SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

Seyid Əzim Şirvani 
       (1833-1888) 
Seyid  Əzim  Şirvani 
1835-ci  ildə  Şamaxıda  anadan  olmuşdur.  7  yaşında  ikən  atası  Seyid  Məhəmməd 
vəfat etmiş və Seyid Əzim ana tərəfdən babası Molla Hüseynin yanına, Dağıstanın 
Yaqsay  kəndinə  getmişdir.  Bu  dövrdə  Cənubi  Dağıstan  Azərbaycanla  sıx  əlaqədə 
olmuş, bir çox  Azərbaycan ziyalıları  orada  fəaliyyət göstərmiş, dağıstanlı  uşaqlar 
Azərbaycan  təhsil  ocaqlarında  savada  yiyələnmişlər.  Dağıstanda  yaşayan  hər  bir 
xalqın  öz  fərqli  dili  olmuşdur.  Onlar  bir-birləri  ilə  ünsiyyət  vasitəsi  kimi  isə 
Azərbaycan  dilindən  istifadə  etmişlər.  Bu  cəhətə  Qafqazda  olmuş  rus  şairi  M.Y. 
Lermontov  da  diqqət  yetirmiş  və  Qafqazda  işlədilən  Azərbaycan  dilini  Avropada 
ünsiyyət vasitəsi kimi işlədilən fransız dili ilə müqayisə etmişdir. 

163 
 
Seyid  Əzim  ilk  təhsilini  babasının  yanında  almış,  Yaqsay  kəndində 
məktəbdə  oxumuşdur.  O,  ərəb  və  fars  dillərini  mükəmməl  öyrənmiş,  həmçinin 
Dağıstan dillərindən bir neçəsinə yiyələnmişdir. 
1853-cü  ildə  Seyid  Əzim  Şamaxıya  qayıtmışdır.  O,  təhsilini  davam 
etdirmək  məqsədi  ilə  1855-ci  ildə  Bağdada  getmişdir.  Burada  dini  təhsil  aldıqdan 
sonra müsəlman ölkələrinə səyahətə çıxmışdır. Seyid Əzim Dəməşq (o dövrdə Şam 
adlanırdı) və Qahirədə (Misir ərazisi) olmuş, bir çox alim və şairlərlə görüşmüşdür. 
Müsəlman  ölkələrindəki  vəziyyəti  öz  gözləri  ilə  görən,  onların  problemlərini  ilk 
növbədə  savadsızlıq  və  elmi-texniki  geriliklə  bağlayan  Seyid  Əzim  Qərb 
mədəniyyətinə  də  kor-koranə  üstünlük  vermirdi.  Onun  fikrincə,  Qərbin  texniki 
nailiyyətləri  və  Şərqin  (ilk  növbədə  islam  ölkələrinin)  mənəvi  dəyərləri 
birləşdirilməli  və  Şərq  ölkələrini  tərəqqiyə  aparmalıdır.  Təhsili  bu  istiqamətdə 
quran məktəblər o dövrdə üsuli-cədid (yeni üsul) məktəbləri adlanırdı. Seyid Əzim 
1869-cu  ildə  Şamaxıda  öz  hesabına  yeni  üsul  məktəbi  açır.  Məktəbdə  təhsil  ən 
yeni,  mütərəqqi  üsullarla  aparılırdı.  Cismani  cəzalar  qadağan  idi.  Dövrün 
tələblərinə  cavab  verən  elmlər  öyrədilirdi.  Qeyd  etmək  lazımdır  ki,  sonralar 
Azərbaycanın  görkəmli  ədibləri  olmuş  Mirzə  Ələkbər  Sabir  və  Sultanməcid 
Qənizadə  bu  məktəbdə  təhsil  almışdılar.  1877-ci  ildə  Seyid  Əzim  Şirvani 
Azərbaycan  dilində  "Uşaqların  baharı"  adlı  dərslik  tərtib  edir.  Dərslikdə  uşaqlara 
vətənlərinə  məhəbbət  hissi  aşılanır,  onlara  öz  tarixləri  və  mədəni  irsindən  qürur 
duymaq,  vətəninə  layiqli  övlad  olmaq  ideyaları  təlqin  edilirdi.  Lakin  kitab  çar 
senzurasından  keçmədi.  Çar  senzorları  dərslikdə  olan  Azərbaycanlılarda  milli 
qürur  hissinin  oyadılması  ideyasını  təhlükəli  hesab  etdilər.  Nəticədə  dərslik 
qadağan edildi, onun nəşrinə heç bir şərtlə icazə verilmədi. 
Seyid  Əzim  məktəbini  idarə  edib,  orada  dərs  deməklə  yanaşı, 
Azərbaycanın  dövri  mətbuatında  silsilə  məqalələrlə  çıxış  edirdi.  Bu  məqalələr 
"Əkinçi"  qəzeti,  həmçinin  "Ziya"  və  "Kəşkül"  qəzetlərində  çap  olunurdu. 
Məqalələrində  o,  cəhalətdən  qurtarmaq  üçün  təhsilə  diqqətin  yetirilməsini, 
savadsızlığın ləğvini tələb edir, sosial ədalətsizliyə, istər çar məmurlarının, istər də 
yerli ağaların haqsızlıqlarına qarşı çıxırdı. 
Öz  vətəninin  tarixi  ilə  yaxından  tanış  olan,  onu  təbliğ  etməyə  çalışan 
Seyid Əzim Şirvani 1887-ci ildə "Tarixi-Şirvannamə" adlı tarixi əsərini yazır. lakin 
bu əsərin də çapına icazə verilmir. 
Seyid  Əzim  Şirvani  1885-ci  ildə  tərtib  etdiyi  "Təzkirə"sində  görkəmli 
Azərbaycan  şairlərinin  əsərlərini  toplamışdır.  O  burada  270-dən  çox  şairin  qısa 
tərcümeyi-halını  və  əsərlərindən  nümunələr  vermişdir.  Kitabda  Xaqani  Şirvani, 
Fələki Şirvani, Zülfüqar Şirvani, Bədr Şirvani, Füzuli, Molla Pənah Vaqif, Qasım 
bəy  Zakir,  Abbasqulu  ağa  Bakıxanov  və  b.-nın  ədəbi  irsi  barəsində  müfəssəl 
məlumat vardır. 

164 
 
Seyid  Əzim  Şirvani  bədii  yaradıcılığa  hələ  1855-ci  ildən  başlamış, 
Azərbaycan  və  fars  dillərində  şeirlər  yazmışdır.  Klassik  Azərbaycan  poeziyası  və 
XIX  əsrin  I  yarısında  ədəbi  məktəb  halında  formalaşan  tənqidi  realizm 
ənənələrindən  bəhrələnən  Seyid  Əzim  poeziyası  ilə  Azərbaycan  şerini  daha  da 
zənginləşdirmişdir.  Onun  lirik  şeirlərində  (qəzəl,  qəsidə,  tərkibbənd,  müxəmməs, 
müsəddəs,  müstəzad,  rübai,  qitə)  məhəbbət,  həyat  eşqi  tərənnüm  olunur.  Lakin 
onun satirik şeirləri xalq arasında daha populyar idi. 
Satirik şeirlərində Seyid Əzim həm mülkədarları, həm də çar məmurlarını 
ifşa  etmişdir.  Onun  "Əkinçinin  hadisəsi",  "Padşah  və  əkinçi",  "Şamaxı  bəyləri", 
"Şirvan  qazıları  və  divan  polislərinin  bəzi  əhvalatı  haqqında  müxəmməs", 
"Şamaxının yeni bəyləri haqqında həcv", "Şamaxının vəziyyətindən şikayət" və s. 
şeirlərini  əhali  böyük  həvəslə  əzbərləyirdi.  Şair  bu  cür  şeirlərində  özünəməxsus 
satirik  dildə  zəhmət  adamlarının  hüquqlarını  müdafiə  edir,  hökumət  idarələrində 
kök salmış rüşvətxorluq, özbaşınalıq və s. yaramazlıqları qamçılayırdı. 
Özü  ruhani  olsa  da,  Seyid  Əzim  Şirvani  ruhani  adına  xələl  gətirənləri 
tənqid  edirdi.  Onun  yaradıcılığında  bu  cür  mənfur  ruhaniliyin  ifşası  xüsusi  yer 
tutur.  "Müctəhidin  təhsildən  qayıtması",  "Köpəyə  ehsan",  "Allaha  rüşvət", 
"Yerdəkilərin  göyə  şikayətə  getmələri"  və  s.  şeirlərində  o  öz  xeyrini  güdən,  dinin 
tələbələrindən  xəbəri  olmayan,  islama  zidd  hərəkət  edən  "ruhaniləri"  və  onların 
əməllərini pisləyirdi. 
Seyid  Əzim  Şirvani  müsbət  insani  keyfiyyətləri  təbliğ  edən  şeirlər  də 
yazırdı.  "Müəllimə  hörmət”,  "Oğluma",  "Möhsünə  cavab",  "Fəqih  ilə  oğlu" 
şeirlərində  şair  tərəqqiyə  düşmən  olan,  lakin  bununla  belə,  özlərini  "ziyalı" 
adlandıranlara,  mövhumat  və  cəhalətə  gülürdü.  Seyid  Əzim  "Həsən  bəy  Məlikov 
Zərdabiyə",  "Əkinçi"  qəzetinə  yardım  üçün",  "Ziya"  qəzetinə"  və  s.  şeirlərində 
maarif və mədəniyyəti təbliğ edir, əsl ziyalıların vətənə necə böyük xeyir verdiyini 
vurğulayırdı. 
Seyid  Əzim  Şirvaninin  ictimai-əxlaqi  görüşlərini  əks  etdirən  mənzum 
hekayə  və  öyüdləri,  nağıl  və  təmsilləri  də  dövrümüzə  qədər  gəlib  çatmışdır. 
"Böyük  loğmanın  hadisəsi",  "Oğru  və  fəqir",  "Ulağını  itirmiş  bir  kişi",  "Dilənçi 
tacir",  "Zahidin  nağılı",  "Xoruz  və  çaqqal",  "Qaz  və  durna",  "Aslan  və  qarışqa", 
"Dəvə  və  balası",  "Aslan  və  iki  öküz"  və  s.  əsərlərində  müəllif  dostluq,  mərdlik, 
nəzakət,  təvazökarlığı  təbliğ  edir,  tənbəllik,  tüfeylilik,  avaraçılıq  və  s.  naqis 
sifətləri pisləyir. 
Seyid  Əzim  Şirvani  Füzulidən  sonra  Azərbaycan  poeziyasında  qəzəl 
janrının on böyük yaradıcılarından biridir. 
Yaradıcılığı  Azərbaycan  şerinin  inkişafına  güclü  təsir  göstərmiş  Seyid 
Əzim Şirvani 1888-ci ildə Şamaxıda vəfat etmiş və doğma şəhərinin yaxınlığındakı 
qəbiristanlıqda dəfn olunmuşdur. 

165 
 
1853  –  1856-cı  illər  Krım  müharibəsinin 
qəhrəmanı  rus  admiralı  Pavel  Naximovun  adı 
dünyada  məşhurdur.  Lakin  çox  az  adam  bilir  ki, 
Naximovun  bioqrafiyası  onun  adyutantı,  görkəmli 
sərkərdə,  dəniz  səyyahı  və  hərb  nəzəriyyəçisi 
azərbaycanlı  İbrahim  bəy  Aslanbəyov  tərəfindən 
yazılmışdır. 
Azərbaycanın  qəhrəman  oğulları  arasında 
ilk  dəfə  kontr-admiral  və  vitse-admiral  rütbələrinə 
layiq  görülmüş,  Baltik  dənizi,  Qara  dəniz  və  Sakit 
okean  donanmalarında  hərbi  gəmilərdə  və  gəmi 
birləşmələrində  xidmət  etmiş,  dünya  səyahətində 
olmuş, bir körfəz və bir yarımada kəşf etmiş İbrahim 
bəy  Aslanbəyov  indiki  nəsil  tərəfindən  çox  az 
tanınır.  Məhz  bunun  nəticəsidir  ki,  nankor 
qonşularımız 
bu 
görkəmli 
şəxsiyyəti 
özününküləşdirir,  onu  erməni  kimi  qələmə  verirlər. 
Lakin  tarixi  sənədlər  onların  yalanlarının  üstünü 
aşmağa imkan verir. 
 
  İbrahim bəy Aslanbəyov 
          (1822-1900) 
 
İbrahim  bəy  Aslanbəyov  1822-ci  il  sentyabrın  10-da  Bakı  şəhərində 
zadəgan ailəsində doğulmuşdur. Tədqiqatçıların fikrincə, onun atası Allahverdi bəy 
Bakı xanları nəslinə  mənsub olmuşdur. Oğlunu hərbçi görmək istəyən Allahverdi 
bəy  onu  Peterburqa  aparır  və  Hərbi  Dəniz  Korpusuna  qəbul  etdirir.  Bu  məktəbdə 
Rusiya  imperiyasının  ən  mötəbər  ailələrinin  uşaqları,  o  cümlədən  imperator 
nəslindən  olanlar  təhsil  alırdı.  İbrahim  bəy  1837-ci  ildə  adı  korpusun  "qırmızı 
lövhə"sinə  yazılmaqla  oranı  bitirir.  Peterburq  şəraitində  müsəlman  gəncin  - 
"Qafqaz  tatarı"  adlandırılan  Azərbaycanlının  kurs  müdavimlərini  qabaqlayaraq 
hərbi məktəbi fərqlənmə ilə bitirməsi onun istedad və qabiliyyətindən xəbər verir. 
Təyinatını  Baltik  donanmasına  alan  Aslanbəyov  freqat  yelkənli,  sürətli 
hərbi  gəmilərdə  zabit  kimi  xidmət  etmişdir.  1842-ci  ildə  o,  donanmanın  ən  yaxşı 
zabitləri sırasında Dənizçilik Məktəbi zabit sinfinə göndərilir. Buranı da fərqlənmə 
ilə  bitirən  Aslanbəyov  Qara  dəniz  hərbi  donanmasında  "Elbrus"  hərbi  gəmisinin 
kapitanı vəzifəsinə təyin edilir. Bilikli dənizçi Aslanbəyov donanmanın komandanı 
məşhur  rus  admiralı  P.Naximovun  diqqətini  cəlb  edir.  1853-cü  ildə  Krım 
müharibəsi  başlayanda  Aslanbəyov  öz  gəmisi  ilə  vacib  və  təhlükəli  tapşırıqları 
layiqincə  yerinə  yetirir.  1854-cü  ildə  biliyini  və  cəsurluğunu  sübut  etmiş  kapitan-
leytenant  Aslanbəyov  admiral  Naximovun  adyutantı  təyin  edilir.  Naximovun 

166 
 
ölümündən  sonra  da  Sevastopolu  tərk  etməyən  Aslanbəyov  şəhərə  edilən  son 
hücumu dəf edərkən yaralanır və kontuziya alır. Buna baxmayaraq o, müharibənin 
son gününədək döyüşən donanmanın tərkibində qalır. Müharibədən sonra - 1856-cı 
ildə  Aslanbəyov  Qara  dəniz  donanmasının  Nikolayev  limanındakı  36-cı  donanma 
ekipajının komandiri təyin edilir. 
1861-ci  ildə  o,  "Sokol"  korvet  gəmisinin  kapitanı  kimi  Aralıq  dənizində 
fəaliyyətə başlayır. Dəfələrlə Qara dəniz sahillərindən Baltik dənizinə reydlər edir. 
1865-ci ildə Aslanbəyov "Retvizan" zirehli gəmisinə kapitan təyin edilir. O dövrdə 
zirehli  gəmilər  Rusiya  donanmasının  on  ağır  və  möhtəşəm  gəmiləri  sayılırdı  və 
donanmanın  əsas  zərbə  qüvvəsi  idi.  Zirehli  gəmiyə  kapitanlıq  etmək  hər  zabitə 
həvalə  olunmurdu.  Aslanbəyov  bu  vəzifədə  özünü  doğrultduğu  və  hərtərəfli  bilik 
nümayiş  etdirdiyi  üçün  məşhur  rus  sərkərdəsi  vitse-admiral  Butakovun  zirehli 
eskadrasına qərargah rəisi vəzifəsinə təyin edilir. 
XIX  əsrin  70-ci  illərindən  Rusiya  ordusunun  və  hərbi  dəniz  qüvvələrinin 
inkişafında  yeni  mərhələ  başlayır.  Dövrlə  ayaqlaşa  bilən  ordu  və  donanma 
yaratmaq  üçün  hərbi  islahatlar  keçirilir.  1869  -  1872-ci  illərdə  İ.Aslanbəyov 
gəmiçilik məktəblərinin, eləcə də gəmiqayırma sənayesinin yenidən qurulması üzrə 
müxtəlif komitələrin üzvü kimi fəaliyyət göstərir. 
1872-ci  ildə  Rusiyada  I  Pyotrun  anadan  olmasının  200  illiyi  ilə  əlaqədar 
keçirilən  yubiley  tədbirlərində  Aslanbəyov  dəniz  paradında  imperatorun  avarlı 
gəmi dəstəsinin kapitanı kimi iştirak etmişdir. 
1878-ci  ildə  İbrahim  bəy  Aslanbəyov  kontr-admiral  rütbəsinə  layiq 
görülür  və  8-ci  donanma  ekipajına  rəis  təyin  olunur.  1879-cu  ildə  isə  o,  beş 
kreyserdən  ibarət  eskadranın  komandiri  təyin  edilir.  "Minin",  "Knyaz  Pojarski", 
"Hersoq Edinburqski", "Asiya" və "Afrika" gəmilərindən ibarət bu eskadra 1879 - 
1882-ci illərdə dövr-aləm səyahətinə çıxır. 
Səyahət  zamam  Aslanbəyov  təcrübədən  yeni-yeni  taktiki  fəndlər  keçirir 
və ilk dəfə olaraq "uçan  eskadra" ideyasını irəli  sürür. Bu  ideyaya  əsasən, Rusiya 
donanmasının  tərkibində  olan  kreyser  gəmiləri  ənənəvi  dəniz  döyüşlərinə  cəlb 
edilməməli,  düşmən  sahillərinə  göndərilməli  və  onun  dəniz  ticarətini  tamamilə 
məhv etməlidirlər. Səyahətdən qayıdandan sonra Aslanbəyov  məşhur rus admiralı 
A.A.Popovun  əmri  ilə  ideyasını  nəzəri  cəhətdən  əsaslandırmışdır.  Sonralar  onun 
ideyası 1904 - 1905-ci illər rus - yapon müharibəsində tətbiq edilmişdir. Məlumdur 
ki, bu müharibədə ənənəvi fəndlər tətbiq edən rus hərbi donanması Port-Artur və 
Susima  dəniz  döyüşlərində  məğlub  edilmişdir.  Bu  müharibədə  rus  donanmasının 
yeganə uğurları Aslanbəyovun ideyasını tətbiq edən Vladivostok kreyserlər dəstəsi 
tərəfindən  qazanılmışdır.  Bu  dəstə  "2  uçan  eskadra"  ideyasını  tətbiq  etməklə 
Yaponiya  iqtisadiyyatına  ağır  zərbə  vurmuş  və  onun  ticarətini  iflic  vəziyyətinə 
salmışdır. 

167 
 
Zirehli eskadranı Sakit okeana gətirən Aslanbəyov 1882-ci ildə burada bir 
neçə  kəşf  etmişdir.  Aslanbəyov  tərəfindən  Saxalin  adasında  kəşf  edilən  bir 
yarımada  və  Oxot  dənizində  bir  körfəz  indiyədək  də  onun  adını  daşıyır.  Müasir 
xəritələrdə  belə  onlar  "Aslanbəyov  yarımadası"  və  "Aslanbəyov  körfəzi"  kimi 
işarələndirilir. 
Donanmanın komandanlığı İbrahim bəy Aslanbəyovu 1884-cü ildə Baltik 
donanmasının  kiçik  flaqmanı  təyin  edir.  Bu  vəzifədə  olarkən  1887-ci  ildə  ona 
vitse-admiral  rütbəsi  verilir  və  o,  Baltik  donanmasının  flaqmanı  təyin  edilir. 
Ömrünün  sonuna  yaxın  vitse-admiral  Aslanbəyov  Sevastopol  dəmir  yolunun 
çəkilməsi işlərinə başçılıq etmişdir. 
Öz  bilik  və  bacarıqlarını  başqaları  ilə  bölüşməyə  çalışan  vitse-admiral 
Rusiya  dənizçilərinin  on  populyar  jurnalı  olan  "Dəniz  toplusu"  ("Morskoy 
sbornik") jurnalında silsilə məqalələrlə çıxış edir. O həmçinin admiral Naximovun 
adyutantı  işlədiyi  vaxtları  xatırlayaraq  Kırım  müharibəsi  dövründə  apardığı 
gündəliyi  "Naximovun  bioqrafiyası"  adı  ilə  nəşr  etdirir.  Qeyd  etmək  lazımdır  ki, 
Naximovun 
bioqrafiyasının 
Sevastopol 
dovrünün 
tədqiqatçıları 
məhz 
Aslanbəyovun qeydlərini on doğru məlumat hesab edirlər. Məşhur rus yazıçısı Lev 
Tolstoy Sevastopolun müdafiəsinə həsr olunmuş əsərlərini yazarkən Aslanbəyovla 
görüşmüş,  onun  xatirələrindən  istifadə  etmişdir.  Tədqiqatçı  V.Fridriks  "Kontr-
admiral  Aslanbəyovun  bayrağı  altında  üzən  "Afrika"  kreyseri"  adlı  əsərində 
Aslanbəyovun  dövr-aləm  səyahətini  qələmə  almışdır.  1889-cu  ildə  Sankt-
Peterburqda  "Vitse-admiral  Aslanbəyovun  yarıməsrlik  yubileyi"  adlı  əsər  çap 
edilmişdir. 
Aslanbəyovu  xatırlayanlar  bilik  və  bacarığından  başqa,  onun  olduqca 
genişürəkli təbiətindən və Şərq əhvalatlarını söyləmək məharətindən xəbər verirlər. 
Onun  danışdığı  lətifələr  tezliklə  bütün  donanmada  yayılanmış  fəaliyyətinə  görə 
Aslanbəyov  Rusiyanın  "Ağ  qartal",  "Müqəddəs  Anna",  "Müqəddəs  Vladimir", 
"Müqəddəs  Stanislav"  ordenlərinin  bütün  dərəcələri,  qızıl  qılınc,  həmçinin 
Serbiyanın  "Takova",  Yaponiyanın  "Günəşin  doğması",  Havay  dövlətinin 
"Kalakua" ordenləri ilə təltif olunmuşdur. 
İbrahim  bəy  Aslanbəyov  1901-ci  il  dekabrın  7-də  Peterburqda  vəfat 
etmişdir.  Ölümünə  qədər  müsəlman  və  azərbaycanlı  olması  heç  kimdə  şübhə 
doğurmamışdır.  Lakin  ölümündən  sonra  maraqlı  hadisələr  baş  verməyə  başladı. 
Belə  ki,  məşhur 
Brokqauz  və  Lfron
  ensiklopediyasında  Aslanbəyov  soyadı 
"Aslanbeqov" formasında göstərildi. Daha sonra Sevastopol şəhər muzeyində onun 
portretini  asıb,  altında  "Aslambeqov  A.B.  1820  -  1900-  cü  illər"  yazdılar. 
Tədqiqatçı  Ş.Nəzirlinin  araşdırmaları  sübut  etdi  ki,  sənədləri  Sevastopol  şəhər 
panoram-muzeyinin arxivində saxlanılan Aslanbəyovun tam adı, soyadı, milliyyəti 
və  dini  əqidəsi  göstərilən  sənəddə  rəsmi  məlumatların  üstündən  xətt  çəkilərək 

168 
 
mürəkkəbli  qələmlə  "Aslambeqov  Avramiy  Boqdanoviç.  1820  -  1900-cü  illər, 
pravoslavmy"  sözləri  yazılmışdır.  Bu  o  deməkdir  ki,  çox  keçməyəcək,  ermənilər 
Aslanbəyovu  "erməni  xalqının  admiralı  Avramiy  Aslambeqov"  kimi  dünyaya 
tanıtmağa  başlayacaqlar.  Üzdəniraq  qonşularımız  unutqanlığımızdan  istifadə  edib 
bizim  mədəniyyətimizi,  tariximizi,  torpaqlarımızı  özününküləşdirdikləri  kimi, 
qəhrəmanlarımızı da özününküləşdirirlər. Gec də olsa, bunun qarşısı alınmalıdır. 

169 
 
XIX 
əsrin  sonu  –  XX  əsrin 
əvvəllərində  Azərbaycanın  ictimai-mədəni 
həyatında Həsən bəy Zərdabi (Məlikov) xüsusi 
yer tutur. Maarifpərvər, müasir düşüncəli insan 
olan  Həsən  bəy  inqilabları  rədd  edir,  ölkənin 
və  xalqın  tərəqqisini  maariflənmədə  görürdü. 
O, təbiət elmlərinin gözəl bilicisi idi. Qabaqcıl 
fikirlərinə  və  əməli  fəaliyyətinə  görə  daim 
təqib  olunan,  təzyiqlərə  məruz  qalan  Zərdabi 
Azərbaycan  xalqının  maarifləndirilməsində 
xüsusi rol oynamışdır. 
Azərbaycan  tarixində  Həsən  bəy  Zərdabinin 
adı 
Azərbaycan 
peşəkar 
teatrının 
yaradıcılarından  biri,  Azərbaycan  demokratik 
mətbuatının  banisi  kimi  həmişə  hörmətlə 
xatırlanacaqdır.
 
Həsən bəy Zərdabi 
    (1842-1907) 
 
Həsən  bəy  Zərdabi  1842-ci  ildə  Göyçay  qəzasının  Zərdab  kəndində 
(indiki  Zərdab  şəhəri)  anadan  olmuşdur.  Atası  Səlim  bəy  maarifpərvər  bir  insan 
olmuşdur. O, bütün qəzada dünyəvi təhsil sisteminin tərəfdarı kimi tanınırdı. Səlim 
bəy  həm  də  kasıb  şagirdlərə  maddi  köməklik  göstərən  xeyriyyəçi  idi.  Səlim  bəy 
oğluna  on  müasir  təhsil  vermək  istəyirdi.  Bu  məqsədlə  də  o,  Həsən  bəyi  Tiflisə 
aparır və uşaq Tiflis qəza gimnaziyasına daxil olur. 
1861-ci  ildə  Tiflisdə  gimnaziyanı  müvəffəqiyyətlə  bitirən  Həsən  bəy 
Moskvaya  gedir  və  Moskva  Universitetinin  fizika-riyaziyyat  fakültəsinin  təbiət 
şöbəsinə  daxil  olur.  Təhsil  dövründə  dərslərə  böyük  maraq  göstərən  Həsən  bəy 
şəxsi mütaliə hesabına öz həmyaşıdlarını qabaqlayırmış. Həyatının Moskva dövrü 
onun  dünyagörüşünün  formalaşmasına  böyük  təsir  göstərir.  O,  burada  mütərəqqi 
rus  mədəniyyəti  nümayəndələri  ilə  yaxından  tanış  olur,  demokratik  fikirli, 
maarifpərvər  ziyalılarla  yaxınlıq  edir.  Həmçinin  təbiət  elmləri  sahəsində  çalışan 
İ.Seçenov, İ.Meçnikov, K.Timiryazev kimi məşhur alimlərin əsərləri ilə tanış olur. 
1865-ci  ildə  Həsən  bəy  təhsilini  fərqlənmə  diplomu  ilə  bitirərək  Qafqaza 
qayıdır və Tiflisdə "Mərz palatası"na işə düzəlir. Bu palata torpaq sahələrini ayrı-
ayrı  şəxslər  arasında  paylaşdırır,  onların  sərhədlərini  (mərz)  müəyyən  edirdi.  Bir 

170 
 
müddət  Tiflisdə  işlədikdən  sonra  Həsən  bəy  Bakı  quberniyası  idarəsində,  daha 
sonra isə Quba məhkəməsində işləyir. 
Lakin  inzibati  işlər  Həsən  bəyi  darıxdırırdı.  Odur  ki  o  bu  cür  işlərdən 
imtina etməli olur. 1869-cu ildə Həsən bəy Bakı realnı gimnaziyasına təbiət tarixi 
müəllimi  vəzifəsinə  qəbul edildi.  Lakin burada  da  o, çox işləyə  bilmədi.  Belə  ki, 
şagirdlərə  proqramdan  əlavə  materiallar  verir,  Ç.Darvinin  təkamül  nəzəriyyəsini 
aşılamağa  çalışırdı.  Azərbaycanda  materialist  təbiətşünaslığın  əsasını  qoyan 
Zərdabi üzvi aləmi uzunsürən tarixi inkişafın məhsulu kimi qəbul edir, bu prosesdə 
təbii  seçmənin  aparıcı  rolunu  yüksək  qiymətləndirirdi.  Kainatda  əbədi  hərəkət  və 
dəyişkənlik fikrini qəbul edən Zərdabi insanın təbiəti dərk və onu özünə tabe etmək 
qüdrətinə  malik  olması  ilə  razılaşırdı.  Belə  bir  əqidə  sahibinə  çar  məmurları 
uşaqlara dərs demək imkanı verməzdilər və vermədilər də; o, təzyiq altında işdən 
çıxmaq məcburiyyətində qaldı. 
Bundan sonra Zərdabi dostları Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani ilə 
birlikdə  teatr  fəaliyyətinə  başlayır.  1873-cü  ildə  onlar  Mirzə  Fətəli  Axundzadənin 
"Hacı  Qara"  pyesini  Azərbaycan  dilində  tamaşaya  qoyurlar.  Xalq  tərəfindən 
rəğbətlə qarşılanan bu tamaşa Azərbaycan teatrının başlanğıcı oldu.  Azərbaycanın 
mədəni  həyatında  böyük  hadisə  olan  "Hacı  Qara"nın  premyerası  Həsən  bəyi 
ictimaiyyətə tanıdır. 
Əqidə  etibarilə  maarifçi  demokrat  olan  Zərdabi  inqilabı  və  inqilabi 
çevrilişləri  qəbul  etmir,  yeni  cəmiyyəti  yalnız  elm  və  maarif  hesabına  qurmağı 
yeganə  yol  hesab  edirdi.  Xalqı  maarifləndirmək  yolunda,  onun  fikrincə,  mütləq 
demokratik  mətbuat  yaranmalı  idi.  Nəhayət,  uzun  mübarizələrdən  sonra  böyük 
əmək və səyi hesabına Zərdabi bu arzusuna çatdı: 1875-ci ildə ana dilində "Əkinçi" 
adlı qəzetini çap etdirməyə müvəffəq oldu. "Əkinçi" qəzeti Azərbaycan demokratik 
mətbuatının ilk nümunəsi, Həsən bəy isə haqlı olaraq demokratik mətbuatın banisi 
hesab olunur. 
Cəmi 2 il (1875 -1877) çap edilən "Əkinçi" qəzetinin səhifələrində sosial, 
mədəni  həyatla  bağlı,  təsərrüfat,  elmi  problemlərə  dair  məqalələr  çap  olunurdu. 
Zərdabi ədəbiyyat və incəsənətdə realizmi müdafiə edirdi. Qəzetin hər nömrəsində 
Həsən  bəy  Zərdabi  Azərbaycanda  yeni  dünyəvi  məktəblərin  açılmasının 
üstünlüklərindən  danışır,  bunun  zəruriliyini  göstərirdi.  Qəzetin  ətrafında 
M.F.Axundzadə,  S.Ə.Şirvani,  N.B.Vəzirov  və  digər  Azərbaycan  ziyalıları 
birləşmişdi. Cəmi 56 nömrəsi çıxmış qəzetin hər səhifəsində Zərdabi milli oyanışın 
xüsusiyyətləri,  milli  birlik  haqqında  məlumatlar  verirdi.  Xalqlar  arasında  dostluq 
tərəfdaşı olan Zərdabi rus çarizminin milli qırğın siyasətini açıq şəkildə pisləyirdi. 
Qəzetin  səhifələrində  Həsən  bəy  həm  də  kəndli  ideoloqu  kimi  çıxış  edirdi.  Rus 
çarizmini,  burjua-mülkədar  acgözlüyünü,  pula  hərisliyini  ifşa  edən  Zərdabi 
məmurların ciddi müqaviməti ilə üzləşirdi. 1877-ci ildə növbəti Rusiya  - Osmanlı 

171 
 
müharibəsinin  başlanması  ilə  əlaqədar  Zərdabiyə  siyasi  məqalələr  çap  etmək 
qadağan olunur. 
1877-ci  ilin  sentyabrında  "Əkinçi"  qəzeti  çar  hökuməti  tərəfindən  tam 
bağlandıqdan sonra  Zərdabi bir müddət işsiz  qalır, lakin H.Z.Tağıyevin  təklifı ilə 
"Kaspi" qəzetinə redaktor vəzifəsinə qəbul olunur. O, Bakıda nəşr edilən "Həyat", 
"Dəbistan",  "Kaspi",  Tiflisdə  nəşr  edilən  "Obzor",  "Novoye  obozreniye", 
Peterburqda  nəşr  edilən  "Zemledelçeskaya  qazeta"  kimi  mətbuat  orqanlarında 
məqalələr  çap  etdirir.  Sosial  və  maarifyönlü  məqalələrində  Həsən  bəy  elm  və 
təhsilin  həyatla  sıx  əlaqəsindən  danışır,  geniş  ictimaiyyətə  elmin  nailiyyətləri 
barədə  mütəmadi  xəbər  verilməsinin  vacibliyini  göstərirdi.  Azərbaycanın  bir  çox 
şəhər  və  kəndlərini  gəzən  Həsən  bəy  maarifin  ehtiyacları  üçün  vəsait  toplamaqla 
məşğul  olan  xeyriyyə  cəmiyyətlərinin  təşkili  sahəsində  böyük  işlər  görürdü. 
"Əkinçi"  qəzetinin  çapının  bərpasına  icazə  verilməsə  də,  onun  işini  "Ziya", 
"Ziyayi-Qafqaziyyə", "Kəşkül" qəzetləri davam etdirirdi. 
XIX  əsrin  70-ci  illərinədək  Rusiya  hökuməti  əyalətlərdə  əsasən  rus 
məktəblərinin açılmasına üstünlük verirdi. Lakin Azərbaycan ziyalılarının çoxsaylı 
müraciət  və  tələbləri,  nəhayət,  eşidildi  və  1874-cü  ildən  başlayaraq  xalq 
məktəbləri,  80-ci  illərdən  etibarən  rus-azərbaycan  məktəbləri  açılmağa  başlandı. 
İbtidai  kənd  məktəbləri  olan  xalq  məktəbləri  kəndli  uşaqlarına  təhsil  verilməsi 
prosesində böyük rol oynadı. Artıq 1900-cü ildə 173 belə məktəbdə 12 min şagird 
oxuyurdu ki, onların arasından da 2300-dən çox qız uşağı var idi. Rus-azərbaycan 
məktəbləri isə  şəhərlərdə açılır və orta təbəqənin  uşaqları üçün  nəzərdə tutulurdu. 
1900-cü ildə 23 belə məktəbdə 837 şagird oxuyurdu. 
Daim çar məmurlarının təqibi ilə üzləşən Həsən bəy Zərdabi Bakını tərk 
edib  Zərdaba  köçməli  olur  və  1896-cı  ilədək  orada  yaşayır.  Burada  o,  yeni  bitki 
sortlarının  yaradılması  ilə  məşğul  olur,  bu  sahədə  müəyyən  nailiyyətlər  də  əldə 
edir.  Hətta  1889-cu  ildə  Zaqafqaziya  kənd  təsərrüfatı  və  sənaye  sərgisində  xüsusi 
medala və fəxri diploma layiq görülmüşdür. 
Qeyd  edək  ki,  Həsən  bəy  Zərdabi  1907-ci  ildə  Bakı  şəhərində  vəfat  
etmişdir.  
 

172 
 

173 
 
Azərbaycanlı  sərkərdələr  arasında  Hüseyn  xan 
Naxçıvanski xüsusi yer tutur. Tam süvari general rütbəsinə 
layiq  görülmüş  yeganə  azərbaycanlı  zabit  Hüseyn  xan 
Naxçıvanskinin  adı  çox  sürətli  süvari  reydləri  ilə 
məşhurlaşmışdır.  İmperiyanın  hərbi  orden  və  medallarına, 
o cümlədən ən yüksək “Müqəddəs Georgi” ordeninin 4-cü 
və  3-cü  dərəcələrinə,  dövlət  təltif  nişanları  sırasında  ən 
yüksək  ordenlərdən  “Aleksandr  Nevski”  ordeninə  layiq 
görülən,  imperator  ailəsi  ilə qohum olan  Hüseyn  xan  rus-
yapon  və  I  Dünya  müharibələrinin  qəhrəmanıdır.  Onun 
tabeliyi altında gələcəkdə məşhur fin marşalı Karl Qustov 
Monnerheym,  məşhur  Polşa  sərkərdəsi  general  Anders 
vuruşmuş,  Qafqaz  müsəlmanlarından  təşkil  edilən  və 
“Vəhşi  diviziya”  adı  ilə  tanınan  süvari  hissə  fəaliyyət 
göstərmişdir.  Şöhrəti  bütün  Rusiyanı  dolaşan  A.Brusilov, 
Y.Barsukov,  M.Draqomirov,  Y.Alekseyev  kimi  generallar 
onun  ordu  heyətindəki,  müharibədəki  döyüş  xidmətlərini 
yüksək qiymətləndirmişlər. 
Azərbaycan  tarixinə  Hüseyn  xan  Naxçıvanski  görkəmli 
hərbi xadim kimi daxil olmuşdur.
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin