258
“
Axtarış”
ümumişlək sözü hüquqda cinayətkarın axtarışı;
informatikada isə tələb olunan xassələrdən ibarət olan elementin
tapılması məqsədilə müəyyən elementlərə ardıcıl basılması mə-
nasındadır. Axtarış sözünün mənasında tapılmaq mənası
ehtiva
olunduğu üçün ümumişlək məna funksional cəhətdən köçürülə-
rək terminləşmişdir.
Semantik üsulla yaranan terminlərə məxsus ikinci pro-
ses terminlərin özünün semantik cəhətdən genişlənib daha
yeni elmi-texniki terminoloji məna ifadə etməsidir.
Dilçilikdə
bu proses transterminləşmə- terminlərin müəyyən semantik yük
əsasında bir terminoloji sistemdən
başqa terminoloji sistemə
keçməsi, yəni bir sahə termininin mənasını dəyişərək başqa bir
sahə termini kimi anlayışı ifadə etməsidir. Bu zaman termin öz
semantikasını tam və ya qismən qorumaqla başqa terminoloji sa-
həyə keçir və sahələrarası omonimləşmə baş verir.
Elmlərin inkişafı onların inteqrasiyası və diferensiyası pro-
sesi ilə izlənir. Diferensiasiya zamanı bir sahəyə aid terminlərin
yeni
sahədə işlənməsi, bəzi hallarda isə iki sahənin terminoloji
sistemində eyni mənanı bildirən terminlərə rast gəlinir.
Lakin
transterminləşmə prosesində eyni termin müxtəlif elm sahələrin-
də müxtəlif məna ifadə edən anlayışları bildirir. Məsələn,
Dostları ilə paylaş: