Sayali sadiqova



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə173/208
tarix25.12.2023
ölçüsü3,57 Mb.
#194908
1   ...   169   170   171   172   173   174   175   176   ...   208
Mohsun N - Sayali S Azerbaycan edebi dili son (2)

blok, alqoritm, avtokod, elektrofaks, domen, kompleks, 
preprint
və s.
Alınma terminlərdə daha çox fonetik assimilyasiya diqqəti 
cəlb edir. Məsələn, ərəb tələffüzünün azərbaycanlılar üçün yad 
olması dilimizə vaxtilə ərəb dilindən keçmiş alınmaların fonetik 
cəhətdən köklü dəyişikliyinə səbəb olmuşdur. Eləcə də ingilis 
1
Abbasova B. Sözalma hadisəsinin əsasları. Bakı, Azərnəşr, 1995, səh.34


331 
dilindən rus dilinə daxil olunmuş action, decleration, assimilati-
on, transformation, fraction kimi alınma terminlərdəki 
-tion
şə-
kilçisi fonetik assimilyasiya edilərək 
акция, ассимилияция, 
декларация, трансформация, фракция
formasında, Azərbay-
can dilində 
aksiya, deklorasiya, assimilyasiya, transformasiya, 
fraksiya
şəklində işlənərək fonetik assimilyasiyaya uğramışdır. 
Bəzən alınma terminlərin tərkibində səsin əvəzlənməsi ilə eyni 
sözün orfoqrafik variantları yarana bilir. Bu zaman terminin bir-
başa və ya reseptor dil vasitəsilə alınması nəzərə alınmalıdır. 
Məsələn, rus dili vasitəsilə «
ю
» ilə işlənən sözlərdə 
büro, broşü-
ra
kimi terminlərdə «
ü
» ilə əvəzləndiyi halda, yenə həmin dilin 
vasitəçiliyi ilə alınmış və sonu «
ю
» ilə bitən sözlərdə bu səsin 
«
ü
» və «
yu
» ilə əvəzlənməsi nəticəsində ikili yazı forması 
(ин-
тервью-intervü / intervyu, меню-menü / menyu, компьютер-
kompüter / kompyuter
) yaranır. Belə orfoqrafik alınmalar dili 
ağırlaşdırır. Bunların yazılış prinsiplərində vahidlik gözlənilmə-
lidir. Belə ki, əgər birbaşa alınmadırsa, o dildə- alınan dildəki 
formanın yazılışı saxlanılmalıdır. Alınmaların bir dildən digəri-
nə bu şəkildə keçməsi və onun mənbə dildəki səs və məna tərki-
binə uyğun şəkildə işlədilməsi bir tərəfdən mənbə və reseptor 
dillərin qarşılıqlı əlaqəsindən, yəni areal yaxınlığı ilə bağlıdırsa, 
digər tərəfdən terminoloji alınmaların təbiətindən irəli gəlir. 
Beynəlxalq terminlərin ifadə etdiyi anlayış və məfhum bütün 
dillərdə bir-birinə uyğunluğu və yaxın mənalılığı ilə seçilir. Bu 
terminlərin mənbə və reseptor dillərdəki səs uyğunluğuna təsir 
edən əsas amil isə alınmanın xarakteri və dillərin fonetik xüsu-
siyyətləridir. Əgər termin birbaşa alınırsa, onun səs tərkibində 
ciddi dəyişiklik baş vermir. Bu zaman termin reseptor dilə birba-
şa daxil olduğu üçün onun səs tərkibi, yalnız reseptor dilin fone-
tik qanunlarına uyğunlaşır, kənar təsirlərə məruz qalmır. Lakin 
vasitəli alınmada təsir ikiqat, həm əsas dil, həm də aralıq dil va-
sitəsilə olduğu üçün onun fonetik tərkibi də ciddi dəyişikliyə uğ-
rayır. Bununla da, alınma terminlərin fonetik assimilyasiyası bir 
neçə formada reallaşır:


332 
a) Hər bir dilin daxili quruluşu; 
b) Vurğunun yerinin dəyişdirilməsi;
c) Alınan termində uyğun gəlməyən səslər oxşar ekviva-
lentlə əvəzlənməsi;
d) Termində işlənən müəyyən səs və hecaları ixtisara sal-
maqla onların tələffüzünün asanlaşdırılması. Bu prinsip həmişə 
gözlənilməlidir. Məsələn, hələ 20-30-cu illərdə dilimizdə yenicə 
işlənən 
тонна, программа, гипотеза, конферанция 
qəbildən 
olan sözlərdə heç bir əhəmiyyəti olmayan son hecaların ixtisara 
salınması (ton, proqram, hipotez, konfrans) yolu ilə dilimizə 
məxsus vurğu məsələsi həll edilmişdi. Bu prinsip alınma termin-
ləri alan dilin daxilində nizamlanmasında, dilə gətirilmiş «yad» 
strukturlu sözlərin heca assimilyasiyasında mühüm rol oynayır. 
N.A. Baskakov yazırdı ki, hecanın strukturu və fonetik qanuna-
uyğunluqların dəyişməsi alınma sözlərdə ekspirator vurğunun 
yerinin dəyişməsinə təsir göstərir.
Alınma terminlərin milli terminlərdən fərqli bir sıra xüsu-
siyyətləri vardır: fonemlərin düzülüşü, ahəng qanununa tabe ol-
maması, ön şəkilçilərlə işlənməsi, aksentoloji modellər və s. Ona 
görə də, alınma terminlərin mənimsənilməsi prosesi dilin müxtə-
lif səviyyələrində araşdırılmalıdır. Çünki müxtəlif dillərdən da-
xil olan alınmaların Azərbaycan dilində mənimsənilmə dərəcəsi 
eyni deyildir. Onların tətbiqolunma, işlənmə dərəcəsi də müxtə-
lifdir. Buna görə də, müntəzəm olaraq özgə dillərdən alınmış 
leksik vahidlərdə seçmə-tənzimləmə prosesi baş verir. Bir tərəf-
dən dilin lüğət tərkibi ehtiyacdan işlənən vacib alınmaları mə-
nimsəyir, işləklik qazanır, digər tərəfdən ictimai həyatın tələba-
tından asılı olaraq, əhəmiyyətini itirmiş alınmalar sıxışdırılır, ar-
xa plana keçir. Məsələn, müstəqillik əldə etdikdən sonra ictimai 
tələbata uyğun gəlməyən bir sıra ictimai-siyasi terminlər- 

Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin