temində əks etdirir.
Dil əlaqələri cəmiyyətin təkamül tarixinin, xalqların etnoq-
rafik inkişaf və etnogenezinin ayrı-ayrı məqamlarını, o cümlə-
dən, həyat tərzi və mədəniyyətini özündə yaşadır. Ona görə də, 
dillərin qarşılıqlı əlaqəsi- bir dilin başqa dildən söz alması, əksər 
hallarda dillərin bir-birinə qarşılıqlı təsiri və alınmaların ictimai 
həyatda mühüm rol oynaması qanunauyğun bir haldır. 
V.N.Yartseva doğru olaraq yazır ki, çox nadir, müstəsna hallar 
nəzərə alınmazsa, heç bir dil başqa dillərlə əlaqədən kənarda qa-
la bilməz. Deməli, xalqların qarşılıqlı münasibəti genişləndikcə 
dillər arasında əlaqələr də genişlənir, bir dildən digərinə yeni 
sözlər keçərək onun lüğət tərkibini zənginləşdirir. Bu proses 
xalqların iqtisadi, siyasi və mədəni əlaqələrinin qanunauyğun in-
kişafı ilə bağlıdır. Belə ki, inkişafla əlaqədar olaraq xalqların 
bir-biri ilə elmi, mədəni, iqtisadi, siyasi cəhətdən yaxınlaşması 
sözalma üçün zəmin yaradır. Çünki geniş elmi mübadilələr, tex-
niki nailiyyətlərin bəşəriyyətin ümumi inkişafına təsir etməsi, 
xalqların mədəni əlaqələri səviyyəsində kontaktlar dillərin qarşı-
lıqlı zənginləşməsində öz əksini tapır. Belə qarşılıqlı təsirlər dil-
lərin qlobal inkişafına imkan yaradır, cəmiyyətin inkişafının 
müxtəlif sahələrində beynəlxalq əlaqələrin formalaşmasını və in-
kişafını şərtləndirir. Ən qədim zamanlardan–insanlar, xalqlar 
arasında qarşılıqlı əlaqələrin yarandığı dövrlərdən özünü göstə-
rən bu proses hazırkı qloballaşma əsrində daha da sürətlənmiş-
dir. Yəni, yeni yaranan məfhum və anlayışları ifadə etmək üçün 
dilin özünün müvafiq vahidləri olmadıqda başqa dilə müraciət 
olunur, digər dilin leksik sistemindən söz və anlayışlar alınması 
ehtiyacdan irəli gəlir.
Tədqiqatlar göstərir ki, dillərin qarşılıqlı şəkildə bir-birinə 
təsiri daha güclü elmi-texniki nailiyyətlərə malik olan, cəmiyyə-
tin inkişafının bütün sahələrində hegemon olan, yenilikləri ilə 
seçilən xalqların dillərinin başqa dillərə təsiri nəticəsində dillərin 


327 
leksik tərkibində alınmaların yaranmasına səbəb olur. Bu pro-
ses-dillərin qarşılıqlı təsiri ayrı-ayrı tarixi dövrlərdə fərqli xarak-
ter daşımış, bir dilin digər dilə təsiri zaman keçdikcə müəyyən 
tarixi dövrlərdə dəyişə bilmişdir. Əgər Avropada əvvəllər bu tə-
sir rolunu latın və yunan, sonralar fransız və alman, hazırda isə 
ingilis dili oynayırsa, Şərqdə isə əvvəllər ərəb və fars, bir müd-
dət rus, indi isə ingilis dili əsas təsiredici dillərdəndir.
Dil, xüsusən onun leksik sistemi xalqın tarixinin, mədəniy-
yətinin daşıyıcısı hesab olunur. Xalqın tarixi, mədəniyyəti çox-
saylı təsirlərdən uzaq ola bilmədiyi kimi, onun dili də bu təsir-
lərdən kənarda qala bilməz. F.R.Zeynalov yazır ki, dünyada lek-
sik tərkibi ancaq özünəməxsus sözlərdən ibarət olan saf bir dil 
yoxdur. Belə ki, dildə yaranan yeni əşya və məfhumları ifadə et-
mək üçün milli baza ilə yanaşı, digər dillərə də müraciət olun-
ması zərurəti yaranır. Bu zərurəti ödəmək üçün alınma dil vahid-
lərinə müraciət edilir. Deməli, dilin ümumi leksik tərkibinin 
zənginləşməsində dilin daxili imkanları ilə yanaşı, başqa dillər-
dən sözalma da mühüm rol oynayır. Sözalma zamanı dilə qəbul 
edilən sözlər-alınmalar içərisində isə əsas yeri terminlər tutur. 
Çünki elm və onun ayrı-ayrı sahələri təkcə bir ölkədə formalaşıb 
həmin ölkə üçün xüsusi inkişaf yolu keçmir, bu proses qlobal 
xarakter daşıyır. V.Danilenko bu barədə yazır: “Ümumişlək lek-
sika ilə müqayisədə terminologiyada alınmalar daha böyük faiz 
təşkil edir. Alınma sözlər (adlandıranlar) elmi dildə alınma pred-
meti və anlayışların (adlandıranlar) adı kimi daxil olur.
1

Elmi axtarışlar dünyanın hər bir nöqtəsində aparılır və bu 
inkişaf yeni anlayışları, məfhumları, eləcə də, onları dildə əks et-
dirən terminoloji vahidləri yaradır. Yeni yaranan elmi dil vahid-
ləri informasiya mübadiləsi prosesində digər dillərin lüğət tərki-
binə keçir. Deməli, elmi mübadilələr, axtarışlar terminoloji va-
hidlərin alınması üçün ilkin şərait yaradır. Bu zaman söz və ya 
terminlər bir dildən başqa dilə keçərək anlayışın dildə ifadəsini 
1
Даниленко В.П. Терминологизации разных частей речь. Проблемы 
языка науки и техники. Москва, Наука, 1970, cтр.69. 


328 
təmin etməklə yanaşı, həm də bir dilin lüğət tərkibini digər dilin 
sözləri-terminləri hesabına zənginləşdirmiş olur. Belə qarşılıqlı 
təsirlər dilləri milli çərçivədən çıxarır, cəmiyyətin inkişafının 
müxtəlif sahələrində beynəlxalq əlaqələrin formalaşmasını və in-
kişafını sürətləndirir. N.Məmmədli yazır: “Terminologiyada 
alınmalar dilin kasıblığına dəlalət etmir, əksinə onun dil kontakt-
ları hesabına zənginləşməsinin göstəricisi kimi çıxış edir. Tarixi-
mədəni əlaqələr və dövlətlərarası münasibətlərlə, elmi-texniki 
tərəqqi və elmi bilik sahələrinin inkişafı ilə bağlı Azərbaycan di-
li leksikasında terminlərin xüsusi çəkisinin artması dillərarası 
əlaqələrin də genişlənməsinin təzahürüdür.”
Milli dillərin terminologiyasında terminin başqa dillərdən 
alınması fasiləsiz bir prosesdir. Bu onunla bağlıdır ki, elm, tex-
nika bir ölkədə, bir milli dilin hakim olduğu regionda yaranıb in-
kişaf etmir. Dünyanın hər yerində elm inkişaf edib elmi axtarış-
lar davam etdikcə, kəşflər həyata keçirildikcə yeni anlayışlar və 
onları ifadə edən terminlər yaranır. İnformasiya mübadiləsi pro-
sesində həmin terminlər milli çərçivədən çıxır və terminlərin 
alınması üçün ilkin əsas yaranır. H.Həsənov müxtəlif dillərdə 
alınma sözlərin işlədilməsini üç amillə şərtləndirir: “1. Alınma 
sözü alan dildə adı olan və ya adı olmayan əşya və ya hadisəni 
ifadə etməsi ilə; 2. Həmin dilin, qrammatik, fonetik və orfoqra-
fik normalarına nə dərəcədə uyğun gəlməsi ilə; 3. Həmin sözün 
dilin leksikasının hansı layına aid olması ilə
1
”. Mahiyyətinə gö-
rə, dildə terminalma prosesi ilə sözalma bir-birindən fərqlənmir. 
Hər iki halda dil başqa bir dildən sözü alır. Ancaq sözalma təkcə 
əşya, predmet, hadisə və s. bildirən sözün alınıb işlədilməsini 
əhatə edirsə, terminalmada qəbul edilən müəyyən məfhum, anla-
yışın adı və ya alınma termin müəyyən sahəyə aidliyi, elmin sa-
hə anlayışını ifadə etməsi ilə seçilir və ancaq mütəxəssislər tərə-
findən başa düşülür.
1
Həsənova Ə. Dilimizin terminologiyasının zənginləşmə yolları. Terminolo-
giya məsələləri. Bakı, Elm, 1990, səh.118. 


329 
Alınmaların müəyyənləşdirilməsi meyarları haqqında 
D.S.Lotte yazır: “Hər hansı sözü “özününkü” (mənimsənilmiş) 
və yad kateqoriyalara aid etmək üçün əsas meyarlar, bizim fikri-
mizcə, aşağıdakılardır: 1. Həmin sözdəki səs birləşmələrinin dil-
də qəbul olunmuş səs birləşmələrinə hansı dərəcədə uyğun gəl-
məsi; 2. Sözün morfoloji quruluşu və digər formal mənsubiyyət 
elementlərinin dildə qəbul olunmuş quruluşa uyğun gəlməsi və 
onunla harmoniya yaratması; 3. Həmin sözdən əmələ gələn dü-
zəltmə sözlərin mövcudluğu, yaxud sözün dildəki söz yaradıcılı-
ğı prosesində iştirak etməsi
1
. Müəllif fonetik, qrafik, morfoloji, 
sözdüzəltmə, sintaktik, semantik vasitə və üsullara əsasən termi-
nin mənsubluğunu təyin etməyin mümkünlüyünü göstərir.
S.V.Qrinev D.Lottenin verdiyi üç amilin qarşılıqlı əlaqəsini 
əsas götürərək alınmaların müəyyənləşdirilməsi üçün təklif olu-
nan altı əlaməti qeyd edir: fonetik, qrafik, morfoloji, sözdüzəlt-
mə, sintaktik, semantik. 
Y.Krısin sözün alınma kimi qəbul edilməsi üçün dörd me-
yar irəli sürür: “1. alan dilin başqa dilin sözünü qrafik-fonetik 
ifadə imkanı; 2. alınan sözün dilin müəyyən qrammatik kateqo-
riyasına şamil edilməsi; 3. alınan sözün semantik müstəqilliyi;
4. ən azı iki funksional üslubda işlənmə və müəyyən terminoloji 
sistemdə termin kimi istifadə olunması
2
.” 
M.Braqina dildaxili alınma sözləri aşağıdakı kimi müəy-
yənləşdirir: 1) yeni əşya və anlayışı bildirmək üçün doğma dildə 
ekvivalent sözün olmaması; 2) mənanın dəqiqləşdirilməsinə və 
konkretləşdirilməsinə zərurətin mövcud olması; 3) ekspressivli-
yə meyl və ya üslubi sinonimlərə ehtiyac; 4) çoxmənalılığın ara-
dan qaldırılması və s.
Bu fikirlər qismən terminlərə aid edilə bilər. Ekspressivliyə 
meyl və ya üslubi sinonimlərə ehtiyac çoxmənalılıq məsələləri 
terminoloji sistemə xas xüsusiyyət deyildir. Terminoloji sistem-
1
Лотте Д.С. Образование и правописание трехэлементных научно-
технических терминов. Москва, Наука, 1969, cтр.1 
2
Крысин А.Н. К определению терминов заимствования слово. Св. Раз-
витие лексики, сов.рус. языка, М., 1965, cтр.35 


330 
də bəzən çoxvariantlığın, yəni eyni anlayışı bildirən müxtəlif 
termin variantlarının olması məsələsini aradan qaldırılması məq-
sədi ilə unifikasiya aparılır. Bu zaman mövcud olan alınma vari-
antlarından biri seçilib əsas termin kimi qəbul olunur. Termin 
alınması o zaman zəruri olur ki, milli lüğətin tərkibində müvafiq 
məfhumu, anlayışı, ifadə edən söz olmasın. Azərbaycan dilinin 
daxili imkanları əsasında, bu dilin söz yaradıcılığı üsulları ilə 
müəyyən anlayışın ifadəsi üçün müvafiq termin yaratmaq müm-
kün olmadıqda başqa dildən həmin anlayışı ifadə edən termin 
alınıb işlədilir.
Ekstralinqvistik amillər də sözalma prosesinə güclü təsir 
edir. Dillərin qarşılıqlı əlaqələri həm dili zənginləşdirən yollar-
dan biri kimi maraq kəsb edir, həm də, ümumiyyətlə, xalqların 
əlaqə və təsir dairəsini göstərir. Alınma sözlər bir xalqın başqa 
xalqdan nəyi öyrəndiyini bildirir.
B. Abbasova yazır: “Məlum olur ki, dil heç vaxt sözalma 
nəticəsində nə öz milli vahidlərini, nə də uğurlu alınmalar fon-
dunu itirmir, bu hadisənin dilə ancaq mənfəəti olur. Əlbəttə, 
söhbət yenə də ehtiyac nəticəsində və zənginləşmə naminə sö-
zalmadan gedir. Başqa hallarda sözalmanı dil özü rədd edir
1
.” 
Doğrudan da, əgər sözalma ehtiyac nəticəsində alınmırsa, dilin 
qrammatik quruluşuna uyğun gəlmir, assimilyasiyaya uğramır, 
işləklikdən qalır və dildən çıxır. Məlumdur ki, termin hansı dilə 
keçirsə, həmin dilin fonetik, qrammatik, orfoepik normalarına 
uyğunlaşdırılaraq, assimilyasiyaya məruz qalaraq işlədilir. Çox 
vaxt isə alınma termin onun fonetik tərkibindən asılı olaraq assi-
milyasiya edilmədən dil tərəfindən ümumilikdə mənimsənilir. 
Məsələn, 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin