SƏbuhi ƏHMƏdov



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə2/34
tarix21.04.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   34

Atropat 
(e.ə. VI əsr) 
Atropat  adının  kökü  "Ater",  yəni  "od,  alov"  deməkdir.  Atropat  Kiçik 
Midiya  adı  ilə  tanınan  Cənubi  Azərbaycanda  zadəgan  ailəsində  dünyaya  göz 
açmışdır.  Midiya  adı  ilə  e.ə.  672  -  550-ci  illərdə  mövcud  olmuş  möhtəşəm  bir 
dövlət  tanınır.  Bu  dövlətin  ərazisi  Araz  çayından  İran  körfəzinədək,  Kiçik 
Asiyadan  indiki  Əfqanıstanadək  uzanırdı.  Onun  Kiçik  Midiya  adlanan  hissəsi 
dövlətin  mərkəzi  olan  Cənubi  Azərbaycana  aid  idi.  E.ə.  550-ci  ildən  başlayaraq 
Əhəməni  dövləti  Midiyanı  əvəz  etdi,  əvvəlki  kimi  Kiçik  Midiya  adlanan  Cənubi 
Azərbaycan  bu  dövlətin  tərkibinə  qatıldı.  Əhəmənilərin  Şimali  Azərbaycanı  zəbt 
etmək məqsədlərinin qarşısı Tomrisin başçılığı ilə massagetlər tərəfindən alındı. 
Döyüşçü kimi fərqləndiyi üçün Atropat dəstə başçısı təyin edilir və hərbi 
vəzifələrlə tədricən daha  yüksək pillələrə qalxırdı. E.ə. IV  əsrin 30-cu  illərində o, 
Kiçik Midiyanın satrapı təyin edilir. "Satrap" anlayışı "canişin" mənasını verməklə 
vilayət  başçısı  demək  idi.  Vilayətin  bütün  qanunverici,  icraedici,  məhkəmə 

12 
 
hakimiyyəti  satrapın  əlində  idi,  üstəlik,  o,  vilayətin  qoşunlarının  başçısı  və  bəzən 
də  dini  başçısı  hesab  edilirdi.  Bu  zaman  Kiçik  Midiyada  atəşpərəstlik  yayılmışdı. 
Atropatın  vilayəti  digər  vilayətlərə  nisbətən  daha  sabit  idi  və  iqtisadi  baxımdan 
inkişaf  etmişdi.  İri  quldarları  itaət  altına  alan  Atropat  əhalini  vergilərlə  incitməyə 
imkan  vermir,  ədalətsizliklərin  qarşısını  alır,  ölkədə  sənətkarlıq  və  ticarəti  inkişaf 
etdirirdi. Onun nüfuzu təkcə Kiçik Midiyada deyil, həm də Arazdan şimalda, indiki 
Şimali  Azərbaycanda  da  böyük  idi.  Atropatın  qoşunlarında  döyüşçü  qadınlardan 
ibarət  Arazın  şimalından  toplanmış  xüsusi  dəstə  var  idi  ki,  bu  dəstənin 
döyüşçülərinə Avropa müəllifləri "amazonka"lar deyirdilər. 
Əhəməni dövlətinin başçısı III Dara  dövlətin bütün  varidatını özünün  və 
əyanlarının əyləncələrinə sərf edir, təmtəraqlı saraylar və imarətlər tikdirirdi. Artan 
xərcləri ödəmək üçün o, vergiləri artırırdı. E.ə. 336-cı ildə Makedoniyalı İsgəndər 
Əhəməni  dövlətinə  hücum  edəndə  III  Daranın  əmri  ilə  Atropat  başqa  satraplarla 
bərabər  düşmənə  qarşı  vuruşa  gedir.    Qranik    və  İss    döyüşlərində  Əhəməni 
qoşunları  məğlub  olsalar  da,  Atropat  özünü  bacarıqlı  sərkərdə  və  merd  döyüşçü 
kimi  göstərir.  E.ə.  331-ci  ildə  həlledici  Qavqamela  döyüşünə  o  öz  qoşunları  ilə 
bərabər. Arazdan şimalda  yerləşən alban, sak,  massaget tayfalarının döyüşçülərini 
aparmışdı.  Atropatın  başçılıq  etdiyi  dəstələr  düşmənin  bir  cinahını  əzir,  lakin  III 
Daranın  qorxaqlığı  və  vaxtından  əvvəl  döyüş  meydanını  tərk  etməsi  nəticəsində 
döyüş  məğlubiyyətlə  başa  çatır.  Xəzərin  cənub  sahillərinə  çatdıqda  III  Dara 
silahdaşlarından biri tərəfindən öldürülür və beləliklə, Əhəməni imperiyası süquta 
uğrayır. Yeni dövlət - Makedoniya imperiyası formalaşmağa başlayır. 
Makedoniyalı İsgəndərin qoşunları Kiçik Midiyaya çatdıqda onun Atropat 
barəsində  fikri  mənfi  idi.  Belə  ki,  Atropat  Əhəmənilərin  satrapı  olmuş,  onlara 
xidmət  etmiş,  neçə-neçə  makedoniyalı  döyüşçünü  öldürmüşdü.  Bu  zaman  dağ 
vilayətlərində  olan  Atropat  gizlənib  canını  qurtara  bilərdi.  Lakin  o,  qırılmaq 
təhlükəsi  ilə  üzləşmiş  xalqını  xilas  etmək  qərarına  gəlir.  Kiçik  bir  dəstə  ilə  o, 
Makedoniyalı  İsgəndərin  hərbi  düşərgəsinə  gəlir  və  cəzasını  çəkməyə  hazır 
olduğunu bildirir. Tarixdə ədalətli hökmdar kimi tanınan Makedoniyalı İsgəndər bu 
hərəkətdən  heyrətlənir.  O  başa  düşür  ki,  Atropat  əslində  vətənpərvər  hökmdar  və 
qorxmaz  insandır.  İsgəndər  Atropata  toxunmur  və  Kiçik  Midiyaya  qoşun 
yeritmədən Şərqə doğru yürüşünü davam etdirir. 
İsgəndər  tərəfindən  Kiçik  Midiyaya  satrap  təyin  olunmuş  Atropatın 
adamlarından biri ölkəni idarə edə bilmir, iqtisadiyyat dağılır, insanların narazılığı 
artır, quldur və  canilərin  sayı artır. Vəzifədən  kənarlaşdırılan, lakin  xalq arasında 
böyük  nüfuza  malik  olan  Atropat  quldur  dəstələrini  məhv  edir.  E.ə.  328-ci  ildə 
İsgəndərlə  Atropat  görüşürlər  və  İsgəndər  onu  yenidən  Kiçik  Midiyanın  satrapı 
təyin  edir.  Vilayətin  vəziyyətini  sabitləşdirəcəyinə  söz  verən  Atropat  Kiçik 

13 
 
Midiyaya  Makedoniya  qoşunlarının  yeridilməməsini  xahiş  edir  və  İsgəndər 
bununla razılaşır. 
Bir  sıra  tədbirlər  nəticəsində  Atropat  iqtisadiyyatı  bərpa  edir.  Çay 
vadilərində,  Urmiya  gölü  ətrafında  yerləşən  torpaqlarda  əkinçilik,  bağçılıq  və 
üzümçülük inkişaf edir. Dağ ərazilərində yaylaq maldarlığı yayılır, mal-qara və at 
ilxılarının sayı günü-gündən artır. Dəmir, qızıl, gümüş, mis yataqlarının işlənməsi 
genişləndirilir,  "Midiya  yağı"  adı  ilə  tanınan  neft  uzaq  ölkələrə  göndərilirdi; 
neftdən  çıraqlarda  və  hərb  işində  istifadə  edilirdi.  Qazaka,  Fraaspa,  Fanaspa, 
Aqnazana,  Vera  şəhərləri  regionun  on  iri  sənətkarlıq  və  ticarət  mərkəzləri  kimi 
tanınırdı.  Bu  baxımdan  Atropatın  iqamətgahı  yerləşən  Qazaka  şəhəri  xüsusilə 
fərqlənmişdi.  Arxeoloji  qazıntılar  nəticəsində  müəyyən  edilmişdir  ki,  sənətkarlar 
yüksək keyfiyyəti ilə seçilən silahlar, metal və gil qablar, parçalar, bəzək əşyaları 
və  s.  düzəldirdilər.  Vilayətdə  Makedoniyalı  İsgəndərin  pul  sikkələri  geniş  istifadə 
edilirdi. 
Qədim  müəlliflər  Strabon,  Plutarx,  Ptolemey  və  digərləri  Atropatın 
mədəni  inkişafa  böyük  diqqət  yetirməsini  xüsusi  qeyd  edirlər.  Sonrakı  dövr 
müəllifləri Kiçik Midiya  əhalisinin azəri dilində  danışdığını qeyd edir,  yazıda  isə 
yunan yazılarından istifadə etmələrini xəbər verirlər. 
E.ə.  323-cü  ildə  Makedoniyalı  İsgəndər  vəfat  edir  və  onun  imperiyası 
parçalanmağa başlayır. Atropatın güclü ordusu peşəkar döyüşçülərdən və bacarıqlı 
sərkərdələrdən  ibarət  idi.  Arazdan  şimalda  yaşayan  tayfalarla  yenidən  əlaqələri 
genişləndirən  Atropat  hərbi  qüdrətini  daha  da  artırır.  Bütün  görülmüş  tədbirlər 
nəticəsində Atropat Kiçik Midiyanı tabe etməyə çalışan makedoniyalıların qarşısını 
ala bilir. 
Öz  mövqelərini  gücləndirdikdən  sonra  o,  Kiçik  Midiyanı  "Atropatena 
dövləti"  adı  ilə  müstəqil  dövlət  elan  edir.  Dövlətin  paytaxtı  Qazaka  şəhərində 
müstəqilliyin rəmzlərindən biri olan pul sikkələri buraxılır. Həmin dövlətin ərazisi 
indiki  Cənubi  Azərbaycan  torpaqlarını  və  Şimali  Azərbaycanın  bəzi  rayonlarını 
əhatə edirdi. 
Atropatena  dövlətinin  yaradılması  Azərbaycan  xalqının  tarixində 
əlamətdar  hadisə  idi.  Ona  görə  ki,  yenidən  dövlətçilik  ənənələrimiz  bərpa  edilir, 
dövlət  rəmzlərimiz,  milli  ordumuz  formalaşır.  Azəri  dili  dövlət  dili  səviyyəsində 
inkişaf  etdirilir.  "Atropatena"  sözü  tədricən  dəyişərək  "Aderbayqan"  sözü  kimi 
işlənir  və  sonralar  "Azərbaycan"  termininə  çevrilir.  "Azərbaycan"  sözü  isə  "Od 
allahının qoruduğu məkan" deməkdir. 
 
 
 
 

14 
 
Qədim 
Azərbaycan 
dövləti 
Albaniyada  yaşayan  26  tayfadan  hər  biri 
öz  bütlərinə  sitayiş edirdi.  Bu isə  ölkənin 
vahidliyi  üçün  təhlükə  tərpədirdi.  Alban 
hökmdarı Urnayr bunu nəzərə alaraq 314-
cü ildə xristianlığı dövlət dini elan edərək 
təkallahlığı  yaymağa  başlayır.  Onun  bu 
uzaqgörən  addımı  Albaniya  dövlətinin 
bütövlüyünü,  alban  xalqının  vahidliyini 
təmin edir. 
Azərbaycan  tarixində  urnayr    Albaniyada  
xristianlığı dövlət  dini elan  etmiş dövlət 
xadfimi,  Roma    ilə  müharibələrdə  öz 
dölətinin 
müstəqilliyini 
və 
ərazi 
bütövlüyünü qorumuş sərkərdə kimi daxil 
olmuşdur.
 
Urnayr 
(e.ə.IV əsr) 
 
Tarixi  Azərbaycan  ərazisi  haqlı 
olaraq  qədim  sivilizasiya  ocaqlarından  biri 
sayılır.  Yaxın  Şərq  və  Şərqi  Avropa 
mədəniyyətlərinin  kəsişdiyi    yerdə  yerləşən  dövlətin  coğrafi  movqeyi  bir  çox 
etnomədəni   xüsusiyyətlərin   mövcudluğunu şərtləndirirdi. E.ə. III minillikdə bu 
ərazidə  unikal    "Kür-Araz  mədəniyyəti"  formalaşır.  R.ə.  IV  əsrdə  bu  ərazidə 
yaşamış  ayrı-ayrı  tayfalar  Albaniya  dövləti  adı  ilə  tanınan  qurumun  tərkibində 
birləşmişdilər.  Qədim  yunan  müəllifi  Strabon  yazırdı  ki,  Albaniya  əhalisi  vahid 
mərkəzdən  idarə  olunan  26  tayfadan  ibarətdir.  Bu  tayfaların  vahid  mədəniyyəti 
alimlər  tərəfindən  şərti  olaraq  Yaloylutəpə  mədəniyyəti  kimi  qeyd  olunur.  Antik 
dövr  müəllifləri  qeyd  edirdilər  ki,  Albaniyada  30-dan  artıq  şəhər  mövcud 
olmuşdur.  Arxeoloji  qazıntılar  nəticəsində  sübut  edilmişdir  ki,  antik  dövr  alban 
şəhərləri siyasi-inzibati və sənətkarlıq-ticarət və mədəni mərkəzlər olmuşdur. 
Albaniyada  hakimiyyətdə  olan  hökmdarlar  yerli  Arranilər  sülaləsinə 
mənsub  olmuşlar,  sonralar  bu  sülalə  Arşakilər  sülaləsi  ilə  əvəz  edilmişdir. 
Məlumdur  ki,  birinci  sülalənin  adı  Arran  adı  ilə  bağlıdırsa,  ikinci  sülalənin  adı 
Azərbaycanda qədimdən məskunlaşmış türk tayfası sakların adı ilə bağlı olmuşdur. 

15 
 
Artıq      I    -    II      əsrlərdə      Yerusəlimdən  (Qüdsdən)  Albaniya  ərazisinə 
xristianlıq  yayılmağa  başladı.  Əvvəllər  müxtəlif  bütlərə  sitayiş  edən  Albaniya 
əhalisi  tədricən  xristianlığı  qəbul  edir.  Arxeoloji  qazıntılar  sübut  edir  ki, 
xristianlığa qədər Albaniyada bütpərəstlik hökm sürmüş, insanlar günəş və od, su 
və  torpağa  sitayiş  etmişlər.  Cənubi  Azərbaycanda  atəşpərəstlik  hökm  sürdüyü  bir 
dövrdə  Albaniyada    (Şimali    Azərbaycan)    bütpərəstlik  hökm  sürür,  bütlərə 
qurbanlar  kəsilirdi.  Tarixi  mənbələrdən  məlum  olur  ki,  Fələstindən  Albaniyaya 
xristianlığı gətirənlər arasında Yegişe adlı birisi fəallıq göstərirmiş. O, Qiş (indiki 
Kiş) kəndində ilk məbəd inşa etmişdir. Daha sonra kilsələr digər yerlərdə də inşa 
olunmağa  başlanmışdır  və  artıq  VII  əsrdə,  ərəblərin  yürüşləri  ərəfəsində  hər 
kənddə  kilsə  var  idi.  Şəhərlərdə  olan  kilsələrin  sayı  isə  onlarca  idi.  İndiki  erməni 
"müəlliflər"in  Yaxın  Şərqdə  xristianlığı  ilk  qəbul  edənlər  sırasında  öz  əcdadları, 
"qədim  erməniləri"  göstərmələrinə  baxmayaraq,  aparılmış  tədqiqatlar  bunu  təkzib 
edir.  Yazılı  xristian  mənbələrində  göstərilir  ki,  Albaniyada  xristianlıq 
Ermənistandan  (Van  gölündən  qərbdə  olan  ərazi  nəzərdə  tutulur)  tez  yayılmışdır. 
Qafqazda ilk xristian məbədi olan Qiş məbədi "Şərq kilsələrinin anası" adlandırılır. 
Üzdəniraq  erməni  "tədqiqatçılar"  gah  Albaniyanın  heç  vaxt  mövcud  olmadığını, 
gah Albaniyanın "Böyük Ermənistan" adlı uydurma dövlətin hissəsi olduğunu, gah 
da  alban  kilsəsinin  erməni  kilsəsinə  tabe  olduğunu  iddia  etsələr  də,  aparılmış 
tədqiqatlar  bunu  təkzib  edir.  Azərbaycan  Respublikasının  Şəki  rayonunun  Kiş 
kəndində  2000  -  2001-ci  illərdə  Azərbaycan  arxeoloqları  və  Norveç  krallığının 
arxeoloqları  tərəfindən  aparılmış  birgə  tədqiqatlar  buradakı  alban  kilsəsinin 
doğrudan  da  Fələstindən  şərqdə  olan  ərazilərdə  on  qədim  kilsə  olduğunu  sübut 
etmiş, bu da ermənilərin bütün iddialarına qarşı tutarlı cavab olmuşdur. 
Albaniyada  xristianlığın  dövlət  dini  statusu  qazanması  alban  hökmdarı 
Urnayrın adı ilə bağlıdır. Hələ 337-ci ildə onun əcdadı Sanatruk (bəzi mənbələrdə 
Sanatürk)  ermənilərin  romalılarla  əlbir  olub.  Albaniya  istiqamətində  yürüşlər 
etmələrini görüb Azərbaycana şimaldan gəlmiş türk hun tayfaları ilə birləşərək Van 
gölü istiqamətinə gözlənilmədən güclü yürüş etmişdir. Onun qoşunları düşmənləri 
darmadağın etmiş, alban süvariləri Van gölünün qərb sahillərinə çıxmışlar. İndiki 
dövrdə  bütün  bu  tarixi  həqiqətləri  unudan  erməni  "tarixçilər",  guya,  "dənizdən-
dənizə  olan  ərazilərin"  onların  olmasını  iddia  edir,  əslində  tarixdə  baş  vermiş 
hadisələri  isə  xatırlamamağa  çalışırlar.  Halbuki  qədim  Albaniyanın  ərazisi  Xəzər 
dənizindən  başlayıb  İberiya  sərhədlərinə  qədər  uzanmışdır,  Göyçə  gölü  isə 
Albaniyanın daxili gölü olmuşdur. 
Hökmdar  Urnayrın  adı  ilk  dəfə  314-cü  ildə  çəkilir.  Belə  ki,  o,  Albaniya 
ərazisində yaşayan tayfaları uzaqgörənliklə birləşdirmək qərarına gəlmiş, bu yolda 
əsas  vasitənin  din  olmasını  anlamışdır.  Nəticədə  o,  314-cü  ildə  xristianlığı 
Albaniyanın dövlət dini elan etmişdir. Təkallahlığı qəbul etməklə o, tayfalarda olan 

16 
 
bütləri məhv edir və tayfaları vahid din  ətrafında birləşdirirdi. Xristianlığın qəbul 
edilməsi, həmçinin quldarlıq quruluşunun yeni, feodalizm quruluşu ilə əvəzlənməsi 
prosesi  Albaniyanı  daim  tabe  etməyə  çalışan  və  İran  feodalları  tərəfindən  idarə 
olunan  Sasani  dövləti  ilə,  həmçinin  Şərqi  Roma  (sonralar  Bizans)  dövləti  ilə 
mübarizə  şəraitində  baş  verirdi.  Xristianlığı  Fələstin  missionerlərindən  (yəni 
xristianlığın  mənbəyindən)  qəbul  etməsi  isə  müstəqil  alban  kilsəsi  yaratmağa, 
Roma xristian rəhbərlərindən asılı olmamağa imkan verirdi. Eyni zamanda, Sasani 
hökmdarları  da  alban  əhalisinə  təsir  imkanlarını  itirirdilər.  Beləliklə,  Urnayrın 
addımı  Albaniyanın  vahidliyini  və  müstəqilliyini  təmin  edən  addım  kimi 
qiymətləndirilməlidir. 
Qafqazda ilk xristian dövləti olan Albaniya özü xristianlığı digər Qafqaz 
xalqları  arasında  yaymağa  başlayır.  Buradan  missionerlər  Qafqaz  dağları  və 
Xəzərsahili  çöllərə  yollanır,  Qafqaz  dağlarından  şimalda  təkallahlılığı  yayırlar. 
Məhz  alban  missionerlərinin  sayəsində  xristianlıq  regionda  aparıcı  dinə  çevrilir, 
vacib  siyasi  amilə  dönür.  Nəticədə  alban  hökmdarı  Şimali  Qafqaz  və  Volqaboyu 
əhalisinə təsir etmək imkanı qazanır və bu imkandan istifadə edir. 
Urnayrın  regionda  artmış  qüdrətini  görən  Sasani  hökmdarı  II  Şapur 
onunla qohum olmaq istədiyini bildirir və razılıq alır. II Şapurun bacısı ilə evlənən 
Urnayr  qərbdən  gələn  yeni  təhlükənin  qarşısını  almağa  çalışır.  Belə  ki,  Roma 
qoşunları  əlaltıları  olan  ermənilərlə  Albaniyanı  zəbt  etmək  fikirlərindən 
dönməmişdilər. 
Haşiyə çıxaraq qeyd etmək lazımdır ki, romalıların Albaniyaya ilk yürüşü 
e.ə.  66-cı  ildə  baş  vermişdir.  O  vaxtdan  bəri  romalılar  mütəmadi  olaraq  Albaniya 
üzərinə yürüşlər etmiş, lakin güclü müqavimətlə üzləşmişlər. Dünyanın ən qüdrətli 
dövləti sayılan Roma imperiyası bütün səylərinə baxmayaraq Albaniyanı zəbt edə 
bilməmişdir. 
359-cu  ildə  Roma  –  erməni  qoşunu  yürüşə  hazırlaşdığı  dövrdə  Urnayr  II 
Şapurla  görüşüb düşmənin  hücumunu  gözləməməyin,  əksinə, hücum edib onu öz 
torpaqlarındaca  məğlub  etməyin  vacibliyini  sübut  edir.  Birləşmiş  alban  -Sasani 
ordusu  Suriya  istiqamətində  yürüş  edir  və  Amida  şəhəri  yaxınlığındakı  döyüşdə 
düşmənlərinin  belini  sındırır.  Bu  dövr  mənbələrində  Urnayr  haqqında  belə 
yazılmışdır:  "Urnayr,  şərəfli  döyüşçü,  öz  şanlı  adını  o,  böyük  müharibələrdə 
qazanmış, Ermənistanın daxilində öz zəfər bayrağını sancmışdır". 
Qələbədən  sonra  vətənə  qayıdan  Urnayr  ölkədə  quruculuq  işləri  ilə 
məşğul  olmuşdur.  O,  xristianlığı  yaymaq  üçün  xüsusi  qanunlar  qəbul  etmiş,  dini 
məktəblər  açmışdır.  Torpaqların  bir  qismini  kilsə  torpaqları  adlandırmışdır  ki, 
onlardan  gələn  gəlir  kilsənin  xərclərini  ödəsin.  Bununla  belə,  dədə-baba 
dinlərindən imtina etməyənlərə qarşı o, yumşaq münasibət göstərmiş, heç bir cəza 
tədbirləri  həyata  keçirməmişdir.  Nəticədə  artıq  IV  əsrin  ortalarında  xristianlıq 

17 
 
Albaniyada əsl dövlət dini olmuşdur. Bu, Sasani hökmdarının xoşuna gəlməsə də, 
Urnayr kimi güclü müttəfiqi itirmək istəməyən II Şapur bu tədbirlərə göz yummağı 
üstün tutmuşdur. 
371-ci ildə Roma qoşunları  yeni, daha güclü bir  yürüşə başlayır.  Alban  - 
Sasani  ordusu  onları  qarşılayır,  lakin  Dzirav  yaxınlığında  baş  verən  döyüşdə 
məğlub  edilir.  İgidliklə  vuruşan  Urnayr  bu  döyüşdə  ağır  yaralanır  və 
mühafizəçilərinin  köməyi  ilə  vətəninə  çatdırılır.  Lakin  romalılar  da  böyük  itkilər 
vermişdilər.  Nəticədə  Roma  -  Sasani  danışıqları  başlayır.  387-ci  ildə  imzalanan 
müqaviləyə əsasən, Ermənistan dövlətinin adı dünyanın siyasi xəritəsindən silinir. 
Van  gölü  ətrafında  olan  torpaqlar  Roma  ilə  sasanilər  arasında  bölünür.  Növbəti 
erməni  dövləti  1918-ci  ildə,  Azərbaycanın  ermənilərə  bağışladığı  İrəvan  şəhəri 
ətrafında yaranmışdır. 
Urnayrın  müqavilədən  sonrakı  taleyi  məlum  deyil.  Hər  halda,  bir  şey 
məlumdur ki, o, dövlətinin müstəqilliyini və ərazi bütövlüyünü təmin etmiş, xalqın 
bölünməsinə imkan verməmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
          Şəki rayonu Kiş kəndində qədim Alban kilsəsi 
 

18 
 
E.ə.  IV    -  eramızın  VIII  əsrlərdə 
Şimali  Azərbaycan  ərazisində    mövcud 
olmuş 
Albaniya 
dövləti 
hökmdar 
Cavanşirin vaxtında  çiçəklənmə dövrünü  
yaşamışdır.  Cənubdan  ərəb  hücumu 
təhlükəsi,  şimaldan  xəzər  tayfalarının 
həmlələri,  qərbdən  Bizans  dövlətinin 
təzyiqi  -  bütün    bu  amillər  Albaniya 
dövlətinin mövcudluğu üçün  
Böyük  təhlükə  yaradırdı.  Lakin 
fikti 
sərkərdəlik 
istedadı, 
gərgin 
diplomatik    fəaliyyəti  və  vətəninə  olan 
məhəbbəti  Cavanşirə  bütün  problemləri 
həll  edib  ölkəsinin  ərazi  bütövlüyünü  və 
müstəqilliyini  təmin  etməyə    imkan  
vermişdi.  Daxili  sabitliyə  nail  olan 
Cavanşir  ölkənin  iqtisadiyyatının  və 
mədəniyyətinin  inkişafına    böyük    diqqət  
yetirirdi.  Nəticədə  erkən    orta  əsrlər  
dövründə  Albaniya    regionun  ən  inkişaf  
etmiş dövlətlərarası birinə çevrilmişdi. 
Azərbaycan  tarixində  Cavanşir  görkəmli 
dövlət xadimi, diplomat və sərkərdə kimi 
tanınır.
 
Cavanşir 
(642-681) 
 
Sasani  zülmü  altında 
olan  Albaniya  dövləti  daim  öz 
müstəqilliyi  uğrunda  mübarizə 
aparırdı.  Ardı-arası  kəsilməyən  üsyanlar  xalqın  azadlıq  əzmini  nümayiş  etdirirdi. 
VI  əsrin  sonlarında  Albaniyada  Mehranilər  feodal  sülaləsi  hakimiyyətə  gəlir. 
Girdiman  vilayətini  (müasir  Şəmkir-Qazax-Tovuz  bölgəsi)  özünə  dayaq  seçən 
Mehranilər  həm  yerli  əhaliyə,  həm  də  şimaldan  Azərbaycana  köçmüş  və  burada 
məskunlaşmış  sabirlər  tayfalarına  arxalanırdı.  Mehranilər  sülaləsindən  olan  Varaz 
Qriqor Sasani hökmdarlarının Albaniyada zərdüştliyi yaymaq istəyinə qarşı çıxırdı, 
çünki anlayırdı ki, bu yolla sasanilər albanları özlərinə  tabe etməyə çalışır. Geniş 
dünyagörüşü ilə seçilən Varaz Qriqor təkallahlılığı üstün tutur və xristianlığı qəbul 
edir  (Varaz  Qriqor  adı  onun  xristian  olmasını  göstərir).  Sasaniləri  ölkədən  qovan 
və  özünü  alban  çarı  elan  edən  Varaz  Qriqor  ölkənin  dövlətçilik  ənənələrini  bərpa 
edir  və  öz  iqamətgahını  Girdiman  qalasından  Bərdəyə  (o  zaman  alban  dilində 

19 
 
Partav  adlanırdı)  köçürür.  Sasanilərin  vassalı  hesab  edilən  Mehranilər  müstəqil 
daxili  siyasət  aparır  və  öz  silahlı  qüvvələrinə  malik  idilər.  633-cü  ildə  Sasani 
dövlətinə  ərəblərin  hücumu  başlayır.  Sasani  şahənşahı  III  Yezdəgird  bütün 
qüvvələri  ərəblərə  qarşı  yönəldir.  Onun  xahişi  ilə  Varaz  Qriqor  alban  qoşununu 
köməyə  göndərir.  Qoşunun  başında  onun  oğlu  Cavanşir  dayanırdı.  Ölü  sular  və 
Kadisi  yaxınlığındakı  döyüşlərdə  Cavanşirin  Albaniya  döyüşçüləri  mərdliklə 
vuruşurlar. Salnaməçilər yazırlar ki, şahənşah şəxsən Cavanşiri fəxri paltar, kəmər, 
zəfər boruları, "hakimiyyət rəmzi olan iki qızıl qalxan və iki qızıl nizə, qızıl dəstəyi 
olan  qılınc",  həmçinin  bəzək  əşyaları  ilə  təltif  etmişdi.  Cavanşir  öz  qoşunu  ilə 
Sasani dövlətinin paytaxtı Ktesifon (Mədain) şəhərinin müdafiəsində və Nəhavənd 
döyüşündə iştirak etmişdir. Bu döyüşlərdə 11 dəfə yaralanan Cavanşir mərdliyi ilə 
ad  qazanmışdır.  Hətta  ərəb  tarixçiləri  də  onun  sərkərdəlik  məharətindən  xəbər 
verirlər.  9  il  qürbətdə  olan  Cavanşir  zəngin  döyüş  təcrübəsi  toplamışdır.  Lakin 
Sasani  dövlətinin  süquta  uğradığını  gördükdə  o,  vətənə  qayıtmışdır.  642-ci  ildə 
Varaz Qriqor vəfat edərkən Cavanşiri özünə varis elan etmişdir. 
Bu  zaman  Albaniya  sərhədlərinə  ərəblərlə  toqquşmalarda  məğlub  olmuş 
Sasani  ordusunun  qalıqları  yaxınlaşır  və  Cavanşirdən  sığınacaq  istəyir.  Cavanşir 
onlara 
torpaqlarında 
məskunlaşmağa 
icazə 
verir. 
Lakin 
yaxşılığı 
qiymətləndirməyən  sasanilər  yerli  əhalini  talan  etməyə  başlayırlar.  Bunu  eşidən 
Cavanşir qoşunları ilə onları məğlub edir və öz ərazilərindən kənara atır. Belə bir 
vaxtda Albaniya ərəb qoşunları sərhədlərinə yaxınlaşır. 
Ərəbləri  güclü  rəqib  hesab  edən  Cavanşir  qonşu  İberiya  hökmdarı 
Atrnersexlə ittifaq yaradır, daha sonra isə Bizansa gedib imperator II Konstantinlə 
danışıqlar aparır. O, ərəblərə qarşı birgə mübarizə aparmağı təklif edir. Bu zaman 
ərəb qoşunları artıq Albaniya  ərazisindən  keçərək  Şimali  Qafqaza  yollanmışdılar. 
Lakin  ərəblər  burada  Xəzər  xaqanlığının  qoşunları  tərəfindən  darmadağın 
edilmişdilər. 
İmperatorla  danışıqlar  zamanı  Cavanşir  hiss  edir  ki,  əməli  köməklik 
göstərmək istəməyən Bizans imperatoru müxtəlif şərtlərlə Albaniyanı özündən asılı 
vəziyyətə salmaq istəyir. Bu səbəbdən də Cavanşir danışıqların xeyirsiz olduğunu 
görüb vətəninə qayıdır. 
662-ci  ildə  Albaniyaya  xəzərlər  hücum  edir.  Onlar  Albaniyanın  şimal 
ərazilərini  talan  etməyə  başlayırlar.  Lakin  Cavanşir  qoşunuyla  onlara  qarşı  çıxış 
edir  və  Kür  çayı  sahilində  baş  vermiş  qanlı  döyüşdə  xəzərləri  məğlubiyyətə 
uğradıb  ölkədən  qovur.  664-cü  ildə  xəzərlər  yenidən  Albaniyaya  hücum  edir.  Bu 
zaman  Albaniyanın  cənub  sərhədi  boyunca  ərəb  qoşunu  cəmləşmişdi.  Ərəblərlə 
cənubda  və  xəzərlərlə  şimalda  müharibə  aparmağın  mümkünsüzlüyünü  anlayan 
Cavanşir  Xəzər  xaqanının  görüşünə  gedir  və  danışıqlar  aparır.  Cavanşirə  bir 
sərkərdə və dövlət başçısı kimi hörmət bəsləyən xaqan tezliklə Cavanşirlə razılığa 

20 
 
gəlir.  İmzalanmış  müttəfiqlik  müqaviləsini  daha  da  möhkəmlətmək  məqsədi  ilə 
Cavanşir  xaqanın qızı ilə  evlənir. Beləliklə, qohumluq  əlaqəsi vasitəsilə  Cavanşir 
xəzərlərlə  ittifaq  yaradır,  öz  şimal  sərhədlərinin  təhlükəsizliyini  təmin  etməklə 
bərabər,  özünə  güclü  müttəfiq  qazanır.  Xəzərlər  alban  əsirlərini,  ələ  keçirdikləri 
qəniməti  və  mal-qaranı  da  qaytarırlar.  Bundan  sonra  lazım  gələrdisə,  Cavanşir  öz 
qoşunundan başqa, xəzər qoşunundan da istifadə edə bilərdi. 
O zaman Şimali Afrikadan Hindistan sərhədlərinədək uzanan Ərəb xilafəti 
dünyanın  on  möhtəşəm  dövləti  idi.  Bunu  anlayan  və  əbəs  yerə  öz  adamlarının 
qanını axıtmaq istəməyən Cavanşir ərəblərlə danışıqlara başlamaq qərarına gəlir. 
Ərəb  xəlifəsi  Müaviyə  düşmən  hesab  etdiyi  Cavanşirin  cüzi  mühafizə 
dəstəsi ilə Dəməşqə doğru gəldiyini eşidəndə əvvəlcə buna inanmır. O, 633 - 642-
ci  illərdə  ərəblərə  qarşı  Cavanşirin  igidliklə  vuruşduğunu  bilirdi  və  ona  görə  də 
albanlarla  müharibə  olacağını  gözləyirdi.  Cavanşirin  gözlənilməz  hərəkəti  onu 
çaşbaş  salır.  Hər  halda,  mərd  insanlara  daim  hörmətlə  yanaşan  xəlifə  Müaviyə 
Cavanşiri  hörmətlə  qarşılamağı  əmr  edir.  667-ci  ildə  Dəməşqdə  aparılan 
danışıqlarda  xəlifə  Albaniyanın  daxili  müstəqilliyini  tanıyır.  Bu  o  demək  idi  ki, 
ərəb  qoşunları  Albaniyaya  yeridilməyəcək,  Albaniyanın  daxilində  heç  bir  işə 
qarışmayacaqlar.  Əvəzində  Cavanşir  hər  il  müəyyən  məbləğdə  vergi  ödəyəcək. 
Ölkəsinin  müstəqilliyini  qoruyub-saxlaya  bilmiş  Cavanşir  verginin  miqdarının  da 
az olmasına razılıq alır. Xəlifə Cavanşirə fəxri silah, qiymətli hədiyyələr və  hətta 
fil bağışlayaraq onu hörmətlə yola salır. 
Vətəninə  qayıdan  Cavanşir  qısa  zaman  ərzində  ölkənin  həyatını 
normallaşdırmağa  nail  olur.  Albaniya  iqtisadi  baxımdan  çox  inkişaf  edir.  Onun 
paytaxtı  Bərdə  bütün  Şərqdə  iri  ticarət  mərkəzi  kimi  tanınmağa  başlayır.  Burada 
şərq və qərbdən, şimal və cənubdan gələn yollar kəsişirdi. 
670-ci  ildə  xəlifə  Cavanşiri  Dəməşqə  dəvət  edərək  ərəblərlə  Bizans 
arasında  gedən  danışıqlarda  vasitəçi  olmasını  istəyir.  Bu  istək  Cavanşirin  həm 
xilafətdə,  həm  də  Bizansda  necə  böyük  nüfuza  malik  olmasından  xəbər  verir. 
Cavanşir vasitəçilik missiyasının öhdəsindən müvəffəqiyyətlə gəlir və Albaniyadan 
ərəblərin  xeyrinə  yığılan  vergilərin  1/3  hissəsinin  azaldılmasına  nail  olur. 
Albaniyada olan sabitliyi  Arazdan cənubda da görmək istəyən xəlifə bu ərazilərin 
də idarə olunmasını Cavanşirə təklif edir. "Artıq tamah baş yarar" deyən Cavanşir 
bu  təklifdən  imtina  edir.  İri  feodalların  hakimiyyətini  məhdudlaşdıran  Cavanşir 
ölkəsində  sabitlik  yaratmağa  müvəffəq  olur.  Ölkədə  yeni-yeni  qalalar  tikilir 
(onlardan Cavanşir qalası öz möhtəşəmliyi ilə seçilir), şəhərlərdə yeni-yeni binalar 
inşa  edilir.  Cavanşirin  tapşırığı  ilə  tarixçi  Moisey  Kalankatlı,  “Ağvanların  tarixi" 
əsərini  yazmağa başlayır. Ölkədə mədəniyyət sürətlə inkişaf edir. 
Lakin 681-ci ildə bir neçə alban feodalı Cavanşirə sui-qəsdi təşkil edərək 
onu öldürür. Salnaməçilər göstərir ki, başdan-ayağadək silahlanmış suiqəsdçi saray 

21 
 
əyanları gecə ikən silahsız Cavanşirə hücum etmişlər. Lakin o, qılıncını sıyırmağa 
macal  tapmış  və  güclü  müqavimət  göstərmişdir.  Arxadan  vurulan  zərbə  onu 
ölümcül yaralamış və o, üç 
 
gün sonra dünyasını dəyişmişdir. Müəyyən edilmişdir 
ki,  sui-qəsdin  təşkilində  Bizansın  da  əli  olub:  imperator  Cavanşirin  ərəblərlə 
yaxınlıq etməsindən və xəzərlərlə müttəfiqliyindən çox narahat olmuşdur. 
Azərbaycan  tarixində  Cavanşir  özünəməxsus  yer  tutur.  Məharətli 
döyüşçü, mərd  insan olmaqla  bərabər, o, peşəkar  sərkərdə, mahir  diplomat və ən 
əsası  ölkənin  maraqlarını  hər    şeydən  üstün  tutan  görkəmli  tarixi  şəxsiyyət    kimi 
Azərbaycan  xalqının tarixində bu gün də yaşayır. 
 
 
 
 

22 
 
Qonşu Ermənistan dövləti tərəfindən 
təcavüzə  qalmış  Azərbaycanın  təkcə  əraziləri  
deyil, 
mədəniyyəti, 
tarixi 
də 
təhlükə 
altındadır.  Belə  ki,  özlərini  Qafqazın 
avtoxtonları    kimi  göstərməyə  çalışan, 
azərbaycanlıları  isə  köçəri  adlandıran  erməni 
“tədqiqatçılar”  xalqımızın  yaratdığı  bir  çox 
maddi  mədəniyyət  nümunələrini  adlarına  
çıxarırlar. Onlar  hətta tarixi şəxsiyyətlərimizi 
belə  həyasızcasına  özünküləşdirməkdən  əl 
çəkmirlər.  Belə  təcavüzə  məruz  qalmış 
şəxsiyyətlərimizdən  biri    məşhur    Alban 
tarixçisi  Moisey  Kalankatlıdır.    Qədim 
Azərbaycan  dövləti  olan  Qafqaz  Albaniyası  
tarixinə həsr  edilmiş birinci və yeganə  tarixi 
əsərin 
müəllifi 
hal-hazırda 
“Moses 
Kalankatvasi”  adlı  ilə  erməni  tarixçisi  kimi 
qələmə verilir. 
Moisey Kalankatlı “Albaniya  tarixi” 
əsərinin  müəllifi,  ilk  və  bizə  məlum  olan 
yeganə  alban  tarixçisi  kimi  Azərbaycan 
tarixində əhəmiyyətli yer  tutur.  
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə