Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə139/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   135   136   137   138   139   140   141   142   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

1.
 
Terminologiyada zahiri oxşarlığına görə mənanın köçü-
rülməsində müxtəlif formalar özünü göstərir:
a)
əlamət və keyfiyyətin oxşarlığına görə mənanın köçürül-
məsi:
Azərbaycan dilində 
“kövrəklik”
 
sözü “kövrək” sifətindən 
əmələ gəlmiş abstrak məfhumdur. “Kövrək” tez sınan, davamsız 
asanlıqla dağılan, parçalanan deməkdir. 
Texnikada
isə “kövrək-
lik” - cismin texniki təsiri zamanı nəzərə çarpacaq plastik dəyi-
1
F.Kərimzadə, Xudafərin körpüsü, səh. 268
2
Qocayeva G. “Rusca-azərbaycanca texniki terminlərin izahlı lüğəti”. Bakı, 
2004, səh. 506


257 
şikliyə uğramadan dağılma qabiliyyəti nəzərdə tutulur; 
“dözüm-
lülük”
informatikada
– sistemin xarici təsirlər şəraitində öz işlə-
mək qabiliyyətini saxlamaq xassəsi mənasını bildirməklə öz əv-
vəlki mənasını saxlayır;
b
) insana xas olan xüsusiyyətin oxşarlığına görə mənanın 
köçürülməsi əsasında terminləşmə
.
Məsələn, 
“yaddaş”
bir şeyi 
zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmaq qabiliy-
yəti, hafizə (ADİL, s. 472) mənasında işlənirsə, 
informatikada
“verilənlərin qəbulu, saxlanması və ötürülməsi üçün təyin olun-
muş funksional hissə” mənasında işlənir.
c) 
hərəkət və fəaliyyət xarakterinin oxşarlığı ilə, mənanın 
köçürülməsi ilə terminləşmə
işlənmə tezliyinə görə diqqəti cəlb 
edir. Belə ki, yükləmə, boşalma, yerləşdirmə tipli sözlər müxtə-
lif sahələrdə terminləşir. Məsələn, 
“yükləmə” 
– 
informatikada
proqramın, yaxud verilənlərin maşına daxil edilməsi
“yuma”

geologiyada
hər hansı bir süxurda olan bərk maddənin maye 
axınları ilə həll edilərək yuyulub aparılması; 
“boşalma”
– 
infor-
matikada
maşın yaddaşında olan lazımsız informasiyanın aradan 
çıxarılması, silinməsi mənasında terminləşir; 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin