Sımaq
- pozmaq: qırmaq, sındırmaq:
Bu əksi görmədi iblisi-məlun,
Anu ŋ
çün əmri
sıdı
oldı məğbun…
Bozalar sülhivü əhdi
sıyalar,
Bu rəsmə ola atlular yeyələr.
Bu söz eyni mənada istər qədim türk mətnlərində, istərsə də
orta çağlara aid yazılı abidələrdə işlənmişdir. Qeyd edək ki,
“Gülşəni-raz” tərcüməsində bu feil nümunələrdən də göründüyü
kimi,
“əmr”
və
“əhd”
isimləri ilə birgə işlənmişdir.
Sin
- qəbir:
Dügün gözlərü xəlqin ölüsini,
Yeməksiz evdür ana ölü
sini.
149
Bu sözün eyni mənada istər qədim türk mətnlərində , istərsə
də orta çağlara aid yazılı abidələrdə işlənməsi qeydə alınmışdır.
Sarı Aşıq da bir bayatısında bu sözü işlətmişdir:
Mən aşiq, tərsinə qoy,
Tər təni tər
sinə
qoy.
Yaxşını qibləsinə
Aşığı tərsinə qoy
.
Soğulmaq
- suyu çəkilmək, suyu qurumaq:
Zamanlar keçərü dönər fələklər,
Də ŋ izlər
soğulur,
ölür səməklər.
Bu söz eyni mənada “Kitabi-Dədə Qorqud”da da işlənmiş-
dir:
“Qanlı-qanlı suların soğulmuşdı, çağladı axir”
. Qeyd edək
ki, dastanın 1988-ci il Bakı nəşrində bu söz
“sovğulmuşdı”
kimi
verilmiş və kitabın izahlı lüğətinıdə də elə bu şəkildə qeydə alın-
mışdır. Şamil Cəmşidov onu
“soğulmuşdu”
kimi transfonelite-
rasiya etmişdir . Bizim fikrimizcə, bu sözü yazılışına görə məhz
“soğulmuşdı”
kimi oxumaq məqsədəuyğundur. Qeyd edək ki,
“soğulmaq”
feili XIV-XVI yüzilliklərə aid bir sıra türk mətnlə-
rində işlənmiş və əksər halda elə “Kitabi-Dədə Qorqud”un Drez-
den nüsxəsindəki kimi yazılmışdır. V.Radlov da onun
“torpağa
batmaq
(suyun, qurdun) və
“qurumaq”
mənalarını göstərmişdir.
Onu da qeyd edək ki, “Tarama sözlügü”ndə verilən nümunələrin
çoxunda
“soğulmaq”
feili “Kitabi-Dədə Qorqud”da olduğu ki-
mi,
“su”
sözü ilə işlənmişdir. Bizim fikrimizcə, çağdaş ədəbi di-
limizdə işlənən
“suyu sovulmuş dəyirmana oxşayır”
ifadəsində-
ki
“sovulmuş”
sözü
“soğulmaq”
lekseminin fonetik dəyişikliyə
uğramış formasıdır (sözdə ğ-v səs əvəzlənməsi baş vermişdir). X
əsrə aid
“Altun yaruq”
adlı qədim türk mətnində bu söz
“soqul-
maq”
şəklində (
“suyu çəkilmək”
mənasında) işlənmişdir. Sözün
bu fonetik variantı göstərir ki, zaman keçdikcə onun tərkibindəki
“q” samiti “ğ” samiti ilə əvəzlənmişdir.
|