SƏbuhi ƏHMƏdov



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə5/34
tarix21.04.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   34

Məhəmməd  Canah Pəhləvan   
(1175-1186) 
136-cı  ildə  Şəmsəddin 
Eldəniz  tərəfindən  yaradılmış 
Azərbaycan  Atabəyləri  dövləti  (Eldənizlər  dövləti)  tariximizdə  ən  möhtəşəm 
dövlətlərdən  biri  olmuşdur.  Görkəmli  sərkərdə  və  uzaqgörən  siyasi  xadim  olan 
Şəmsəddin Eldəniz çətin hərbi-siyasi vəziyyətdə nəinki öz dövlətinin müstəqilliyini 
təmin etmiş, hətta az vaxt ərzində bir çox iri feodalların özbaşınalığına son qoyaraq 
bütün  Azərbaycanı  öz  hakimiyyəti  altında  birləşdirmişdir.  Naxçıvan  şəhəri  bu 
dövlətin  paytaxtı  olmuşdur.  Naxçıvanın  Şərqin  ən  gözəl  şəhərlərindən  birinə 
çevrilməsi  məhz  Şəmsəddin  Eldənizin  adı  ilə  bağlıdır.  1161-ci  ildə  İraq 
sultanlığının  taxtında  nümayəndəsini  oturdan  Şəmsəddin  Eldəniz  bu  dövləti  də 
idarə  etmişdir.  Onun  böyük  oğlu  Məhəmməd  Cahan  Pəhləvan  İraq  sultanının 
xacibi  təyin  edilmişdi.  O  dövrdə  xacib  sultanın  köməkçisi  olmaqla  dövlətin 
vəzirindən  də  yüksək  vəzifə  hesab  edilirdi.  Şəmsəddinin  kiçik  oğlu  Qızıl  Arslan 
İraq  sultanlığı  qoşunlarının  baş  komandanı  olmuşdur.  Belə  ki,  Azərbaycan 
Eldənizlər  sülaləsinin  hakimiyyəti  altında  olan  İraq  sultanlığı  faktik  olaraq 
Eldənizlər  dövlətinin  tərkib  hissəsi  hesab  edilmişdir.  Şirvanşahlar  dövləti  də 
Eldənizlərdən  asılı  vəziyyətdə  olmuşdur.  Beləliklə,  Azərbaycanın  vahidliyi  təmin 
edilmişdir.  Şəmsəddin  Eldənizin  hakimiyyətinin  sonuna  yaxın  Eldənizlər  dövləti 
Dərbənd şəhərindən İran körfəzinədək olan əraziləri əhatə etmişdir. 

42 
 
1175-ci  ildə  -  Şəmsəddin  Eldənizin  vəfatından  sonra  böyük  oğlu 
Məhəmməd  Cahan  Pəhləvan  hakimiyyət  başına  keçir.  Atasının  peşəkar 
sərkərdələrindən  hərbi  dərslər  almış,  dövlət  xadimlərinin  rəhbərliyi  altında 
dövlətçiliyin sirlərini öyrənmiş, elm və mədəniyyətlə yaxından maraqlanan Cahan 
Pəhləvan  hakimiyyətə  gələndə  artıq  hansı  tədbirləri  həyata  keçirəcəyini  yaxşı 
bilirdi.  Hələ  İraq  sultanının  xacibi  işlədiyi  zaman  o  anlamışdı  ki,  iri  feodallar 
dövlətin  dayaqları  olsalar  da,  onları  nəzarətsiz  qoyanda  dövlət  zəifləyir.  İri 
feodalların  arasında  baş  verən  münaqişələr  ucbatından  son  nəticədə  dövlətin 
ordusu  və  iqtisadiyyatı  tənəzzülə  uğrayır.  Məhz  bu  səbəbdən  də  o,  əsas  diqqətini 
mərkəzi  hakimiyyətin  gücləndirilməsinə  verir,  bir  sıra  düşündüyü  tədbirlər 
kompleksini  həyata  keçirir.  Bütün  vacib  vəzifələrə  o  öz  şəxsi  məmlüklərini  təyin 
edir.  Həmçinin  iri  şəhərlərə  və  vilayətlərə  də  məmlüklərini  başçı  qoyur.  Qeyd 
etmək lazımdır ki, "məmlük" sözü şəxsi qul mənasını versə də, o məmlüklər bizim 
"qul"  kimi  qəbul  etdiyimiz  anlayışdan  fərqlənirdi.  Belə  ki,  məmlük  kimi  qeydə 
alınmış gənc mütləq 5 illik təlim-xidmət mərhələsi keçirdi. Yalnız bundan sonra o, 
tam hazırlıqlı döyüşçü hesab olunurdu. Belə məmlüklər hökmdarın şəxsi mühafizə 
dəstəsinə  götürülür,  onun  və  ailəsinin,  həmçinin  dövlətinin  xəzinəsinin 
təhlükəsizliyini təmin edirdi. 
Belə  döyüşçülər  arasından  ən  yaxşıları  seçilir  və  onların  təlimi  davam 
etdirilirdi. Təlimin altıncı ilində məmlüklər xüsusi rəmz kimi badə alaraq hökmdar 
sarayına  daxil  olmaq  və  burada  xidmət  etmək  səlahiyyəti  qazanırdılar.  Beləliklə, 
məmlük  saray  qayda-qanunları  ilə  qonaq  qəbul  etmə,  şikayətçilərlə  münasibət 
saxlama  və  s.  proseslərlə  yaxından  tanış  olurdu.  Yeddinci  xidmət  ilində  məmlük 
hökmdarı  əhatə  edən  şəxslər  sırasına  daxil  edilir,  ona  "hökmdarın  silahdan", 
"hökmdarın mehtəri", "hökmdarın paltar qoruyanı" və s. vəzifələrindən biri verilsə 
də,  əslində,  bütün  dövlət  əhəmiyyətli  işlərdə  iştirak  etməyə  başlayırdı.  Bu  zaman 
dövləti  idarə  etmək  qanunları  ilə  tanış  olur,  bəzi  hallarda  məsləhətlər  vermək 
hüququna malik olurdu. Beləliklə, 35 yaşına çatmış və bütün göstərilən mərhələləri 
keçmiş  məmlük  sipəhsalar,  yəni  qoşun  komandanı  təyin  edilə  bilər,  37  yaşına 
çatdıqda  isə  əmir  titulunu  ala  bilərdi.  Əmir  titulu  almış  məmlük  iri  inzibati 
vahidlərə  başçı  və  vacib  dövlət  vəzifələrini  icra  edən  şəxs  təyin  edilmək  hüququ 
qazanırdı.  Vilayət  başçıları  və  vəzifəli  şəxslər  məmlüklərdən  təyin  edildikdə 
vəzifəni  layiqincə  icra  edirdilər.  Buna  onların  keçdiyi  zəngin  həyat  dərsi  imkan 
verirdi.  Hərtərəfli  hazırlıqdan  başqa,  məmlüklərin  bir  üstünlüyü  də  var  idi.  Onlar 
uşaq  ikən  kasıb  ailələrdən  seçilir  və  ya  qul  bazarlarından  alınır,  bu  səbəbdən  də 
onların  qohum-əqrabası  olmurdu.  Bu,  bir-birləri  ilə  qohum  olan  iri,  güclü  feodal 
nəsilləri  ilə  hökmdarın  apardığı  mübarizədə  vacib  məqam  idi.  Doğrudan  da, 
Məhəmməd  Cahan  Pəhləvanın  məmlükIəri  bütün  hallarda  ona  sədaqətlə  xidmət 
etmiş, onun vəfatından sonra isə onun qardaşı və oğullarına xidmət göstərmişdilər. 

43 
 
Yüksək  peşəkarlığı  və  hərtərəfli  hazırlığı  ilə  seçilən  məmlüklər  təbəqəsinin 
yaradılması mərkəzləşmiş dövlət quruculuğu yolunda feodalizm dövrü üçün vacib 
nailiyyət idi. 
Məmlüklərə  arxalanan  Cahan  Pəhləvan  itaət  göstərməyən,  daim 
müstəqilliyə  can  atan  və  bununla  dövləti  parçalamağa  çalışan  bəzi  iri  əmirlərin 
müqavimətini qətiyyətlə qırır. 
Dövlətinin  mərkəzi  olan  Azərbaycanı  idarə  etməyi  Məhəmməd  Cahan 
Pəhləvan  qardaşı  Qızıl  Arslana  tapşırır.  Bununla  Eldənizlər  dövlətinin  siyasi, 
iqtisadi, mədəni həyatında Azərbaycanın aparıcı rolu təmin edilir. Qızıl Arslan həm 
də Məhəmmədin oğulları Əbu Bəkr və Özbəyin tərbiyəçisi olmuşdur. 
Məhəmməd  Cahan  Pəhləvan  isə  özünü  İraq  sultanı  azyaşlı  III  Toğrulun 
atabəyi  elan  edərək  onun  adından  sultanlığı  idarə  etməyə  başlayır.  Belə  ki,  III 
Toğrul  Naxçıvanda  yaşayır,  Cahan  Pəhləvanın  məmlükləri  isə  onun  adından 
sultanhğı idarə edirdi. 
Silahlı  qüvvələrin  əsası  50  minlik  daimi  qoşundan  ibarət  idi.  Feodallıq 
dövrünün ən zəif cəhətlərindən biri də daimi qoşun hissələrinin əvəzinə yerlərdən 
yığılan  pərakəndə  qoşunların  mövcud  olması  idi.  Belə  qoşun  qəfil  düşmən 
hücumunun  qarşısını  ala  bilmir,  daxildə  qiyamları  yatırmaqda  çətinlik  çəkirdi. 
Daimi qoşun isə həm mərkəzi hakimiyyəti gücləndirməyə, həm də  müstəqillik və 
ərazi bütövlüyünü təmin etməyə imkan verirdi. 
Eldənizlər dövlətinin ərazisinə əl-Cibal, İraq, Gilan, Mazandaran, İsfahan, 
Rey,  Həmədan  daxil  edilmişdi.  Xilat,  Diyarbəkir,  Fars,  Xuzistan,  Mosul,  Kirman 
və  Təbəristan  vilayətlərinin  başçıları  da  bu  dövlətdən  asılı  idilər.  Dövlətin  ərazisi 
böyüdüyündən paytaxt Naxçıvandan Həmədana köçürülür. 
Dövlətdə sənətkarlıq və ticarətin tərəqqisinə, kənd təsərrüfatının inkişafına 
böyük diqqət yetirilirdi. Təsadüfi deyil ki, "Azərbaycan Renessansı" kimi tanınan 
mədəni oyanış məhz bu dövlətin mövcudluğu dövrdə baş vermişdir. 
1186-cı ildə Məhəmməd Cahan Pəhləvanın vəfatından sonra hakimiyyətə 
gələn  Qızıl  Arslan  atası  Şəmsəddinin  və  qardaşı  Məhəmmədin  yolunu  davam 
etdirir. 
 
 
 
 
 
 
 
 
 

44 
 
Yaxın  Şərq  ədəbiyyatı  tarixində  epik 
poeziyanın  ilk  sanballı  nümayəndələrindən    hesab 
edilən  “Töhfət  ül-İraqeyn”  adlı  məsnəvisi,  “Mədain 
xərabələri”  adlı  məşhur  fəlsəfi  qəsidəsi,  “Qəsideyi-
şirniyyə”  adlı  digər  məşhur  qəsidəsi  Xaqani  tərəfində 
yazılmışdır.  Onun  “Həbsiyyə”  adlandırdığı  qəsidə  və 
mərsiyələrində  feodal  əsarəti,  zülm  və  haqsızlıq 
əleyhinə  kəskin  ittihamnamələr  səslənir,  fəryad  
qoparılırdı.  İnsan  ləyaqətini,  comərdliyi,  yaradıcı 
əməyi  yüksək  qiymətləndirən  Xaqani  Şirvani 
vətənpərvər  şair  olub. 
Əsərləri  Yaxın  və  Orta    Şərq  ölkələrində 
yayılaraq  müasirlərinin  nəzərini  cəlb  edən  şair  saray 
həyatı  çərçivəsində    daim  iztirablar    keçimişdir  ki,  bu 
da  onun  ədəbi  irsinə  təsirsiz  qalmamışdır.  Onun 
əsərləri  təkcə    bədii  keyfiyyətləri  ilə  deyil,  dövrün 
sosial-iqtisadi  şəraitini  öyrənmək    baxımından  da  
əhəmiyyətlidir. 
Azərbaycan  tarixinə  Əfzələddin  Xaqani  Şirvani 
poeziyamızda  ilk  epik  məsnəvi,  həmçinin  fəlsəfi 
qəsidələr  yazmış  şair,  saray    şairi    olmasına  
baxmayarq,  saray  həyatına  qarşı  cəsarətlə  çıxan  insan 
kimi daxil olmuşdur. 
Əfzələddin Xaqani Şirvani 
(1126-1199) 
Əfzələddin 
İbrahim  ibn  Əli  Nəccar 
Xaqani  Şirvani  1126-cı 
ildə Şirvanşahlar dövlətinin paytaxtı Şamaxıda anadan olmuşdur. O dövrdə Şamaxı 
regionda  və  ümumiyyətlə  müsləman  Şərqində  elm  və  mədəniyyət  ocağı  kimi 
tanınırdı.  Burada  yerli  və  gəlmə  alim  və  ədiblər  şirvanşahın  sarayında  və  ya 
mədrəsələrdə dərs deyirdilər. 8 yaşında atasını itirmiş Əfzələddin dövrünün məşhur 
alimi  və  həkimi  əmisi  Kafiəddin  Ömər  ibn  Osmanın  himayəsində  olmuş,  onun 
tərbiyəsi  ilə  böyümüşdür.  Əmisi  ona  o  dövrkü  elmi  biliklərin  əsasları  barəsində 
məlumat vermiş, onda mütaliəyə həvəs oyatmışdır. 
Əfzələddin hələ gənc yaşlarından şeir yazmağa həvəs göstərmişdir. O, ilk 
şeirlərini  məşhur  Şərq  şairi  Sənainin  üslubunda  yazırmış.  Maraqlıdır  ki, 
Əfzələddinin  hələ  "Həqayiqi"  təxəllüsü  ilə  yazdığı  ilk  şeirləri  ona  xalq  arasında 
şöhrət qazandırmışdır. Nəticədə  1151-ci  ildə, şairin 25 yaşı tamam olanda  Şirvan 
şahlarının  məlik  üş-şüərası,  yəni  şairlər  məclisinin  başçısı  Əbül-üla  Gəncəvi  onu 
saraya  dəvət  etmişdir.  O  dövrdə  saray  şairləri  maddi  baxımdan  korluq  çəkmir, 
onların  bütün  tələbatları  saray  xəzinəsi  hesabına  ödənirdi.  Əvəzində  isə  onlar  öz 

45 
 
hökmdarlarının  vəsf  etməli,  onun  bütün  hərəkətlərinə  haqq  qazandırmalı  idilər. 
Çox  az  hökmdar  var  idi  ki,  saray  şairlərinə  təzyiq  göstərmədən  onlara  azad 
yaradıcılıqla  məşğul  olmaq  imkanı  versin.  Bütün  bunlardan  bixəbər  olan 
Əfzələddin saraya gəlir. Çox keçmir ki, Əbül-üla Gəncəvi ilə dostlaşır, onun qızı 
ilə  evlənir  və  şeirlərini  də  onun  verdiyi  "Xaqani"  təxəllüsü  ilə  yazır.  Əfzələddinə 
verilən təxəllüs onun xaqana, yəni şirvanşaha məxsus olmasını göstərirdi. 
Xaqani  Şirvani  klassik  Şərq  poeziyasının  bütün  janrlarında  yüksək 
sənətkarlq  nümunələri  yaratmışdır.  Şirvanşahların  sarayına  gələn  məşhur  Şərq 
şairləri  Rəşidəddin  Vətvat,  Əxsikəti  Əsirəddin  və  Əbdürrəzzaq  İsfahani  və 
başqaları  gəncin  fitri  şairlik  istedadından  danışır,  onunla  şeir  yarışına  çıxırdılar. 
1156-cı  ildə  Məkkəyə  ziyarətə  gedən  Xaqani  yolüstü  bir  çox  Yaxın  Şərq 
ölkələrində  də  olmuşdur.  Səfərdən  qayıtdıqdan  sonra  Xaqani  Yaxın  Şərq 
ədəbiyyatı  tarixində  epik  poeziyanın  ilk  görkəmli  nümunələrindən  hesab  edilən 
"Töhfət  ül-İraqeyn"  adlı  məsnəvisini  yazmışdır.  Şair  əsərdə  səfər  macəraları  ilə 
yanaşı,  Yaxın  Şərq  xalqlarının  həyatından,  rast  gəldiyi  alimlərlə  görüşlərindən 
aldığı  təəssüratlarını  təsvir  etmişdir.  Xaqani  burada  özü,  əsil-nəcabəti  və  ailəsi 
haqqında ətraflı məlumat vermişdir. 
"Mədain  xərabələri"  adlı  məşhur  fəlsəfi  qəsidəsində  tarixdə  adil  qələmə 
verilən  Sasani  şahlarının  xaraba  qalmış  "Taği  Kəsra"  adlı  sarayının  timsalında 
zülm ilə şöhrətlənmiş sarayların viran olacağı fikrini irəli sürmüş, müasirlərini bu 
xaraba qalmış saraydan ibrət dərsi almağa çağırmışdır. Əlbəttə, saray şairinin belə 
şeirlər yazması gözlənilməz idi. 
"Qəsideyi-şiniyyə"  adlı  başqa  məşhur  qəsidəsində  şair  insan  ləyaqətini, 
comərdliyi,  yaradıcı  əməyi  yüksək qiymətləndirmişdir. Həm  Xaqaninin dövründə, 
həm  də  ondan  çox-çox  sonra  yaşamış  Yaxın  və  Orta  Şərqin  30-dan  çox  görkəmli 
şairi bu fəlsəfi qəsidəyə nəzirələr yazmışdır. 
Xaqaninin lirik əsərləri, xüsusilə insan mənəviyyatını yüksəldən, saf eşqi, 
məhəbbəti,  vəfa  və  sədaqəti  tərənnüm  edən  qəzəlləri  diqqətəlayiqdir.  Xaqaninin 
lirik  qəzəllərində  eyni  zamanda  ictimai  mövzular  da  əksini  tapmışdır.  O,  bir  sıra 
şeirlərin  mühitindən,  zülmkar  hökmdarlardan  gileylənmiş,  nadanların  yüksəkdə, 
arif  adamların,  alimlərin  isə  zəlalətdə  olduğunu  cəsarətlə  söyləmişdir.  Xaqaninin 
qitə və rübailəri şairin daxili həyəcanlarını, ictimai mühitə münasibətini dərk etmək 
baxımından  müstəsna  əhəmiyyətə  malikdir.  Bu  əsərlərində  şair  ətrafında  cərəyan 
edən  hadisələri  real  surətdə  əks  etdirməyə  çalışmış,  saraylara  nifrətini,  xalqa 
yaxınlıq  və  sdaqətini,  "Xaqani"  deyil,  "Xəlqani"  olduğunu  poetik  bir  dildə 
bildirmişdir. 
Xaqani Şirvani vətənpərvər şairdir. O, vətəni Şirvani füsunkar təbiətli bir 
diyar, bolluq, bərəkət ölkəsi, şairlər yuvası kimi tərənnüm etmişdir. Bəzən zülmkar 
şahlardan  və  nadan  müasirlərindən  şikayətlənərək  Şamaxını  dar  qəfəs,  qaranlıq 

46 
 
zindan  adlandırsa  da,  qürbətdə  olarkən  həmişə  ürəkdən  sevdiyi  doğma  yurda  can 
atmışdır.  Doğma  yurdun  gözəl  təbiət  mənzərələri,  özünün  dərin  ictimai-tərbiyəvi 
amalları,  fəlsəfi  görüşləri  yazdığı  əsərlərdə  parlaq  əksini  tapmışdır.  Xaqani 
qəsidələrində feodalların zülmünü  və özbaşınalığını, ictimai  ədalətsizliyi cəsarətlə 
qamçılamışdır. 
Xaqaninin  ədəbi  irsi  çox  zəngindir.  Onun  "Həbsiyyə"  adlandırılan 
qəsidələri  və  mərsiyələri  də  yaradıcılığında  mühüm  yer  tutur.  O,  feodal  əsarəti, 
zülm  və  haqsızlıq  əleyhinə  kəskin  ittihamnamə  olan  "həbsiyyə"lərində  fəryad 
qoparmışsa, mərsiyələrində ruhi əzablarını, sonsuz kədərini ifadə etmişdir. 20 yaşlı 
oğlu  Rəşidin  ölümünə  yazdığı  mərsiyələrdə  şairin  ruhi  sarsıntıları,  əzab  və 
iztirabları,  həyatdan  küskünlüyü  xüsusilə  təsirli  və  riqqətlidir.  Xaqani  eyni 
zamanda  mahir  nasir  olmuşdur.  "Töhfət  ül-İraqeyn"  məsnəvisinə  nəsrlə  yazdığı 
müqəddimə  və  dövrünün  məşhur  adamlarına  mənsur  məktubları  mürəkkəb  bədii 
tərzi-ifadə, istiarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edir. 
Xaqanidə  riyakar  saray  həyatına  qarşı  narazılıq  yarananda  o,  yazdığı 
mədhiyyələrin  peşmançılığını  çəkmişdir.  Bədxah  saray  şairlərinin  haqsız 
hücumlarına məruz qalan, sarayda özünü "qanadı qırılmış quş kimi dəmir qəfəsdə" 
hiss  edən  şair  saraydan  tamamilə  üz  döndərmək  qərarına  gəlmişdir.  Bu  məqsədlə 
yenidən  səfərə çıxmaq  haqqında xahiş etmiş, lakin  xahişi rədd edilmişdir. Xaqani 
gizli  surətdə  Şirvandan  getməyə  cəhd  göstərmiş,  lakin  I  Axsitanın  əmri  ilə  həbs 
olunaraq  1170-ci  ildə  Şabran  qalasına  salınmışdır.  7  ay  həbsdə  qaldıqdan  sonra 
azad edilən şair, nəhayət, 1173-cü ildə ailəsi ilə birlikdə Şirvanı həmişəlik tərk edib 
Təbrizə köçmüş və ömrünün axırınadək orada yaşamışdır. 
Yaxın  və  Orta  Şərqin  bir  çox  görkəmli  şairləri  (Əmir  Xosrov  Dəhləvi, 
Ə.Cami,  Əbülqasım  Şirazi,  Əmri,  Qaani  və  b.)  Xaqani  Şirvanini  özlərinin  ustadı 
adlandırmış,  əsərlərinə  nəzirələr  yazmışlar.  Əsərləri  İranda,  Hindistanda  dəfələrlə 
nəşr  edilmişdir.  Yaradıcılığı  XIII  əsrdən  bəri  tədqiqatçıların  diqqətini  cəlb  etmiş, 
Şərqin bütün təzkirələrində ondan böyük şair kimi bəhs olunmuşdur. 
Xaqani Şirvani 1199-cu  ildə  Təbrizdə  vəfat  edib  və  Təbriz  yaxınlığında, 
sonralar  "Məqbərət  üş-şüəra"  ("Şairlərin  dəfn  olunduğu  yer")  adlandırılan  Surxab 
qəbiristanında dəfn olunmuşdur. 
 
 
 
 
 
 
 
 

47 
 
Şərq  Renessansının  zirvəsi  görkəmli 
Azərbaycan  şairi  Nizami  Gəncəvi  adı  ilə  bağlıdır. 
Onun  əsərlərində  dövrün  ən  humanist,  ümumbəşəri 
ictimai-fəlsəfi, sosial və mənəvi-əxlaqi idealları parlaq 
bədii əksini tapmışdır. Nizami Gəncəvi lirikası, yüksək 
sənətkarlığı,    məhəbbətə  dünyəvi  münasibəti,  insan 
taleyi  ilə  bağlı  humanist    düşüncələri  ilə  seçilir. 
Məhəbbət  mövzusunun  Şərq  ədəbiyyatında  geniş 
yayılmasında,  ictimai-bəşəri  ideallarla,  humanist 
məzmunla 
zənginləşməsində 
Nizami 
Gəncəvi 
poemalarının  mühüm rolu olmuşdur.  
Nizami  Gəncəvi  (İlyas  Yusif  oğlu)  dünya  ədəbiyyatı 
xəzinəsinə  beş  dahiyanə  məzmun  poemadan  ibarət 
“Xəmsə” (“Beşlik”) bəxş etmiş bir  sənətkardır. Onun 
adı yalnız Azərbaycan tarixində deyil, ümumən dünya 
tarixi ədəbiyyatına görkəmli şair  və mütəfəkkir  kimi 
yazılmışdır.
 
 
   Nizami Gəncəvi
  
      (1141- 1209) 
İlyas  Yusif  oğlu  1141-ci  ildə  Azərbaycanın  qədim  Gəncə  şəhərində 
anadan olmuşdur. Adi bir sənətçi olan atası oğlunun təhsil almasını istəmiş və onu 
əvvəlcə  məktəbdə,  sonra  isə  mədrəsədə  oxutmaqçün  əlindən  gələni 
əsirgəməmişdir. Mədrəsədə verilən biliklərdən başqa, İlyas şəxsi mütaliə sayəsində 
orta  əsrlərdə  məlum  olan  bir  çox  elmi  biliklərə  yiyələnmişdir.  O  xüsusən  Yaxın 
Şərq xalqlarının şifahi  və  yazılı ədəbiyyatını,  ərəb, fars və  yunan dillərini,  qədim 
yunan  tarixini  və  fəlsəfəsini,  hind  fəlsəfəsini,  astronomiyanı  öyrənmiş,  tibb  və 
həndəsə elmlərinə bələd olmuşdur. İslamın əsas ehkamlarını ən dərin incəliklərinə 
qədər öyrənən İlyas gənc olsa da, Gəncədə böyük hörmət qazanmışdır. 
İlyas Yusif oğlu yaradıcılığa Nizami Gəncəvi təxəllüsü ilə lirik şair kimi 
başlamışdır.  Onun  yaratdığı  ilk  əsər  20  min  beytdən  ibarət  sanballı  bir  divan 
(şeirlər toplusu) olmuşdur ki, bizə qədər ordakı şeirlərin çox cuzi bir hissəsi gəlib 
çatmışdır.  Əlimizdə  olan  şeirlərdə  lirik  məqamlarla  yanaşı,  Nizaminin  mütərəqqi 
ictimai-fəlsəfi fikirlərinə də rast gəlmək olar. 
N.Gəncəviyə  böyük  hörmətlə  yanaşan  Azərbaycan  Eldənizlər  dövlətinin 
hökmdarı Qızıl Arslan onunla Gəncə yaxınlığında görüşmüş, dövləti ədalətli idarə 
etmək barədə dəyərli məsləhətlərinə qulaq asmışdır. Qızıl Arslan şairə Həmdünyan 
adlı bir kənd bağışlamışdır. Bununla belə, Nizami saray şairi olmaqdan qətiyyətlə 
imtina etmişdir. 

48 
 
O,  1169-cu  ildə  qıpçaq  qızı  Afaqla  evlənmiş,  1174-cü  ildə  oğlu 
Məhəmməd anadan olmuşdur. 
Nizami Gəncəvinin 1177-ci ildə bitirdiyi "Sirlər xəzinəsi" adlı ilk poeması 
ona  böyük  şöhrət  qazandırmışdır.  Bu  əsər  Yaxın  Şərqdə  didaktik-fəlsəfi  şerin  ən 
yaxşı  nümunəsidir.  Əsərdə  şair  insanları  ədalət,  düzlük,  mərdlik,  xeyirxahlıq, 
təvazökarlıq və dostluğa çağırmış, "şəhərləri xaraba", "kəndli xırmanlarını dənsiz" 
qoyan zülmkar hökmdarları kəskin tənqid etmişdir. Orijinal kompozisiyaya  malik 
bu  əsərin  20  məqaləsi  arasında  sıx  ideya  vəhdəti  vardır.  "Sirlər  xəzinəsi"ndə  ilk 
dəfə ədalətli hökmdar ideyasını irəli sürən  şair sonrakı poemalarında onu daha da 
genişləndirmişdir. 
1180-ci ildə Nizami Gəncəvi "Xosrov və Şirin" poemasını bitirmiş və onu 
Azərbaycan  Eldənizlər  dövlətinin  hökmdarı  Məhəmməd  Cahan  Pəhləvana 
göndərmişdir. Məhəbbət mövzusunda qələmə aldığı bu lirik-epik poema ilə Nizami 
Yaxın  Şərq  ədəbiyyatında  mənzum  roman  janrının  əsasını  qoymuş,  yeni  ədəbi 
məktəb yaratmışdır. 
Nizami  Gəncəvi  1188-ci  ildə  Şərqdə  ilk  dəfə  ərəb  nağılı  əsasında  "Leyli 
və  Məcnun"  poemasını  yazmış  və  onu  şirvanşah  I  Axsitana  göndərmişdir.  Azad 
məhəbbətdən  bəhs  edən  bu  faciəvi  poemada  şair  məhəbbəti  fəlsəfi  mənada  şərh 
edərək  nəcib  məhəbbət  konsepsiyası  yaratmış,  onu  insan  azadlığı,  vicdan  azadlığı 
və  mənəvi  təkamül  problemləri  ilə  bağlamışdır.  Qəhrəmanlarının  daxili  dünyasını 
açan şair onların keçirdiyi iztirabları məharətlə göstərmişdir. 
Nizami Gəncəvi 1196-cı ildə "Yeddi gözəl" əsərini yazmış və onu Marağa 
hakimi Əlaəddin Körpə Arslana göndərmişdir. Yarım fantastik əsər olan bu poema 
quruluşu ilə digər poemalardan fərqlənir. Yaxın Şərq ədəbiyyatında bu səpkidə ilk 
dəfə  qələmə  alınmış  "Yeddi  gözəl"  poeması  təkcə  Şərq  ədəbiyyatına  deyil,  elə 
Qərb ədəbiyyatına da təsir göstərmişdir. 
Nizami Gəncəvi 1203-cü ildə tamamladığı "İsgəndərnamə" əsərində bütün 
ədəbi-estetik,  ictimai-fəlsəfi  görüşlərini  bir  növ  yekunlaşdırmışdı.  Yaradıcılığının 
zirvəsi sayılan bu poema 2 hissədən ibarətdir. "Şərəfnamə" adlanan birinci hissədə 
Makedoniyalı  İsgəndərin  müharibələrindən  bəhs  olunur.  İkinci  "İqbalnamə" 
hissəsində  isə  daha  çox  ictimai-siyasi,  fəlsəfi  məsələlərdən  danışılır.  Əsərdə  şair 
ideal,  xoşbəxt  bir  dövlət  quruluşu,  milli  və  dini  ayrılıqlara  fərq  qoymayan, 
bəşəriyyətə səadət gətirəcək adil bir hökmdar obrazı yaradır. Nizami Gəncəvi orta 
əsrlərin  qaranlıqlarından  gələcəyə  müraciət  edir,  insanlığa  səadət  və  xoşbəxtlik, 
dinclik və əmin-amanlıq gətirən bir quruluş arzulayır və  ideal hökmdarın belə bir 
quruluş yarada biləcəyini düşünürdü. Əsərdə ilk dəfə olaraq utopik cəmiyyət təsvir 
edilmişdir. Şairin xəyali ölkəsində insanlar firavan həyat sürür, halal zəhmətləri ilə 
yaşayırlar,  hamının  da  hüquqları  bərabərdir.  Bu  ölkədə  sürülər  çobansız,  evlər 
qıfılsız,  bağlar  gözətçisizdir.  Şair  əsərdə  müxtəlif  dövrlərin  və  ölkələrin  məşhur 

49 
 
filosoflarının  (Aristotel,  Platon,  Sokrat  və  b.)  iştirak  etdiyi  fəlsəfi  məclislərdən 
söhbət açdığı zaman, əslində, dünya, həyat və kainat haqqında öz görüşlərini şərh 
etmişdir. Əgər əvvəlki əsərlərdə Nizami Gəncəvi zalıamın pis yoldan dönüb rəhmli 
hökmdar  olacağına  inanırdısa,  bu  əsərində  o,  ölkəni  ya  adil  hökmdarın,  ya  da 
qədim  yunan  demokratiyasına  bənzər  qurumun  (xalq  yığıncağı  və  onun  seçdiyi 
şəxslər)  idarə  etməsinin  tərəfdaşı  kimi  çıxış  edir.  Nizaminin  utopik  cəmiyyətində 
xüsusi  mülkiyyət,  qeyri-bərabərlik,  zülm,  ictimai  mübarizə,  cinayət,  ehtiyac  və 
dərd  yoxdur.  Buna  nail  olmaq  üçün  cəmiyyətdə  birlik,  bərabərlik,  səmimilik, 
doğruçuluq, qarşılıqlı ehtiram və yardım hökm sürməlidir. Şairin utopiyası sonralar 
bir çox Şərq humanistlərinin ictimai-siyasi görüşlərinə təsir göstərmişdir. 
Nizami Gəncəvi dövrünün bütün əsas elmlərinə, o cümlədən astronomiya, 
tibb,  hərb  sənəti,  fəlsəfə,  tarix,  coğrafıya  və  başqa  elmlərə  aid  maraqlı  fikirlər 
söyləmişdr.  İlk  dəfə  o  bildirmişdir  ki,  Ay  qaradır  və  öz  işığına  malik  deyil. 
Nizaminin  pedaqogika  haqqında  söylədiyi  mühakimələri  ibrətamizdir.  Onun 
pedaqoji fikirlərində  mənəvi-əxlaqi tərbiyə  məsələləri  mühüm  yer tutur. O,  əməyi 
insanın  mənəvi  saflığının  əsas  amili  kimi  yüksək  qiymətləndirir,  təlimə  inad  və 
müstəqillik  tələb  edən  əmək  kimi  baxırdı.  Nizami  tərbiyədə  nümunənin 
əhəmiyyətini, bu sahədə müəllimin böyük rolunu xüsusilə qeyd etmişdir. 
Dövrünün  görkəmli  mütəfəkkiri  olan  Nizami  Gəncəvi  dünyanın  Allah 
tərəfindən yaradılmasına inanır, bununla belə, maddi dünyanın dərk edilməsi üçün 
elmin inkişaf etdirilməsini vacib sayırdı. 
Nizami Gəncəvi  ümumbəşəri  şair olmaqla  yanaşı, böyük  vətənpərvər idi. 
O,  bütün  əsərlərində  təsvir  etdiyi  hadisələri  Azərbaycanla  əlaqələndirməyə, 
vətəninin  qüdrətli  günlərini  tərənnüm  etməyə  çalışmışdır.  Onun  yaradıcılığında 
vətənə  məhəbbət  doğma  xalq  yolunda  qəhrəmanlıq  ideyası  ilə  birləşir.  Şair  vətən 
tarixində olan qəhrəmanları hətta ideal saydığı qəhrəmanlara qarşı qoymuş, onların 
daha  üstün  olduğunu  göstərməyə  çalışmışdır.  Nizami  yaradıcılığında  Azərbaycan 
şifahi xalq ədəbiyyatından  -  dastan, əfsanə, nağıl və atalar sözlərindən bol-bol və 
məharətlə  bəhrələnmişdir.  Onun  poemalarında  olan  süjetlər  isə,  öz  növbəsində, 
Azərbaycan folkloruna əhəmiyyətli təsir göstərmişdir. 
Nizami  Gəncəvinin  yaradıcılığı  hələ  sağlığında  Azərbaycan,  eləcə  də 
bütün  Yaxın  Şərq  ədəbiyyatı  və  elmi  fikri  üçün  nümunə  olmuş,  məhəbbətlə 
izlənilmişdir.  Şairin  mövzularında  əsər  yazmaq,  onun  "Xəmsə"sinə  cavab  vermək 
əsrlər  boyu  Şərq  poeziyasında  ənənəvi  şairlik  imtahanı  sayılmışdır.  XIII  əsrdən 
başlayaraq onun poemalarına 40-dan çox nəzirə yazılmışdr. Əmir Xosrov Dəhləvi, 
Ə.Cami,  Ə.Nəvai  kimi  böyük  sənətkarlar  Nizamini  ustad  adlandırmışlar.  Şairin 
yaradıcılığı Qərbi Avropa  ədəbiyyatına  da  təsir göstərmişdir. Görkəmli tədqiqatçı 
Y.E.Bertels  sübut  etmişdir  ki,  Nizaminin  poemaları  ilə  Avropanın  cəngavərlik 
romanları  arasında  müəyyən  bənzərlik  mövcuddur.  C.Bokkaççonun  "Ameto", 

50 
 
K.Qostinin "Turandot", A.R.Lesajın "Çin şahzadə xanımı", Volterin "Zadiq, yaxud 
tale"  və  başqa  əsərlər  Nizaminin  poemalarının  süjetləri  əsasında  qurulmuşdur. 
Nizaminin  yaradıcılığı  Şərq  incəsənətinin,  xüsusilə  miniatür  sənətinin  inkişafında 
mühüm rol oynamışdır. 
Nizami  Gəncəvinin  əsərləri  bu  gün  də  maraqla  oxunur,  insanları 
düşündürməkdə davam edir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

51 
 
Azərbaycan  mədəniyyətinin  neçə-neçə 
nümunəsi 
dünya 
mədəniyyəti 
xəzinəsində  
özünəməxsus 
yer 
 
tutur. 
Azərbaycan  
memarlığının  çoxəsrlik    inkişaf    yolu  orta    əsr  
memarlarımızın  yaratdıqları  abidələrdə  əsk 
olunmuşdur.    Orta    əsr    memarlığımızın    inşa 
etdikləri  abidələr  sırasında  xalq  arasında    memar 
Əcəmi  kimi  tanınan  Əcəmi  ibn  Əbubəkrin  
abidələrinin  xüsusi  yeri  var.  Əcəmi  Əbu  Bəkr  
“Azərbaycan  Ressesansı”  kimi  tanınan  mədəni 
oyanış dövrünün  nümayəndələrindən birdir.  
Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani  Azərbaycan 
tarixinə  orta  əsr  Azərbaycan  memarlığının 
görkəmli  nümayəndəsi,  Naxçıvan  memarlıq 
məktəbinin  banisi,  orta  əsr  dünya  memarlığının 
şedevr  əsərlərində  hesab    edilən  Mömünə  xatın 
türbəsinin memarı kimi daxil olmuşdur.
 
 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə