SƏbuhi ƏHMƏdov


Əcəmi Əbubəkr oğlu Naxçıvani



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə6/34
tarix21.04.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   34

Əcəmi Əbubəkr oğlu Naxçıvani 
(XII əsrin 20-ci illəri - XII əsrin sonu) 
Naxçıvan şəhərini dövlətinin  paytaxtı elan etmiş Şəmsəddin Eldəniz  onu 
dünyanın ən gözəl şəhərlərindən birinə çevirməyi qarşısına məqsəd qoyur. Tikinti 
işlərinə  böyük  vəsait  ayıran  Şəmsəddin  burada  möhtəşəm  saraylar,  dəbdəbəli 
imarətlər, valehedici məscidlər tikdirir. Onun bu işini oğlanları Məhəmməd Cahan 
Pəhləvan  və  Qızıl  Arslan  davam  etdirirlər.  Memarlıq  işlərinə  göstərilən  dövlət 
qayğısı  çox  çəkmir  ki,  bəhrəsini  verir.  Azərbaycan  Atabəyləri  dövlətinin 
(Eldənizlər  dövləti)  ən  məşhur  memarı  Əcəmi  Əbubəkr  oğlu  olmuşdur.  Onun 
uşaqlığı və gəncliyi barəsində məlumat, demək olar, yoxdur. İnşa etdirdiyi abidələr 
üzərində  "Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani"  yazılması  göstərir  ki,  o  əslən 
Naxçıvandan  imiş.  Alimlərin  ehtimallarına  görə,  ilkin  təhsilini  başa  vurduqdan 
sonra mühəndis təhsili almışdır, çünki o dövrdə mühəndis təhsili olmayan şəxs, nə 
qədər yaxşı usta olursa-olsun, dövlət və dini binaların inşasına buraxılmırdı. 
Əcəminin  bizim  dövrə  qədər  gəlib  çatmış  ilk  müstəqil  işi  Yusif  ibn 
Küseyir türbəsidir. 1162-ci ildə inşa olunmuş bu türbə, adından da göründüyü kimi, 
Yusif  ibn  Küseyir  adlı  şəxsin  şərəfinə  ucaldılmışdır;  yəni  həmin  şəxs  bu  türbədə 
dəfn  olunmuşdur.  Xalq  arasında  türbəyə  "Atababa  türbəsi"  deyilir.  Türbə  iki 
hissədən  ibarətdir:  yeraltı  və  yerüstü.  Yeraltı  hissə  sərdabə  formasında  düzəldilib 

52 
 
və  burada  mərhum  dəfn  olunub.  Sərdabənin  tavanı  tağvan  formadadır.  Türbənin 
yerüstü  hissəsi  xatirə  abidəsi  və  ibadət  yeri  hesab  edilmiş  və  olduqca  möhtəşəm 
formada inşa olunmuşdur. Yerüstü hissə səkkizbucaqlıdır, kərpic və gəclə işlənib. 
Bucaqlar  qabarıq  şəkildə,  divarlar  isə  onlara  nisbətən  dərində  işlənilib.  Abidənin 
giriş  hissəsi  baştağlıdır.  Maraqlıdır  ki,  yerüstü  hissənin  iç  tərəfdən  tavanı  günbəz 
şəklindədir,  damı  isə  çöl  tərəfdən  piramidanı  xatırladır.  Türbənin  divarları  çöl 
tərəfdən  kərpiclərdən  qurulmuş  mozaika  xarakterli  ornamentlərlə  bəzədilib. 
Ornamentlər  arasında  kitabələr  yerləşdirilib  ki,  onların  da  üzərində  Qurandan 
ayələr  həkk  olunub.  Korpusun  üst  xətti  boyunca  enli  zolaq  şəklində  qurulan 
kitabələr binanın möhtəşəmliyini sanki bir daha təsdiqləyir. 
Alimlərin fikrincə, Yusif ibn Küseyir türbəsi göstərir ki, Əcəmi binaların 
inşasında  arxitektonik  sxemə  üstünlük  vermişdir.  Bu  sxem  əsasında  bir  prinsip 
dururdu:  inşa  edilən  binaların  korpusu  bucaqlar  vasitəsilə  sanki  böyük  həndəsi 
hissələrə bölünürdü. Ömrünün axırınadək Əcəmi bu sxemə sadiq qalmış, abidədən-
abidəyə  onu  daha  da  kamilləşdirmişdir.  Türbənin  quruluşu  sübut  edir  ki,  Əcəmi 
riyaziyyatı  çox  yaxşı  bilirmiş  və  inşa  edəcəyi  abidənin  bütün  göstəricilərini 
əvvəlcədən hesablayırmış. Geniş dünyagörüşü, dərin və zəngin biliyi, gözəl zövqü 
ona möhtəşəm abidələr inşa etməyə imkan vermişdir. 
Naxçıvanda  Atabəylərin  "Darül-mülk"  adlanan  sarayını  da  xalq  arasında 
daha  çox  "memar  Əcəmi"  kimi  tanınan  Əcəmi  ibn  Əbubəkr  inşa  etmişdir. 
Səyyahlar onun ümumi gözəlliyi, günbəzinin möhtəşəmliyi barəsində çox yazırlar, 
lakin  bu  abidə  bizim  dövrə  qədər  gəlib  çatmamışdır.  Memar  Əcəminin  digər 
monumental  əsəri  Naxçıvan  şəhərinin  Cümə  məscididir.  Səyyahların  yazdıqlarına 
görə,  qoşa  minarələr  ilk  dəfə  məhz  bu  məsciddə  inşa  olunmuşdur.  Bu  abidə  də 
bizim dövrə qədər gəlib çatmamışdır. 
Memar  Əcəminin  inşa  etdiyi  abidələrin  şöhrəti  uzaq  Suriyadan  başlamış 
Hindistanadək  olan  ərazilərə  yayıldığından  hər  yerdən  yanına  tələbələr  gəlir  və 
ondan  memarlığın  sirlərini  öyrənirmişlər.  Dövrün  mənbələrində  Əcəmiyə  "Şeyx-
ül-mühəndisin", yəni "bütün mühəndislərin başçısı" deyilir. O isə təvazökarcasına 
özünü "bənna" adlandırırmış. 
Onun yaratdığı abidələr memarlıqda tamamilə yeni istiqamət olmuşdur və 
sonralar  alimlər  bu  istiqamətə  "Naxçıvan  memarlıq  məktəbi"  adını  vermişlər. 
Əcəmidən  dərs  almış  şagirdləri  də  binalarını  Naxçıvan  memarlıq  məktəbinin 
qanunları  əsasında  inşa  etmişlər.  Belə  abidələr  Naxçıvanın  Qarabağlar  kəndində, 
Bərdədə,  Cənubi  Azərbaycanın  Marağa,  Səlmas  şəhərlərində  indiyədək  qorunur. 
XVI  əsr  məşhur  osmanlı  memarı  Sinan  xüsusi  olaraq  Naxçıvana  gəlmiş  və 
Əcəminin abidələri ilə tanış olmuşdur. 

53 
 
1186-cı  ildə  memar  Əcəmi  sənətinin  zirvəsi  sayılan  Mömünə  xatın 
türbəsinin inşasını başa çatdırır. Bu abidə indiyədək öz gözəlliyi ilə insanları valeh 
edir. 
Mömünə xatın türbəsi Məhəmməd Cahan Pəhləvanın əmri ilə arvadı (bəzi 
mülahizələrə görə, atasının arvadı, yəni Cahan Pəhləvanın anası) Mömünə xatının 
şərəfinə  inşa  edilmişdir.  Türbə  iki  hissədən  ibarətdir:  yeraltı  və  yerüstü.  Yeraltı 
hissə  sərdabə  formasındadır  və  burada  mərhumə  dəfn  olunub.  Sərdabənin  tavanı 
tağvaridir. İçəridə ortada böyük sütün qurulub və hər on divardan ona doğru tağlar 
aşırılıb. 
Türbənin  yerüstü  hissəsi  xatirə  abidəsi  və  ibadət  yeri  hesab  edilir  və 
olduqca  möhtəşəmdir.  Yerüstü  hissənin  hündürlüyü  34  m-dir  və  onbucaqlıdır; 
kərpic və gəclə işlənib. Bu hissənin alt tərəfi qırmızı rəngli diorit qaya parçaları ilə 
hörülüb.  Yusif  ibn  Küseyir  türbəsindən  fərqli  olaraq  burada  bucaqlar  aydın 
seçilmir  və  sanki  ornament  lentləri  altında  gizlədilib.  Formaların  yumşaqlığı 
pilləkənvari  stalaktitlərin  qurulması  ilə  təmin  edilib.  Abidənin  giriş  hissəsi 
baştağlıdır.  Türbənin  divarları  çöl  tərəfdən  kərpiclərdən  qurulmuş  mozaika 
xarakterli  ornamentlərlə  bəzədilib.  Ornamentlər  arasında  kitabələr  yerləşdirilib  ki, 
onların  da  üzərində  Qurandan  ayələr  həkk  olunub.  Kitabələrin  ümumi  uzunluğu 
500 metrə bərabərdir. Ornamentlər firuzəyi rəngli kaşıdan qurulub. Ornamentlərdə 
həndəsi fiqurlar kufi ərəb xətti ilə böyük ustalıqla birləşdirilib. 
Alimlərin  fikrincə,  əvvəllər  türbənin  damı  çadırvari  olmuşdur,  lakin 
dövrümüzə  qədər  gəlib  çatmayıb.  Yerüstü  hissənin  iç  tərəfdən  tavanı  günbəz 
formasındadır.  İçəridə  ortada  böyük  sütün  qurulub  və  hər  10  divardan  ona  doğru 
tağlar  aşırılıb.  Bu  üslubda  binalar  Avropada  XIII  əsrin  sonu  -  XIV  əsrin 
əvvəllərində  inşa  edilib  və  "qotik  abidələr"  adı  ilə  tanınır.  Tavan  üzərində 
mərkəzdə  dəyirmi  ornament,  yanlarda  daxillərində  yazılar  olan  dörd  medalyon, 
tavanla divarlar arasında isə kufi yazılar mövcuddur. 
XIX əsr səyyahlarının rəsm və fotoşəkilləri sübut edir ki, türbənin yanında 
əvvəllər tağvari keçidlə birləşdirilən qoşa minarə olmuşdur. Həmçinin türbədən bir 
az  aralı  böyük  məscid  və  mədrəsə  binaları  varmış.  Lakin  onlar  dövrümüzə  qədər 
gəlib çatmamışdır. 
Abidənin inşası zamanı memar yenə də arxitektonik sxemə vurğunluğunu 
nümayiş  etdirmişdir.  Lakin  eyni  zamanda  Yusif  ibn  Küseyir  türbəsinə  nisbətən 
Mömünə  xatın  türbəsinin  kompozisiyası  daha  təkmil,  memarlıq  formaları  daha 
incə, ornamentlər isə daha təmtəraqlıdır. 
Mömünə  xatın  türbəsi  öz  dövrü  üçün  şedevr  əsərlərdən  hesab  edilirdi. 
Təsadüfi deyil ki, Mömünə xatından sonra Şərqdə bu üslubda oxşatma binalar inşa 
edilməyə başlanmışdır. Onların sırasında Marağada Qunbad-e Kabud və Qunbad-e 

54 
 
Surx türbələri, Dəmavənddə Şeyx Şibli türbəsi, Axanqanda (Məşhəd yaxınlığında) 
türbə, Əlincə çayı üzərində Şeyx Xorasan türbəsi indiyənədək qalmaqdadır. 
Şərq  memarlığı  və  incəsənəti  üzrə  məşhur  mütəxəssis  M.V.Alpatov 
demişdir: "XII əsr ustalarının Naxçıvanda yaratdıqları Mömünə xatın türbəsi nadir 
gözəllik  və  zəriflik  abidəsidir.  Mömünə  xatın  türbəsi  Şərqin  ən  gözəl  klassik 
əsərləri  -  Firdovsinin  "Şahnamə"  və  Nizaminin  "Leyli  və  Məcnun"  əsərləri  kimi 
əbədidir". 
Azərbaycan  memarlığının  görkəmli  nümayəndəsi  Əcəmi  Əbubəkr  oğlu 
Naxçıvani  memarlıq  sənətimizə  riyazi  təfəkkürlə  bərabər,  zəriflik,  oynaqlıq, 
bədilik gətirmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

55 
 
Azərbaycan  torpaqlarına    göz    dikən 
ermənilər 
 
xalqımızın 
mədəni 
irsini 
özününküləşdirməklə  bərabər,    tariximizə  də 
təcavüz    edirlər.    Onlar    hətta    tarixi 
şəxsiyyətlərimizi 
belə 
erməniləşdirməkdən 
çəkinmirlər.    Belə  şəxsiyyətlərdən  biri  də  
Qafqaz  Albaniyasının  Mehranilər    sülaləsindən 
olan  və  XIII  əsrdə  Qarabağda    fəaliyyət 
göstərmiş Həısın Cəlal  adlı knyazdır. Ermənilər  
onu  “Həsən  Cəlalyan”    adı  ilə  qələmə  verir, 
onun bütün təbdirlərini özününküləşdirir, ondan  
miras    qalan  abidələri    kimi  dünyaya    təqdim 
edir  və  abidələrdə  olan  milli  ornametlərimizi, 
alban yazılarının məhv edirlər.  
Azərbaycan  tarixinə  Həsən  Cəlal 
monqolların  hakimiyyəti  illərində    albanların 
milli-mədəni  irsinin  qoruyub-saxlamış  başçı,  
tarixdə  “Alban    Renessansı”  adı  ilə  tanınan  
tədbirləri  həyata    keçirmiş  hökmdar    kimi  daxil 
olmuşdur.  
 
Həsən Cəlal 
(1215-1261) 
Azərbaycan 
Ərəb 
xilafətinin  tərkibinə  qatılanda 
ərəblər  Şimali  Azərbaycan  -  Albaniyada  yaşayan  xristianlarla  çox  mülayim 
davranmış,  buradakı  qeyri-müsəlmanlara  qoyulan  cüzi  vergi  müqabilində  onlara 
dini  ayinlərini  icra  etməkdə  heç  bir  maneçilik  törətməmişdilər.  Tədricən  bütün 
Azərbaycan islam dinini qəbul edəndə alban  mənşəli xristianlar  əsasən Qarabağın 
dağlıq  ərazilərində  cəmləşmişdilər.  Beləliklə,  faktik  olaraq  burada  alban  xristian 
kilsəsinin  mərkəzi  yaradılır.  Alban  kilsəsi  dünyanın  başqa  xristian  kilsələrindən 
tam  müstəqil  şəkildə  fəaliyyət  göstərirdi.  Ərəb  xilafəti  parçalanandan  sonra 
Azərbaycan  dövlətlərinin  başçıları  da  eyni  siyasəti  yürüdür,  Dağlıq  Qarabağda 
albanların yaşamasına heç bir maneçilik törətmirdilər. Bu da təbii idi, çünki Dağlıq 
Qarabağda yaşayan albanlar Azərbaycanın müsəlman əhalisindən təkcə dinləri ilə 
fərqlənirdilər.  Onların  milli  mənsubiyyəti,  dili,  adət-ənənələri  eyni  idi,  onlar 
özlərini  xalqımızın  tərkib  hissəsi  kimi  qəbul  edirdilər.  Hələ  qədim  dövrlərdən 
başlayaraq  Qarabağın  dağlıq  hissəsi  alban  mənbələrində  Arsax  (yəni  Ərsak, 
"Saklar  ölkəsi"),  yunan-Roma  mənbələrində  isə  Orxistena  adlanırdı.  Eləcə  də 
Zəngəzurun  qədim  alban  mənbələrində  Sünik  adı  məlum  idi.  Qarabağın  dağlıq 
hissəsinin ayrı-ayrı vilayətlərində, həmçinin Zəngəzurda xırda xristian knyazlıqları 
yaranmışdı.  Onların  arasında  Sünik  knyazlığı  nisbətən  daha  güclü  idi.  Alban-

56 
 
xristian knyazları həmişə Azərbaycanın müsəlman hökmdarları ilə normal əlaqədə 
olmuş,  knyazlıqlar  həmin  Azərbaycan  müsəlman  dövlətlərinin  tərkib  hissəsi 
sayılmışlar. 
XII  əsrin  sonlarında  Sünik  knyazlığı  tam  zəifləyir  və  belə  şəraitdə  Xaçın 
knyazlığı  güclənməyə  başlayır.  Xaçın  knyazlığı  Qarabağda  Xaçınçayla  Tərtərçay 
arasında  yerləşirdi  və  mərkəzi  Xaçın  qalası  idi.  Vaxtilə  bütün  Albaniyanı  idarə 
etmiş Mehranilər sülaləsi burada hakimiyyətini qoruyub-saxlaya bilmişdi. 
I215-ci  ildə  Xaçın  knyazlığında  hakimiyyətə  Həsən  Cəlal  adlı  bir  şəxs 
gəlir. Ondan qalmış çoxsaylı yazılar onun mənşəyini öyrənməyə imkan verir. Belə 
ki, yazıların birində o belə qeyd edir: "Mən, Tanrının aciz qulu Həsən, Vaxtanqın 
oğlu,  böyük  Həsənin  nəvəsi...".  Müəyyən  edilmişdir  ki,  onun  atası  Mehranilər 
sülaləsindən  olan  Vaxtanq,  anası  isə  Xorişax  adlı  qadın  olmuşdur  (həyatının 
sonunda  bu  qadın  Qüds  (Yerusəlim)  şəhərinə  ziyarətə  getmiş  və  orada  vəfat 
etmişdir). Dövrün mənbələrində Həsən Cəlala "knyazlar knyazı" deyilsə də, o özü 
"işxan"  titulu  daşıdığını  göstərir.  Erkən  türk  dövlətlərində  bu  titul  hökmdarlarda 
olmuş və "işıq xan" söz birləşməsindən əmələ gəlmişdir. Bu ondan irəli gəlirdi ki, 
erkən türk dövlətlərində dövlət başçısı həm də dini ayinlərin icraçısı hesab edilirdi. 
Olduqca  mömin  bir  ailədən  çıxmış  Həsən  Cəlal  özü  də  dindar  adam  olmuşdur. 
Dövrün mənbələri onu sakit,  mülayim, kasıblara və zəiflərə əl tutan, dini ayinləri 
xırdalıqlarına qədər icra edən, daim kitab oxuyan bir şəxs kimi göstərirlər. Alban 
ailəsindən  olan  həyat  yoldaşı  da  günlərini  fağırlara  kömək  göstərməkdə  və  dua 
etməkdə keçirirmiş. 
Siyasi  qalmaqallardan  uzaq  olmağa  çalışan  Həsən  Cəlal  Azərbaycan 
Atabəyləri  dövlətinin  (Eldənizlər  dövləti)  tərkibində  olduğu  dövrdə  əsasən  tikinti 
işləri  ilə  məşğul  olmuşdur.  İnşa  edilən  məktəblərə,  kilsə  və  monastırlara  kitablar 
bağışlanır, orada xristian alimləri dərs deyirmiş. Müstəqil Alban kilsəsinin başçısı 
Nerses bu işlərə başçılıq edirmiş. 
Monqol  qoşunları  Azərbaycana  hücum  edəndə  Həsən  Cəlal  Atabəylərə 
əlindən gələn köməyi göstərmiş, Atabəylər dövləti məğlub olduqda isə əhalini dağ 
qalalarına  köçürmüşdür.  Azərbaycanda  qısa  müddətə  xarəzmşah  Cəlaləddinin 
hakimiyyəti  qurulanda  Həsən  Cəlal  onunla  dil  tapa  bilmişdi.  1231-ci  ildə  monqol 
qoşunlarının Azərbaycana ikinci - dağıdıcı yürüşü başlayır. Sərkərdə Cormaqunun 
başçılığı  ilə  monqol  qoşunları  ardıcıl  olaraq  bütün  şəhərlərimizi  zəbt  edir, 
müqavimət  göstərənləri  qılıncdan  keçirirlər.  Vəziyyətin  belə  olduğunu  görən  və 
heç  yerdən  kömək  almaq  ümidi  olmayan  Həsən  Cəlal  Cormaqunun  düşərgəsinə 
gedir və itaətini bildirir. Cormaqun da öz qoşunlarına onun knyazlığında heç kimə 
xətər  yetirməməyi  tapşırır.    Beləliklə,  Həsən  Cəlal  Qarabağın  qədim  alban 
tikililərini dağıntılardan qorumağa müvəffəq olur. 

57 
 
Daim  monqolların  nəzarəti  altında  olan  Həsən  Cəlal  Azərbaycanın  hər 
bölgəsindən  Qarabağa  axışanlara  köməklik  göstərir,  alban  ziyalılarına  isə  xüsusi 
qayğı ilə yanaşır. 
Monqolların  yürüşündən  əvvəl  Gəncədə  yaşamış  alban  tarixçisi  Kirakos 
Qanzakesi (Gəncəli) özünün "Tarix" əsərini yazmışdır. Əvvəllər Gəncədə yaşamış 
məşhur alban alimi Mxitar Qoş Xaçında "Alban xronikası" adlı əsərini tamamlayır. 
Monqollar  hakimiyyətlərinin  ilk  dövrlərində  ölkədə  islam  dininə  mənfi  yanaşır, 
şəriət  qanunlarını  icra  etməyə  imkan  vermirlər.  Qanunsuzluğun  qarşısının 
alınmasına  çalışan  Həsən  Cəlalın  tapşırığı  ilə  Mxitar  Qoş  "Məhkəmə 
qanunnaməsi"  adlı  bir  əsər  yazır  və  ölkədə  ədalət  məhkəməsi  onun  əsasında  icra 
olunur. Mxitar Qoşun tərtib etdiyi alban kilsə başçılarının siyahısından aydın olur 
ki,  bu  kilsə  lap  qədimdə  də,  monqolların  dövründə  də  müstəqil  olmuş,  onun 
başında yalnız albanlar dayanmışlar. Həsən Cəlalın əmri ilə VII əsr alban tarixçisi 
Moisey Kalankatlının əsərinin davamı yazılmışdır. 
Bütün  bu  tədbirləri  rəğbətlə  qarşılayan  Cormaqun  oğluna  Həsən  Cəlalın 
qızını  alır  və  beləliklə,  mövqeləri  möhkəmlənən  Həsən  Cəlal  geniş  tikinti  işləri 
aparmaq  üçün  imkan  əldə  edir.  Onun  dövründə  Qarabağda  inşa  edilən  abidələr 
arasında ən möhtəşəmi Qandzasar monastır kompleksidir. İndiyədək bu kompleks 
Qafqazda  alban-xristian  memarlığının  ən  nadir  incisi  hesab  olunur.  Onun  inşası 
1238-ci ildə başa çatmışdır. O fəaliyyətə başlayanda Həsən Cəlal ətraf torpaqları və 
bağları  monastırın  əmlakı  elan  etmiş,  monastıra  gümüş  qab-qacaq  bağışlamışdır. 
Alban  kilsəsinin  mərkəzinə  çevrildiyindən  bəzən  Alban  katolikosluğu  Qandzasar 
katolikosluğu adlanmağa başlayır. Qandzasarın divarında "Albaniyanın baş kilsəsi" 
və  "Mən,  Həsən  Cəlal  onu  mənim  alban  xalqım  üçün  inşa  etdim"  sözləri 
yazılmışdır. 
Həsən  Cəlalın  uğurlu  fəaliyyəti  bir  çox  monqol  sərkərdələrinin  xoşuna 
gəlmir.  Odur  ki,  Cormaqunun  ölümündən  sonra  onun  vəziyyəti  ağırlaşır.  1246-cı 
ildə  monqol  düşərgəsinə  dəvət  olunan  Həsən  Cəlal  Buğa  adlı  sərkərdə  tərəfindən 
həbs  edilir,  bir  çox  qalaları  talanır.  Xəzinəsi  talanandan  sonra  Həsən  Cəlal 
buraxılır.  1261-ci  ildə  o  növbəti  dəfə  həbs  olunur  və  ağır  işgəncələrdən  sonra 
öldürülür. 
Həsən  Cəlalın  ölümü  ilə  "Alban  renessansı"  adlı  dövr  də  sona  çatır.  O, 
ağır  tarixi  şəraitdə  Azərbaycan  xalqının  tərkib  hissəsi  olan  albanların  mənliyini 
qoruyub-saxlamış,  onların  mədəniyyətini  inkişaf  etdirmiş,  onların  kilsələrinin 
müstəqilliyini təmin etmişdir. 
Hər  zaman  erməniləri  dəstəkləyən  Rusiya  çarizmi  1836-cı  ildə  xüsusi 
fərmanla  müstəqil  alban  kilsəsini  ləğv  edir.  Albanlara  aid  bütün  tikililər  və  nadir 
əlyazmalar  erməni  kilsəsinə  verilir.  Bundan  istifadə  edən  ermənilər  onları  öz 
adlarına  çıxmağa  başlayırlar.  Erməniləri  Azərbaycan  torpaqlarına  köçürən 

58 
 
imperiyaya  da  elə  bu  lazım  idi.  Beləliklə,  onlar  albanların  tarixini  silməklə 
Azərbaycan tarixinin çox mühüm bir hissəsini silməyə cəhd edirlər. 
Qarabağa  göz  dikən  ermənilər  hal-hazırda  Həsən  Cəlalı  və  onun 
tikililərini  özününküləşdirirlər.  Onlar  çəkinmədən  görkəmli  tarixi  şəxsiyyətimizə 
"Həsən  Cəlalyan"  deyir,  Qanzasar  monastırı  üzərində  olan  alban  yazıları  və 
ornamentlərini  qoparıb  onu  "erməni  kilsə  kompleksi"  kimi  qələmə  verirlər.  Hətta 
Kirakos  Qanzakesinin  "Tarix"  əsərini  özlərinə  lazım  olan  şəkildə  "Ermənistan 
tarixi" adı ilə çap edirlər. 
Zəbt  etdikləri  Azərbaycan  torpaqlarında  möhkəmlənməyə  çalışan 
ermənilər  bunun  üçün  xalqımızın  mədəni  irsini  və  tarixini  özününküləşdirirlər. 
Bunun qarşısı mütləq alınmalıdır. 

59 
 
Orta   əsrlərdə  Azərbaycan  Şərqin  elm və mədəniyyət 
mərkəzlərindən  hesab    olunmuşdur.    Bu  da    təsadüfi    deyildi. 
Alimlərimizin  və    ədiblərimizin  yaratdığı  əsərlər  Azərbaycana  
minlərlər  şagird  və  tələbə  cəlb  edir,    burada    elmi  mərkəzlər 
yaradılır,    bu  elmi  mərkəzlərdə  dövrün  ən  məşhur    alimləri 
işləməyi özləri üçün  şərəf  sayırdılar. Belə elm mərkəzlərindən 
biri  də  1259-cu  ildə  Marağa  şəhərində  inşa    edilmiş  rəsədxana  
idi.    Riyaziyyat    və  astronomiya  tədqiqatları  üzrə  dünyanın   
tanınan  mərkəzinə  çevrilmiş  bu  rəsədxana  görkəmli  alim 
Nəsirəddin  Tusi  tərəfindən    təşkil  olunmuşdu. Monqol  yürüşləri 
zamanı  əsir  düşmüş    və  ölümə  məhkum  edilmiş  onlarla    alim  
ölümün    pəncəsində  qurtaran,    onlara  azadlıq    verən  Tusi 
Marağaya  dövrün  ən  mükəmməl  alətlərini,
 
cihazlarını  gətirtmiş 
və orada  böyük bir  kitabxana  təşkil etmişdir.  
Hələ  sağlığında  “elm ölkəsinin  şahı”   adı ilə tanınan  Nəsirəddin 
Tusi    astronomiya,  həndəsə,  triqonometriya,  fəlsəfə,  etika, 
sosialogiya,  siyasət,
 
iqtisadiyyat  sahələrində  yazdığı  əsərləri  ilə 
geniş  şöhrət qazanmışdır.  Tusinin  nailiyyətləi  Avropada    yalnız  
XVIII əsrin əvvəllərindən də təsdiqini tapmışdır.
 
Nəsirəddin Tusi 
(1201-1274)  
Nəsirəddin  Məhəmməd  ibn  Həsən  Tusi  1201-ci  ildə  Həmədan  şəhərində 
azərbaycanlı  ailəsində  dünyaya  göz  açıb.  İlk  müəllimi  atası  olub.  Sonralar  isə  o, 
Tus  şəhərində  məktəb  və  mədrəsədə  təhsilini  davam  etdirib.  Təhsilini  başa 
vurduqdan  sonra  adına  "Tusi"  təxəllüsü  əlavə  etməsi  təhsil  aldığı  şəhərə  böyük 
məhəbbəti ilə bağlıdır. 
Uşaqlığından kitab oxumağa böyük həvəsi olan Nəsirəddin Məhəmmədin 
şəxsiyyət  kimi  formalaşmasına  görkəmli  alim  İbn  Sina  və  onun  şagirdi,  əslən 
azərbaycanlı Bəhmənyarın əsərləri böyük təsir göstərmişdir. Artıq gənc yaşlarında 
mədrəsə  müəllimləri  Tusinin  riyaziyyat  və  nücum  (astronomiya)  elminə  böyük 
həvəs  göstərdiyinin  şahidi  olmuşlar.  İlk  əsərlərini  fizika  elmi  ilə  bağlayan 
Nəsirəddin  Tusi  təbiətdə  maddənin  saxlanması  və  çevrilməsi  haqqında  ilk  fikir 
söyləmişdir.  Bu  dövrdə  o,  mineralogiya  və  tibb  sahəsində  bir  neçə  elmi  əsər  və 
şeirlər yazmağa başlamışdır. 
XIII əsrin 30-cu illərində İranın Kuxistan vilayətinə gələn Nəsirəddin Tusi 
bu  ərazilərdə  üstün  olan  ismailiyyə  təriqətinin  sifarişi  ilə  "Əxlaqi  Nasiri" 
(ismaililərin  lideri  Nasirin  əxlaqa  aid  kitabı)  əsərini  yazmışdır.  İslam  təriqəti 
sayılan  ismaililər  bu  dövrdə  yalnız  dini  fəaliyyətlə  məşğul  olmurdular,  regionun 
siyasi hadisələrinə də fəal müdaxilə edirdilər. Başqa vilayət və hətta ölkələri də öz 
hakimiyyəti  altında  birləşdirmək  fikirləri  ilə  çıxış  edən  ismaililərin  liderləri  bu 

60 
 
yolda  bütün  vasitələrə  əl  atmışdılar.  1236-cı  ildə  üzü  yüzlərcə  nüsxə  köçürələn 
"Əxlaqi Nasiri" kitabı Orta və Yaxın Şərqdə  yayılmış, məktəblərdə əxlaq dərsliyi 
kimi  istifadə  olunmuşdur.  Maraqlıdır  ki,  indi  də  bəzi  müsəlman  ölkələrində  bu 
kitabın müəyyən hissələrindən dərslik kimi istifadə edilir. 
Tusinin şöhrətinə paxıllıq etməyə başlayan Nasirin əmri ilə o həbs olunub 
Ələmut qalasına salınır. Lakin bu haqsızlıq çox çəkmir. İsmailiyyə təriqəti monqol 
qoşunlarının zərbəsinə məruz qalır, Ələmut qalası monqollar tərəfindən işğal edilir. 
Monqol qoşununun başçısı Hülakü xanla görüşən Tusi ona elmi inkişaf etdirməyin 
böyük  əhəmiyyətindən  danışır.  Tusi  azad  edilir  və  Hülakü  xan  onu  özünə 
məsləhətçi götürür. Sadə həyat tərzi sürən alim yeni təyinatından özü üçün heç bir 
xeyir ummur, o, bəşəriyyət elmi üçün böyük işlər görür. Hülakü xanın yürüşlərində 
iştirak  edən  Tusi  minlərlə  təhsil  ocağını  dağılmaqdan,  yüzlərcə  kitabxananı 
yandırılmaqdan xilas edir. Tusi monqol əsirliyində olan minlərlə alim və müəllimin 
azad olunmasına nail olur. 
1259-cu  ildə  Tusinin  təklifi  ilə  Cənubi  Azərbaycanın  Marağa  şəhəri 
yaxınlığında  rəsədxana  inşa  olunmağa  başlanır.  Rəsədxana  yeri  elə  dəqiq 
seçilmişdir  ki,  orada  indi  də  rəsədxana  fəaliyyət  göstərir.  Marağa  astronomiya 
Rəsədxanasının  o  dövrdə  tayı-bərabəri  olmamışdır.  Sonralar  Şərqdə  inşa  olunan 
rəsədxanalar  məhz  Marağa  rəsədxanasının  planı  əsasında  tikilirdi.  Ən  mürəkkəb 
alətlər,  ən  nadir  kitablar  bu  rəsədxanada  toplanır,  bura  dünyanın  hər  yerindən 
məşhur  alimlər  dəvət  edilirdi.  Faktik  olaraq  rəsədxana  riyaziyyat  və  astronomiya 
üzrə böyük elmi mərkəzə çevrilmişdi. 
Nəsirəddin  Tusinin  əsərləri  arasında  "Zic  Elxani"  kitabı  çox  mühüm  yer 
tutur.  Bu  əsərdə  planetlərin  geosentrik  orbitinin  əsas  elementləri  verilmiş,  onların 
sutka ərzində orta hərəkəti dəqiq təyin edilmişdir. XVIII əsrin əvvəllərinədək "Zic 
Elxani"  dünya  astronomlarının  ən  qiymətli  kitabı  hesab  olunurdu.  Əsərdə  verilən 
cədvəllər  Şərqdə  dəfələrlə  ərəb  dilində,  1652-ci  ildə  Londonda  və  1711-ci  ildə 
Oksfordda  latın  dilində  nəşr  edilmişdir.  Cədvəllərin  birində  XIII  əsrin  256  iri 
şəhərinin dəqiq coğrafi koordinatı göstərilmişdir. Məşhur Avropa səyyahı Xristofor 
Kolumbun  müəllimi  Toskanelli  bu  cədvəldən  istifadə  etmişdir.  Həmçinin  Tusi 
sinus  və  tangensin  60-lıq  say  sistemində  üçrəqəmli  triqonometriya  cədvəllərini 
vermiş,  yerin  fırlanma  oxunun  illik  presessiyasının  qiyməti  (51  ",4)  tapılmışdır 
(müasir  qiyməti  51",2).  Maraqlıdır  ki,  Tusi  Avropa  ilə  Asiya  arasında  böyük  bir 
qitənin  olmasını  fərziyyə  kimi  irəli  sürmüş,  sonralar  onun  fikri  təsdiqlənərək 
Amerika kəşf edilmişdir. 
Astronomiyanın  riyaziyyatla  sıx  bağlılığını  qəbul  edən  Nəsirəddin  Tusi 
"Təhriri-Öqlidis"  ("Evklidin  şərhi")  əsərini  yazmış  və  bu  əsər  həndəsənin 
inkişafına  böyük  təsir  göstərmişdir.  Bu  əsərdə,  həmçinin  "Həndəsənin  əsasları" 
kitabında  Tusi  qədim  dövr  alimləri  Arximed  və  Evklidin  nailiyyətlərini  davam 

61 
 
etdirmiş, nisbətlər nəzəriyyəsini vermiş, üçbucağın daxili bucaqları cəmi arasında 
olan  əlaqəni  tapmışdır.  Bu  sahədəki  işləri  ilə  Tusi  Avropa  alimlərini  400  il 
qabaqlamışdır.  Onun  "Şəklül-qita"  ("Tam  dördtərəfli  haqqında  traktat")  əsərində 
müstəvi  və  sferik triqonometriyadan bəhs edilir. O bu  əsərdə  Menelay teoremini, 
müasir  triqonometriyanın  əsas  teorem  və  düsturlarını  vermişdir.  Onun  bu 
nailiyyətləri  sayəsində  triqonometriya  ayrıca  bir  riyazi  fənn  şəklinə  düşmüşdür. 
Nəsirəddin Tusinin ilk dəfə Romada 1594-cü ildən başlayaraq nəşr edilən həndəsi 
əsərləri  sonralar  Avropa  alimləri  A.Lejandr,  C.Vallis,  C.Sakkerinin  elmi  işlərinə 
böyük təsir göstərmişdir. 
Nəsirəddin  Tusi  "Cəleul  hesab"  ("Taxta  və  qum  vasitəsilə  hesablama") 
əsərində müsbət ədəddən istənilən dərəcədən kökalma qaydasını, binomial hədlərin 
12  dərəcəli  həddədək  əmsallarını  vermişdir.  "Təhrir  əl-Məcəsti"  və  "Təzkireyi 
Nəsiriyyə"  əsərlərində  Tusi  planetlərin  hərəkət  nəzəriyyəsi  və  Ptolemeyin 
geosentrik  sisteminin  təshihini  vermişdir.  Riyaziyyat  tarixində  ilk  dəfə  Tusi  tam 
ədəddən  ixtiyari  dərəcədən  kökalma  əməlini  izah  etmiş,  ədəd  üçbucağını  əmələ 
gətirən  binomial  əmsalları  və  onlar  arasındakı  qanunauyğunluqları  göstərmiş, 
sonralar "Nyutonun binomu" kimi tanınan riyazi kəşfi sözlə ifadə etmişdir. 
1265-ci  ildə  Hülakü  xanın  vəfatından  sonra  Tusi  onun  oğlu  Abaqa  xanın 
(1265  -1274)  vəziri  olmuşdur.  Hülakülər  monqol  dövlətinin  daxili  sabitliyinin 
qorunmasına,  iqtisadi  gücünün  artırılmasına  çalışan  Tusi  bir  çox  monqol 
feodallarının müqaviməti ilə üzləşir. Tusi onları zəiflətməyi təklif edir, əks təqdirdə 
mərkəzi  hakimiyyətin  zəifləyəcəyi  barəsində  fikir  söyləyirdi.  Sonralar  dövlətin 
zəifləməsi Tusinin haqlı olduğunu sübut edir. 
Vəzir  olduğu  dövrdə  Nəsirəddin  Tusi  əsasən  fəlsəfi  və  ictimai-siyasi 
əsərlər  yazmağa  başlayır.  "İbn  Sinanın  fəlsəfəsi  və  məntiqinə  şərhlər", 
"Səhifələrində  ər-Razinin  qeydləri",  "Teologiya  və  metafizikaya  dair  risalə", 
"Alicənab  insanların  xarakterləri  və  keyfiyyətləri"  kimi  əsərlərində  Tusi  fəlsəfə 
tarixinə nəzər salmış, İbn Sinanın fəlsəfi əsərlərini o dövrün bəzi tənqidçilərindən, 
ilk növbədə ilahiyyatçı ər-Razinin hücumlarından qorumuşdur. Həmçinin o, şiəlik 
cərəyanını  fəlsəfi  səpkidə  şərh  etmiş,  etika  və  sosiologiya  məsələlərinə 
toxunmuşdur.  "Əsas  ül-iqtibas"  əsərində  Tusi  məntiq  məsələləri  və  poeziyanın 
nəzəriyyəsini şərh etmişdir. "İki mülahizə haqqında mülahizə" əsərində Nəsirəddin 
Tusi  fəlsəfi  məqamlarla  bərabər,  Ayın  və  Günəşin  tutulmasını,  işığın  sınmasını, 
göyqurşağının yaranmasını elmi cəhətdən izah etmişdir. 
Özünün  ictimai-siyasi  əsərlərində  Nəsirəddin  Tusi  "dövlət"  anlayışının 
açılmasına  böyük  yer  ayırmışdır.  Faktik  olaraq  Tusi  Azərbaycanın  siyasi  fikir 
tarixində  ilk  dövlət  nəzəriyyəçisi  hesab  olunur.  "Maliyyə  haqqında"  risaləsində 
verilən qayda-qanunlar sonralar bir çox orta  əsr dövlətlərində qanunlar toplularına 
daxil edilmişdir. 

62 
 
Nəsirəddin  Tusi  1274-cü  ildə  Bağdada  səfəri  zamanı  vəfat  emiş  və 
Bağdaddakı  "Cəlil  məscid"də  dəfn  olunmuşdur.  Onun  qəbrinin  üstündə 
yazılmışdır:  "Elmin  köməkçisi,  elm  ölkəsinin  şahı  -  dövr  anası  belə  oğul  hələ 
doğmamışdır". 
 
 
 
 
 
 
 

63 
 
Orta  əsr  Şərqində ən böyük musiqiçi və 
musiqişünasın  kim  olması    barədə  sual  ortaya  
çıxanda, şübhəsiz, Səfiəddin Urməvinin  adı çəkilir. 
Onun  ud    çalmaq    məharəti  haqqında  müsəlman 
Şərqində 
rəvayətlər 
danışılırdı. 
 
Musiqi 
nəzəriyyəsini  öyrəndikdən  sonra    Şərq    musiqi 
yazılış  sistemini  yaradan    Səfiəddin    onu  özünün 
“Kitan-əl  Ədvar”  əsərində  təsvir    etmişdir.  XIII 
əsrdə  Qütbəddin  Şirazi,  XIV    əsrdə  Əbdülqadir 
Marağayi  və  Məhəmməd  əl-Curcani,  XV  əsrdə  
Əbdürrəhman    Cami  onun  yaratdığı  sistemi    açan  
əsərlər yaratmışdır.  Urməvinin  əsərini türk dilində 
XV  əsrdə  Şükrullah  Əhmədoğlu  tərcümə  etmişdir. 
Sonralar  o, fransız dilində tərcümə olunmuşdur.  
Azərbaycan    tarixinə  Səfiəddin  Urməvi  Şərq  
musiqi  sistemini  yaratmış  musiqişünas,  musiqi 
nəzəriyyəsinin  bilicisi,  bəstəkar,  mahir  ifaçı  və 
pedoqoq  kimi daxil olmuşdur. 
 


Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə