Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə76/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   72   73   74   75   76   77   78   79   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

 
 
Key
- çox yaxşı, möhkəm, əsaslı: 
Çü yüz tutdu ŋ həqiqət bu təriqə, 
Key
 a ŋla bunda ögüşdür dəqiqə.
“Key”
sözü qədim mənbələrdən Mahmud Kaşğarinin lüğətin-
də və Yuqnəqinin “Ətəbatül-həqaiq” əsərində eyni mənada qeydə 
alınmışdır. Bu söz “Kitab əl-idrak”da da 
“yaxşı”
mənasında işlən-
mişdir. “Dastani-Əhməd Hərami”də də bu söz işlənmişdir. 
1
Dastani-Əhməd Hərami (tərtibçi: Ə.Səfərli). Bakı, 1978,
 
səh.79 
2
Qəhrəmanov C., Xəlilov Ş. Mustafa Zərir “Yusif və Züleyxa”. Bakı, 1991. 
səh. 265 


143 
Beytin ikinci misrasında işlənmiş “ögüş” (çox) leksemi də 
qədim türk sözüdür. Bu söz də istər qədim türk mətnlərində , is-
tərsə də Azərbaycan yazılı abidələrində 
“üküş”, “ögüş” və “yü-
güş”
şəklində işlənmişdir . Nailə Hacıyeva bu sözün “İxtiyarati-
qəvaidi-külliyyə” əlyazmasında 187 dəfə işləndiyini göstərir
1

 
Kirtü
- gerçək, həqiqi, sadiq: 
Cavabın böylə verür bunun anlar
Kim, anlara der 
kirtü
 ərənlər… 
Bularu ŋ vəsf edər halını 
kirtü, 
Hədisi -”mutu qəblə ən-təmutu”.
 
Bu söz eyni mənada Mahmud Kaşğarinin lüğətində, “Ət-töh-
fə”də və “Kitab əl-idrak”da işlənmişdir. Sonuncu mənbədə 
“kirtü 
söylədi”
(doğru dedi) ifadəsi və 
“kirtülədi”
sözü də işlənmişdir. 
“Ət-töhfə”də bu söz “kərti” şəklində verilmişdir. Bu mənbədə 
“kərti ayıtmaq”
(doğru söyləmək) ifadəsi də işlənmişdir
2

 
Küpə
- sırğa: 
Bu mey çak etdi əqli-küll qəbasın, 
Qulağında qodı qulluq 
küpəsin.
Bu söz 
“kübə”
və 
“küpə”
şəklində qədim türk mətnlərində 
işlənmişdir. Azərbaycan-türk yazılı abidələrindən Yusif Mədda-
hın “Vərqa və Gülşah” poemasında isə bu söz 
“küpə”
kimi qey-
də alınmışdır. “Ət-töhfə”də isə o 
“kübə”
şəklində işlənmişdir. 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin