Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə141/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   137   138   139   140   141   142   143   144   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

“kom-
pozisiya”

ədəbiyyatda
- bədii əsərin quruluşu, müxtəlif bədii 
forma komponentlərinin düzülüşü, təşkili və əlaqəsi; 
rəssamlıq-
da-
bədii formanın ayrı-ayrı cəhətlərini (həcm və fəzanın real, 
yaxud xəyalı yaradılmasını simmetriya və asimmetriya, ahəng 
və mütənasiblik və s.) birləşdirir, əsərin daxili quruluşunu ətraf 
mühitlə qarşılıqlı münasibətini yaradır.
“Əmsal”
– 
riyaziyyatda
cəbri ifadədə ədədi (ya hərfi) cəmlənmə. Axtarılan ədədi əldə et-
mək üçün müəyyən kəmiyyətə vurulmalı olan ədəd
fizikada
– 
fiziki cismin hər hansı bir xüsusiyyətini təyin edən kəmiyyət ; 
“İndikator”
– 
texnikada
fiziki kəmiyyətləri (təzyiqi, yükü və 
i.a.) təyin etmək üçün işlədilən bir sıra cihazların adı (elektrik ci-
hazları indikatoru); 
kimyada
– kimyəvi reaksiyanın sonunu (rən-
gin dəyişməsi, çöküntü və s. üzrə) bildirən maddə (reaktiv) mə-
nasında işlənir. Bu zaman terminlərdə ümumişlək sözə çevrilmə 


259 
prosesi yaranmağa başlayır. Semantik üsulla yaranmış 
“qarşılıq-
lı təsir”
termin-söz birləşməsi 
fizikada 
"cisimlərin və ya zərrə-
ciklərin bir-birinə etdiyi təsir prosesini" ifadə edirsə
fəlsəfədə
"müxtəlif obyektlərin bir-birinə təsir prosesi, hərəkətin, inkişafın 
ən ümumi, universal forması kimi" işlənir. /ASE, III c, B.1973/.
“Rampa”
isə həm 
incəsənətdə
“səhnəni ön tərəfdən və aşa-
ğıdan işıqlandıran qurğu”, həm 
texnikada
“koksun qurudulması 
üçün maili meydan”, həm də 
dəmiryolunda
“iki müxtəlif səviy-
yə arasında əlaqə yaratmaq üçün tikili, platforma” anlayışlarını 
ifadə edən termindir.

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin