SƏbuhi ƏHMƏdov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/34
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15173
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

İsmayıl bəy Qutqaşınlı 
      (1808-1861) 
 
İsmayıl bəy Qutqaşınlı 1808-
ci ildə Şəki xanlığının Qutqaşın sultanlığında zadəgan ailəsində anadan olmuşdur. 
Onun atası Nəsrullah Sultan Şəki xanının vassalı, sonuncu Qutqaşın sultanı idi. Bu 
təlatümlü dövrdə - 1813-cü ildə Gülüstan müqaviləsi ilə Şimali Azərbaycan Rusiya 
imperiyasının tərkibinə qatılmışdır. 
Şimali  Azərbaycan  Rusiyanın  tərkibinə  qatılandan  sonra  azərbaycanlılar 
imperiyanın  vətəndaşları  hesab  olunmağa  başladılar.  Zadəgan  nəsillərinin  bir  çox 
nümayəndələri Rusiya ordusu sıralarına yazılır və məmnuniyyətlə qəbul edilirdilər: 
imperiya 
azərbaycanlıların 
döyüşkən  xalq  olduqlarını  bilirdi.  Sonralar 
Azərbaycanda güclü üsyanlar və geniş xalq hərəkatı ilə üzləşən çarizm 1867-ci ildə 
azərbaycanlıları  hərbi  xidmətə  götürməyi  qadağan  etməli  oldu.  Bununla  belə, 
zadəgan  ailələrinin  nümayəndələri  hərbi  məktəblərə  daxil  olmaq  hüququnu 
saxlamışdılar. Belə ki, bir çox azərbaycanlı Rusiya ordusunda general rütbəsinədək 
yüksəlmişdir.  Onların  sırasında  Ehsan  xan  Kəlbalı  xan  oğlu  Naxçıvanski  (1770  - 
1843); Cəfərqulu ağa Mirzə Məhəmməd xan oğlu Bakıxanov (1795 - 1867); İsrafil 
bəy  Mustafa  bəy  oğlu  Yadigarov  (1815  -  1885);  Kəlbalı  xan  Ehsan  xan  oğlu 
Naxçıvanski  (1824  -  1883);  Fərəc  bəy  Ağarza  bəy  oğlu  Ağayev  (1811  -  1891); 
Abdulla  ağa  Mirzə  Məhəmməd  xan  oğlu  Bakıxanov  (1824  -  1878);  İsmayıl  xan 

141 
 
Ehsan xan oğlu Naxçıvanski (1819 - 1909); Həsən bəy Ağalarov (1815 - ?); Ağası 
bəy  Avşarov  (1833  -  ?);  Mir  İbrahim  xan  Talışinski  (1828  -  1896);  Həsən  ağa 
Cəfərqulu  ağa  oğlu  Bakıxanov  (1833  -  1898);  Əsədulla  bəy  Mustafa  bəy  oğlu 
Yadigarov (1844 - 1901); Hüseyn xan Kəlbalı xan oğlu Naxçıvanski (1863 -1919); 
Əsədulla xan Əbülfətli xan oğlu Əbülfətzadə (? - 1918); Həsən bəy İsrafil bəy oğlu 
Yadigarov  (1854  -  1934);  şahzadə  Rzaqulu  Bəhmən  Mirzə  oğlu  Qacar  (1837  -
1894); Səməd bəy Sadıq bəy oğlu Mehmandarov (1855 - 1931); İbrahim ağa Paşa 
ağa  oğlu  Vəkilov  (1853  -  1934);  Əliağa  Hacı  İsmayıl  ağa  oğlu  Şıxlinski  (1865  - 
1943); şahzadə Əbdülsəməd Bəhmən Mirzə oğlu Qacar (1851 - ?); Mirkazım xan 
Mirəli xan oğlu Talışxanov (1855 - 1938); Firudun bəy Cəlal oğlu Vəzirov (1850- 
1925);  Balakişi  bəy  Əli  bəy  oğlu  Ərəblinski  (1828  -  1902);  Nemətulla  bəy  Hacı 
Qasım  bəy  oğlu  Heydərov  (1827-1901);  Əsəd  bəy  Ağaəli  bəy  oğlu  Talışxanov 
(1857  -  1919);  Davud  bəy  Sadıq  bəy  oğlu  Yadigarov  (?  -  1920);  Cavad  bəy 
Məmməd ağa oğlu Şıxlinski (1874  - 1959);  Xəlil bəy Mirəli xan oğlu Talışxanov 
(1859 -1920); şahzadə Şəfi xan Cəlaləddin oğlu Qacar (1853 - 1909); Daniyal bəy 
Əhməd  xan  oğlu  İlisulu  (1800  -  1870);  Mirzə  Hacı  bəy  Əlibəy  oğlu  Novruzov 
(1832  -  ?);  Məmmədsadıq  bəy  İsmayıl  oğlu  Ağabəyzadə  (1865  -1944);  Əmir 
Çoban oğlu Usmiyev (1836 - ?); Yusif Ziya Talıbzadə (1877 - 1922); Əhməd xan 
Süleymanov  (1862  -  ?);  İbrahim  bəy  Allahverdi  bəy  oğlu  Aslanbəyov  (1822  - 
1900) və başqaları qeyd edilməlidir (siyahı Ş.Nəzirlinin materialları əsasında tərtib 
edilib). 
İlkin müsəlman təhsili aldıqdan sonra İsmayıl bəy atasının vasitəçiliyi ilə 
1822-ci ildə Rusiya ordusunun qrenadyor alayına sıravi qismində yazılmışdır. Qısa 
müddət ərzində o, rus dilini öyrənmiş və hərb işinə yiyələnmişdir. Odur ki İsmayıl 
bəy  artıq  1824-cü  ildə  o  dövrdə  ilkin  zabit  rütbəsi  olan  praporşik  rütbəsinə  layiq 
görülmüşdür. İsmayıl bəy 1828 -1829-cu illər Rusiya - İran və 1828 - 1829-cu illər 
Rusiya - Osmanlı müharibələrində iştirak etmiş, podporuçik rütbəsinə yüksəlmiş və 
ilk hərbi ordenini qazanmışdır. Şəxsi işindəki qeydlər göstərir ki, o, Yelizavetpol, 
Cavanbulaq,  Sərdarabad,  İrəvan  döyüşlərində,  rus  qoşunlarının  Təbriz  və  Xoya 
yürüşündə  iştirak  etmişdir.  Osmanlılara  qarşı  döyüşlərdə  o,  Ərzurum  cəbhəsində 
olmuşdur. 
İsmayıl  bəy  1830-cu  ildə  Kuban  çayı  sahillərinə  göndərilmiş  və  Qara 
dənizin  şərq  sahillərinin  Rusiyaya  birləşdirilməsində  iştirak  etmişdir.  1831-ci  ildə 
Pavlov  qvardiya  alayına  təyinat  alan  İsmayıl  bəy  artıq  Dağıstan  və  Çeçenistanda 
gedən döyüşlərdə vuruşmuşdur. 
1832-ci  ildə  o,  Polşaya,  Varşava  hərbi  dairəsinə  göndərilir.  İşgüzarlığı, 
bilik və bacarığı, nizam-intizamlılığı ona verilən xasiyyətnamələrdə dəfələrlə qeyd 
edilir. İsmayıl bəy Qutqaşınlının məhz 1835-ci ildə Varşavada fransız dilində nəşr 
etdirdiyi  "Rəşid  bəy  və  Səadət  xanım"  hekayəsi  Azərbaycan  realist  nəsrinin  ilk 

142 
 
nümunələrindəndir.  Məhəbbət  azadlığı  mövzusunda  qələmə  alınmış  bu  hekayə 
Azərbaycan xalq dastanları və klassik Şərq poemalarının təsiri altında yazılmışdır. 
Bundan  başqa,  hekayədə  zadəgan  mühiti  ilə  yanaşı,  xalq  məişəti,  adət-ənənələri, 
doğma vətən təbiətinin gözəllikləri də təsvir olunmuşdur. 
1836-cı  ildə  İsmayıl  bəy  yenidən  Qafqaza  təyinat  alır.  Burada  ona  yerli 
Azərbaycan  əhalisindən  könüllü  süvari  hərbi  hissələr  toplamaq  tapşırılır.  Şəki  atlı 
milis  dəstəsinin  komandiri  kimi  o,  Azərbaycanın  şimal  sərhədlərinin 
təhlükəsizliyini  təmin  edir.  1839-cu  ildə  İsmayıl  bəy  Qutqaşınlıya  podpolkovnik, 
1843-cü  ildə  süvari  hissələr  üzrə  polkovnik,  1850-ci  ildə  süvari  hissələr  general-
mayoru rütbəsi verilmişdir. 
İsmayıl  bəyin  xalq  arasında  böyük  nüfuz  sahibi  olduğunu  nəzərə  alan 
rəhbərlik bir çox komissiyalara onu üzv təyin edir, kənd təsərrüfatı və sənətkarlığın 
inkişafı  ilə  bağlı  məsələlərin  həllini  ona  tapşırırdı.  Belə  ki,  1843-cü  ildə  ipək 
becərilməsi və ipəkçilik emalatxanalarında yeni üsullar tətbiq edilən zaman o, sadə 
əhalinin  maraqlarını  nəzərə  almağa  çalışır,  bütün  islahatların  tədricən  və  izahlı 
işlərlə bərabər aparılmasını təklif edirdi. 
1846-cı  ildə  "bəy  komissiyası"nın  tərkibinə  qatılan  İsmayıl  bəy  "ali 
müsəlman  silkinin  hüquq  və  imtiyazları"nı  tərtib  edənlər  sırasına  salınır. 
Ümumiyyətlə, bu sahədə gördüyü işlər nəticəsində İsmayıl bəy Qutqaşınlı Rusiya 
kənd təsərrüfatı və coğrafiya cəmiyyətləri Qafqaz şöbələrinin üzvü seçilmişdir. 
Azərbaycan  mədəniyyəti  tarixində  İsmayıl  bəyin  ictimai-maarifçi  işləri 
böyük  iz  qoymuşdur.  Sistemli  və  əhatəli  təhsil  almamasına  baxmayaraq,  mütaliə 
hesabına  İsmayıl  bəy  Azərbaycanın  on  bilikli  insanlarından  hesab  olunurdu. 
Müsəlman  məktəblərinin  açılışını  arzulayan,  bu  istiqamətdə  əməli  iş  aparan 
İsmayıl  bəy  ilk  belə  məktəblər  açılanda  hədsiz  dərəcədə  sevinmişdi.  Lakin  belə 
məktəblər əhalinin  verdiyi pul hesabına dolanmalı idi və bu,  müəyyən problemlər 
yaradırdı.  İsmayıl  bəy  Şamaxıda  yaranan  bu  cür  məktəblərdən  birinin  təmin 
edilməsini  və  maliyyə  xərclərini  öz  boynuna  götürmüşdü.  Onun  nümunəsi  ilə 
başqa  imkanlı  Azərbaycan  ziyalıları  da  Şamaxıda  öz  hesablarına  müsəlman 
məktəbləri açmışdılar (kapitan Şirəli bəy, poruçik Mehdi bəy Hacı Əhməd Sultan 
oğlu,  Mahmud  bəy  Əhməd  oğlu).  Sonralar  bu  nümunə  bütün  Azərbaycanda 
yayıldı. 
1848-ci ildə Tiflisdə müsəlman məktəbi açılanda görkəmli rus mütəfəkkir 
və  şərqşünası  N.Xanıkov  Qafqaz  canişininə  göndərdiyi  məktubda  İsmayıl  bəy 
Qutqaşınlını məktəbin hamısı təyin etməyi təklif etmiş və bildirmişdi ki, belə olan 
təqdirdə məktəb sürətlə inkişaf edəcək. 
1852-ci  ildə  İsmayıl  bəy  çox  çətinliklə  də  olsa,  Məkkə  ziyarətinə 
getməkçün imperatordan icazə alır. O vaxta qədər ona müsbət münasibət bəsləyən 
rus  məmurlarının  bir  çoxu  o,  həcc  ziyarətindən  qayıdandan  sonra  ona  qarşı 

143 
 
münasibətini  dəyişir.  Bununla  belə,  İsmayıl  bəy  öz  xeyriyyəçilik  tədbirlərini 
davam etdirir, ona kəsilmiş təqaüdün böyük hissəsini əhalinin maarifləndirilməsinə 
sərf edir. 
Məkkə  ziyarəti  zamanı  gördüklərini  İsmayıl  bəy  xüsusi  qeydlər  şəklində 
toplamışdır.  Əsərdə    ümumi    məlumatlardan    başqa,  Gəncə  və  keçmiş  Borçalı 
mahalının,  həmçinin  Ərəbistanın  şəhər  və  kəndlərinin  təbiəti,  əhalisi,  təsərrüfatı 
haqqında  geniş və  ətraflı  məlumat verilir. Müəllifin dərin müşahidə  qabiliyyətini, 
tarixi, coğrafi və etnoqrafik biliklərini əks etdirən "Səfərnamə" adlı bu əsər XIX əsr 
Azərbaycan ədəbi dilinin nümunəsi kimi də maraqlıdır. "Səfərnamə" ilk dəfə 1967-
ci ildə işıq üzü görmüşdür. 
İsmayıl bəy Qutqaşınlı A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Şəfi Vazeh 
kimi Azərbaycan ziyalıları ilə, həmçinin bir çox Rusiya və Polşa mütəfəkkirləri ilə 
dostluq  etmişdir.  1849-cu  ildə  görkəmli  Azərbaycan  şairi  Qasım  bəy  Zakir 
qaçaqlarla  əlaqədə  suçlandırılaraq  həbs  ediləndə  İsmayıl  bəy  öz  taleyini 
fikirləşmədən  dəfələrlə  məhkəmələrə,  Qafqaz  canişinliyinə  müraciət  etmiş  və 
cəzanın  yumşaldılmasına  nail  olmuşdu:  Zakir  Qarabağdan  Bakıya  sürgün 
edilmişdir. 
İsmayıl  bəy  Qutqaşınlı  1861-ci  ildə  Şamaxıda  vəfat  etmiş,  Qutqaşın 
qəbiristanlığında dəfn olunmuşdur. 

144 
 
XIX  əsrin  ortalarında  M.F.  Axundzadə, 
H.B.  Zərdabi,  S.Ə.  Şirvani  və  d.  mütəfəkkirlərin 
fəsliyyət  göstərdiyi  mühitdə  demokratik  ideyaların, 
qabaqcıl fəlsəfi fikirlərin, yeni estetik normaların və 
realist  ədəbiyyatın  təsiri  altında  Azərbaycan  təsviri 
sənəti  öz  inkişafını  davam  etdiridi.  Bu  dövrdə 
yaranmış 
təsviri 
sənətin 
səciyyəvi 
üslub 
xüsusiyyətləri, ideya estetik mahiyyəti və sənətkarlıq 
nailiyyətləri 
M.Q. 
İrəvani, 
M.M. 
Nəvvab, 
Xurşidbanu  Natəvan,  Usta  Qəmbər  Qarabaği  kimi 
dövrün  görkəmli  rəssamları  və  xalq  ustalarının 
yaradıcılığında  qabarıq  əksini  tapmışdır.  Mirzə 
Qədim  İrəvaninin  yaradıcılığı  ilə  Azərbaycan  təsviri 
incəsənəti  şərti  dekorativ  üslubdan  yeni  keyfiyyətli 
realist sənətə keçid başlanır. 
Azərbaycan  tarixinə  Mirzə  Qədim  İrəvani  görkəmli 
rəssam,  portret  və  ornament  ustası,  Azərbaycanda 
realist 
dəzgah 
və 
monumental  boyakarlığın 
inkişafında  böyük  rol  oynamış  bir  şəxs  kimi  daxil 
olmuşdur. 
Mirzə Qədim İrəvani 
        (1825-1875) 
 
Mirzə  Qədim  İrəvani 
1825-ci  ildə  qədim  Azərbaycan  şəhəri  İrəvanda  anadan  olmuşdur.  Onun  atası 
Məhəmməd Hüseyn taxta üzərində oyma sənətinin mahir ustalarından idi. İrəvanda 
ibtidai  təhsil  aldıqdan  sonra  burada  üsuli-cədid  məktəbini  bitirən  Mirzə  Qədim 
Tiflisə  getmiş  və  orada  progimnaziyanı  qurtarmışdır.  1840-cı  illərdə  İrəvana 
qayıdan  Mirzə  Qədim  ömrünün  sonunadək  burada  yaşamış  və  poçt  teleqrafçısı 
vəzifəsində çalışmışdır. 
Yaradıcılığının ilk dövründə gənc rəssam əsasən dekorativ sənət sahəsində 
fəaliyyət  göstərmiş,  divar  rəsmləri  və  bədii  tikmələr  üçün  rəsm  və  trafaretlər 
çəkmişdir.  Artıq  bu  dövrdə  rəssam  qızılgül,  zanbaq  və  s.  gül  və  çiçəklərdən 
mürəkkəb  kompozisiyalar  tərtib  edir,  bununla  yanaşı,  müxtəlif  quşların  canlı  və 
real  təsvirini  verirdi.  Klassik  miniatür  boyakarlığından  fərqlənən  bu  əsərlər 
göstərirdi  ki,  rəssam  Avropa  boyakarlığına  böyük  maraq  göstərir.  Mirzə  Qədim 
İrəvani  bu  dövrdə  həmçinin  kağız,  şüşə  və  güzgü  üzərində  də  bir  neçə  portret 
çəkmişdir.  Obrazların  həllinə  görə  sxematik,  koloritinə  görə  şərti  dekorativ 
xarakter  daşıyan  bu  portretlər  arasında  "Süvari",  "Rəqqasə",  "Dərviş"  portretləri 
xüsusilə seçilir. 
XIX  əsrin  ortalarında  M.F.Axundzadə,  H.B.Zərdabi,  S.Ə.Şirvani  və  d. 
mütəfəkkirlərin fəaliyyət göstərdiyi mühitdə demokratik ideyaların, qabaqcıl fəlsəfi 
fikirlərin,  yeni  estetik  normaların  və  realist  ədəbiyyatın  təsiri  altında  Azərbaycan 

145 
 
təsviri sənəti öz inkişafını davam etdirirdi. Bu dövrdə Azərbaycan təsviri sənətinin 
inkişaf  istiqamətini  müəyyənləşdirən  əsas  xüsusiyyət  onun  orta  əsr  sənətinə  xas 
olan şərti dekorativ üslubdan  tədricən realist təsvir  metoduna  keçməsi,  yeni bədii 
forma,  yeni növ və janrlarla zənginləşməsindən ibarətdir. Bu  yeni keyfiyyət saray 
və imarətlərin daxili tərtibatında, yəni ov, döyüş, məişət səhnələri, portret səciyyəli 
təsvirlərdən  ibarət  divar  boyakarlığında,  həm  də  müxtəlif  məzmunlu  əlyazmalara 
və  litoqrafiya  üsulu  ilə  çap  edilmiş  kitablara  çəkilmiş  illüstrasiyalarda  özünü 
göstərirdi.  Bu  dövrdə  yaranmış  təsviri  sənətin  səciyyəvi  üslub  xüsusiyyətləri, 
ideya-estetik  mahiyyəti  və  sənətkarlıq  nailiyyətləri  M.M.Nəvvab,  Xurşidbanu 
Natəvan,  Usta  Qəmbər  Qarabaği  kimi  dövrün  görkəmli  rəssamları  və  xalq 
ustalarının yaradıcılığında qabarıq əksini tapmışdır. 
Mirzə  Qədim  İrəvaninin  yaradıcılığının  təkmilləşmə  mərhələsi  də  elə 
həmin  illərə  təsadüf  edir.  O,  İrəvan  sərdarı  kimi  tanınan  sonuncu  İrəvan  xanı 
Hüseynqulu  xanın  məşhur  sarayının  divar  rəsmlərini  bərpa  etmək  dəvəti  alır. 
Burada rəssam sarayın otaqlarını, xüsusən güzgülü zalın divarlarını bəzəyən köhnə 
dekorativ pannoları və süjetli kompozisiyaları yenidən bərpa etməklə bərabər, bir 
neçə orijinal əsər, o cümlədən konkret tarixi şəxslərin portret təsvirlərini çəkmişdir. 
1  x  2  m  ölçüsündə  çəkilən  hər  bir  belə  portret  yağlı  boyalarla  işlənib  divara 
yapışdırılmışdır.  Bu  portretlər  monumental  formasına,  ifaçılıq  üslubuna  və 
texnikasına  görə  Azərbaycan  təsviri  sənətində  yeni  keyfiyyətli  portret  əsərləri 
hesab  edilir.  Tamaşaçıların  və  mütəxəssislərin  diqqətini  ən  çox  Fətəli  şah  Qacar, 
onun oğlu şahzadə Abbas Mirzə, sonuncu İrəvan xanı Hüseynqulu xanın portretləri 
cəlb edir. 
Azərbaycan  bədii  sənətinin  yüksək  səviyyəsini,  həmçinin  İrəvanın  əsrlər 
boyu  azərbaycanlılara  məxsus  olduğunu  sübut  edən  Sərdar  sarayı  sonralar  bərbad 
hala  salınmış  və  məhv  edilmişdir.  Təkcə  iki  portret  (Fətəli  şahın  və  Abbas 
Mirzənin)  divardan  çıxarılaraq  Tiflisə  aparılmış  və  hal-hazırda  Gürcüstan  Dövlət 
İncəsənət Muzeyində saxlanılır. 
Mirzə  Qədim  İrəvaninin  yaradıcılığının  püxtələşmə  və  həm  də  ən 
məhsuldar dövrü 1860 - 1870-ci illərə təsadüf edir. Rəssamın hazırda bəlli olan on 
qiymətli əsərləri məhz bu illərdə yaranmışdır. "Oturmuş qadın", "Vəcihulla Mirzə", 
"Şah Tələt" (hər üçü Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır), "Molla", 
"Gənc  qadın",  "Fətəli  şah",  "Abbas  Mirzə",  "Naməlum  qadın"  (R.Mustafayev 
adına  Azərbaycan  Dövlət  İncəsənət  Muzeyində  saxlanılır)  və  s.  başqa  portretlər 
rəssamın  bu  dövrdəki  yaradıcılıq  nailiyyətlərini  əks  etdirir.  Akvarel  və  tempera 
texnikasında  işlənmiş  bu  əsərlərdə  orta  əsr  klassik  miniatür  sənətinə  xas  şərti 
dekorativ  üslubla  realist  dəzgah  boyakarlığının  səciyyəvi  xüsusiyyətləri  üzvi 
surətdə  əlaqələndirilmiş,  nəticədə  özünəməxsus  bədii  forma,  orijinal  üslub 
yaranmışdır. 

146 
 
Bədii obrazın idealizə edilməsi, fərmanın dekorativ səpkidə həlli, zərif və 
ifadəli  rəsmi,  lokal  və  parlaq  rənglərin  kontrast  düzümü,  koloritin  zənginliyi  və 
başqa üslub xüsusiyyətlərinə görə bu əsərlər klassik Şərq miniatür sənətinin gözəl 
ənənələrini əks etdirir. Digər tərəfdən isə fiqurların və ayrı-ayrı əşya və ünsürlərin 
həcmli təsvirinə səy göstərmək, zəif olsa da kölgə - işıq kontrastlığından, rənglərin 
xəfif keçidi və perspektiv qanunlarından istifadə edilməsi Mirzə Qədim İrəvaninin 
müasir formalı realist boyakarlığın bəzi xüsusiyyətlərinə yiyələndiyini sübut edir. 
Mirzə  Qədim  İrəvaninin  qadın  portretləri  xüsusi  səciyyəsi  ilə  nəzərə 
çarpır.  Onlar  kompozisiyası,  koloriti,  fiqurların  duru-şu  və  hərəkəti,  geyimi, 
libaslan,  ornament  bəzəyi  və  s.  cəhətdən  bir-birinə  çox  oxşayır.  Lakin  obrazların 
bədii  həllinə,  fərdi  əlamət  və  ifadəliliyinə  görə  onlar  əsaslı  surətdə  bir-birindən 
fərqlənirlər. Bu əsərlər həm rəssamın, həm də dövrün estetik normalarını, gözəllik 
idealını  əks  etdirir.  "Oturmuş  qadın"  və  "Gənc  qadın"  portretlərində  xalq 
yaradıcılığı  və  şair  Molla  Pənah  Vaqifin  poeziyasında  tərənnüm  olunan  şux, 
nikbin, gözəl qadın obrazı yaradılmışdır. Mirzə Qədim İrəvaninin "Oturmuş qadın" 
portreti təkcə  Azərbaycanda  deyil, ümumiyyətlə XIX əsr  Orta Şərq rəssamlığında 
ideal  qadın  gözəlliyini  əks  etdirən  on  görkəmli  və  nümunəvi  əsərlərdən  biridir. 
Burada  yerə  salınmış  zəngin  və  bəzəkli  xalça  üzərində  bir  qədər  ədalı  pozada 
oturmuş  gənc  və  məlahətli  bir  qadın  təsvir  edilib.  Obrazın  sadə  və  təbii,  canlı  və 
real  təsvirinə  görə  bu  portret  XIX  əsrdə  "Qacar  üslubunda"  geniş  yayılmış  rəsmi 
portretlərdən əsaslı surətdə fərqlənir və Mirzə Qədimin ən qüvvətli əsəridir. 
"Şah  Tələt"  və  "Naməlum  qadın"  portretlərində  kompozisiya  qapalı  və 
simmetrikdir;  tərəflərin  müvazinəti  şaquli  istiqamətli  memarlıq  formaları,  eyni 
formalı şəbəkə və pəncərə pərdələri vasitəsilə gözə çarpdırılır. 
"Şahzadə  Aleksandr  arvadı  ilə",  "Şah  və  vəziri"  kimi  ikifiqurlu 
kompozisiyasında  rəssam  təsvir  olunan  şəxsləri  müəyyən  süjet  əsasında 
qruplaşdırır.  Bu  əsərlər  birgə  portret  olmaqla  bərabər,  məişət  janrlı  tematik  tablo 
xarakteri  daşıyır.  Birinci  əsər  rus  mətbuatında  dərc  edilmiş  şəkil  əsasında  çəkilsə 
də,  rəssam  onun  kompozisiya  və  kolorit  həllində  dəyişikliklər  etmiş,  Şərq 
motivləri, dekorativ elementləri ilə zənginləşdirmişdir. 
Mirzə  Qədim  xalq  sənətini  dərindən  bilən,  əsərlərində  bu  tükənməz 
sərvətin  gözəl  ənənələrindən  gen-bol  və  bacarıqla  istifadə  edən  mahir 
ornamentalist rəssam olmuşdur. 
Onun  əsərlərində  döşəməyə  salınmış  xalça,  mürəkkəb  naxışlı  şəbəkə, 
adamların  geyimi  və  ev  əşyasının  üzərində  çəkdiyi  müxtəlif  biçimli  ornament 
bəzəkləri  bunu  sübüt  edir.  Sankt-Peterburqda  Dövlət  Ermitajında  saxlanan 
güzgünün  qapıları  üzərində  çəkdiyi  gül  və  çiçək  təsvirləri  xüsusilə  yüksək  bədii 
zövq, böyük sənətkarlıqla işlənmişdir. 

147 
 
Mirzə  Qədim  İrəvaninin  yaradıcılığı  ilə  Azərbaycan  təsviri  incəsənətində 
şərti dekorativ üslubdan yeni keyfiyyətli realist sənətə keçid başlanır. 
Mirzə Qədim İrəvani 1875-ci ildə İrəvan şəhərində vəfat etmiş və orda da 
dəfn olunmuşdur. 

148 
 
İstər  Şərq  Renessansı,  istərsə  də 
Qərb  Renessansı  mütəfəkkirlərini  (Biruni, 
Nizami  Gəncəvi,  Leonardo  da  Vinçi, 
Mikelancelo və b.) fərqləndirən cəhət onların 
çoxşaxəli  fəaliyyəti  olmuşdur.  Renessans 
dövrünün bir neçə elm və mədəniyyət sahəsi 
ilə  yaxından  tanış  olan  alim  və  ədibləri  öz 
sahələri üzrə şedevr əsərlər yaratmışlar. XIX 
əsrin  II  yarısı  –  XX  əsrin  əvvəllərində 
Qarabağda  yaşayıb  fəsliyyət  göstərmiş 
görkəmli  Azərbaycan  mütəfəkkiri  Nəvvab 
belə şəxsiyyətlərə aiddir. 
Azərbaycan  tarixinə  Mir  Möhsün  Nəvvab 
görkəmli  şair,  filoloq,  rəssam,  xəttat, 
musiqişünas, 
xeyriyyəçi, 
“üsuli-cədid” 
məktəblərinin təərfdaşı kimi daxil olmuşdur.
 
Mir Möhsün Nəvvab 
        (1833-1918) 
 
             Mir  Möhsün  Nəvvab  1833-cü  ildə  Şuşa  şəhərində  adlı-sanlı  bir  ailədə 
anadan olub. Atası Hacı Mirəhməd oğlunu oxutmuş və onu müəllim kimi görmək 
istəmişdir.  Doğrudan  da,  Nəvvab  günlərin  bir  günü  mədrəsədə  dərs  deməyə 
başlayır.  Tez  bir  zamanda  yaxşı  müəllim  kimi  tanınan  Nəvvab  həm  də  şair  kimi 
şöhrət tapır. Onun yazdığı şeirlər dillər əzbəri olur. Bu şeirlərdə Nəvvab zülmkar 
hakimləri,  riyakarlıq  edən  bəzi  din  xadimlərini  tənqid  edir,  elm  və  mədəniyyətə, 
mənəvi-əxlaqi  gözəlliyə  çağırırdı.  Nəvvab  həm  də  lirik  şeirlər  yazırdı.  Şuşada 
yaşayan  şairlərimiz  Nəvvabın  ətrafına  toplaşır  və  o  bu  Azərbaycan  şəhərində 
"Məclisi-fəramuşan"  adlı  ədəbi  məclis  təşkil  edir.  Bu  məclis  bir  çox  şairlərimizin 
sənətkar kimi formalaşmasında böyük rol oynamışdır. 
Şairliklə  bərabər,  Nəvvab  rəssamlıqla  da  məşğul  olmuşdur.  1864-cü  ildə 
onun  "Bəhr  ül-həzən"  ("Qəm  dəryası")  əsərinə  çəkdiyi  illüstrasiyalar  Nəvvabın 
miniatürçü  rəssam  kimi  püxtələşməsindən  xəbər  verir.  Maraqlıdır  ki,  real  həyatı 
təsvir  edən  şəkillərlə  bərabər,  bu  kitabda  fantastik  təsvirlər  də  vardır.  Nəvvabın 
çəkdiyi illüstrasiyalar XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda kitab 
tərtibatının  inkişafına  böyük  təsir  göstərmişdir.  Maraqlıdır  ki,  xəttatlığı  öyrənən 
Nəvvab  kitablarının  mətnlərini  də  özü  köçürürdü.  O  başa  düşürdü  ki,  bu  üsulla 
nadir  kitablar  yaratmaq  olar,  lakin  belə  kitablar  geniş  yayıla  bilməz.  Ona  görə  də 

149 
 
Nəvvab  öz  hesabına  Şuşada  mətbəə  açır  və  burada  litoqrafiya  üsulu  ilə  kitab  çap 
etməyə  başlayır.  Mətbəədən  başqa,  o,  Şuşada  cildxana  da  açır  və  kitab  çapı  işini 
daha  da  təkmilləşdirir.  Nəvvab  tərəfindən  tərtib  edilmiş  kitablar  hal-hazırda  nadir 
eksponatlar kimi Əlyazmalar İnstitutunda saxlanılır. 
Quş və çiçək təsvirləri olan peyzaj xarakterli şəkillər çəkən Nəvvab evinin 
və  dərs  dediyi  məktəbin  divarlarını  da  ornamentlər  və  təsvirlərlə  bəzəmişdir.  Bu 
rəsmlər  son  dərəcə  gözəl  olduğundan  ona  Şuşadakı  Böyük  məscidin  minarələri 
üzərində  ornamental  rəsmlər  çəkmək  təklif  edilir.  Nəvvab  bu  işin  öhdəsindən 
layiqincə  gəlir. Daha sonra Mir Möhsün portret janrında da işləməyə başlayır, bir 
çox şəxslərin portretlərini çəkir. Onun 1902-ci ildə  yaratdığı "Teymurun portreti" 
(türk  dünyasının  məşhur  sərkərdəsi  Əmir  Teymurun)  Azərbaycan  boyakarlığının 
nadir incisi kimi hal-hazırda İncəsənət Muzeyində qorunur. 
Azərbaycan  tarixi  ilə  maraqlanan  Nəvvab  əhalidən  nadir  tarixi  əşyaları 
toplayır,  bu  əşyaların  tariximizin  öyrənilməsində  necə  böyük  əhəmiyyətə  malik 
olması istiqamətində maarifləndirmə işi aparır. Nəticədə o, nadir tarixi əşyalardan 
ibarət  zəngin  bir  kolleksiya  toplayır.  Şərq  silahları  burada  çoxluq  təşkil  edir. 
Nəvvabın  topladığı  əşyalar  sonralar  Azərbaycan  Tarixi  Muzeyinə  təhvil  verilmiş 
və hal-hazırda burada eksponat kimi nümayiş etdirilir. 
Nücum (astronomiya) elmi ilə maraqlanan Mir Möhsün Nəvvab dövrünün 
səviyyəsində astronomiya biliklərinə yiyələnir və onları "Kifayət ül-ətfal" əsərində 
bir  yerə  toplayıb  sistemləşdirir.  O  zaman  Şərqdə  mövcud  olan  astronomiyaya  aid 
dərs vəsaitləri arasında Nəvvabın kitabı ən kamili olmuşdur. 
1913-cü  ildə  Mir  Möhsün  Nəvvabın  yazdığı  iki  kitab  ona  təkcə 
Azərbaycanda deyil, vətənimizin hüdudlarından kənarda da şöhrət qazandırır. Belə 
ki, Bakıda nəşr olunmuş "Təzkireyi-Nəvvab" adlı birinci kitabında o, XVIII  əsrin 
sonu  -  XIX  əsr  Qarabağ  şairlərinin  həyat  və  yaradıcılığını  işıqlandırmış,  onların 
əsərlərindən  parçalar  vermişdir.  Əsərlərin  ədəbi  təhlili  Azərbaycanın  Qarabağ 
bölgəsində  ədəbiyyatımızın  inkişaf  yolu  haqqında  təsəvvür  yaradır.  Bu  əsər 
Nəvvabın  filoloq  alim  kimi  yetişməsindən  xəbər  verir.  Azərbaycan  musiqisinin 
tarixi və nəzəriyyəsi ilə yaxından tanış olan Nəvvab klassik Şərq musiqisi haqqında 
da "Musiqi elmində rəqəmlərin aydınlaşdırılması" adlı kitab yazıb nəşr etdirmişdir. 
Burada o, Şərq musiqisinin keçdiyi inkişaf yolunu izləmiş və əmin nəzəri əsaslarını 
araşdırmağa  çalışmışdır.  Antik  dövr  müəllifləri  Platon  və  Aristoteldən  tutmuş 
müsəlman Şərqinin görkəmli alimləri Ferabi, İbn Sina, Nizami Gəncəvi, Səfiəddin 
Urməvi,  Əbdülqadir  Marağayi  və  başqalarının  tədqiqatlarına  əsaslanan  Nəvvab 
musiqinin  mənşəyi,  musiqi  estetikası,  musiqinin  dinləyicilərə  emosional  təsiri, 
musiqinin şəfaverici xüsusiyyətləri haqqında  müfəssəl  məlumat vermişdir. Riyazi 
əsaslarla musiqini təhlil etməyə çağıran Nəvvab bu əsəri ilə dünya musiqi elmində 
çevriliş  etmişdir.  Bəşəriyyət  indi-indi,  elektron-hesablama  maşınlarının  icadından 

150 
 
sonra,  XX  əsrin  əvvəllərində  Nəvvabın  tərtib  etdiyi  nəzəriyyə  ilə  razılaşır  və  onu 
təsdiqləyir.  "Elektron  musiqi"  kimi  tanıdığımız  musiqinin  yaradılma  ehtimalını 
Nəvvab əvvəlcədən görmüşdür. Bununla belə, o qeyd etmişdir ki, musiqiçi özü ifa 
etdiyi  musiqinin  təsiri  altına  düşdükdə  dinləyicilərinə  təsir  göstərə  bilər.  Bunun 
üçün  o,  musiqi  əsərlərini  ürəkdən  ifa  etməlidir.  Müasir  tibb  elmi  musiqinin 
şəfaverici  qüvvəsini  minlərlə  təcrübələrlə  təsdiqləyir  və  onu  geniş  tətbiq  etməyə 
çağırır. Halbuki Nəvvab hələ bir əsr bundan əvvəl bu barədə yazmış və misallarla 
fikirlərini təsdiqə çalışmışdır. 
Musiqişünas  kimi  tədqiqatlarını  davam  etdirən  Nəvvab  XIX  əsr  -  XX 
əsrin  əvvəlləri  Azərbaycan  musiqi  ifaçılığı  təcrübəsini  ümumiləşdirmiş, 
muğamlarımızın təsnifatını vermişdir. Bundan başqa, o, muğamları orijinal sistemə 
salmış və bu sistemi 5 cədvəldə əks etdirmişdir. 
Cəmiyyətdəki  bir  çox  problemləri  insanların  savadsızlığı  ilə  bağlayan 
Nəvvab  ildən-ilə  kitab  çapını  genişləndirir.  Bundan  əlavə,  o  öz  hesabına  əhalinin 
kasıb təbəqəsi üçün Şuşada qiraətxana açdırır. 
Təhsil  sahəsi  ilə  yaxından  tanış  olan  Mir  Möhsün  humanitar  və  dəqiq 
elmlərlə bağlı ədəbiyyat oxuyur və tezliklə belə qənaətə gəlir ki, mədrəsələrin dərs 
proqramı  real  həyatdan  geridə  qalıb.  Onun  fikrincə,  mədrəsəni  bitirən  şəxs  ali 
məktəblərə  daxil  ola  bilməz  və  deməli,  o  zaman  Rusiya  imperiyasının  tərkibində 
olan Azərbaycanın siyasi və iqtisadi həyatından kənarda qalacaq. Eyni zamanda o, 
imperiyanın Azərbaycanda açdığı məktəblərin proqramları ilə də tam razı deyildi. 
Bu  proqramlar  əsasında  ali  məktəblərə  daxil  olmaq  üçün  kifayət  qədər  bilik  əldə 
edən şagird Azərbaycan tarixi, ədəbiyyatı və islam dinindən xəbərsiz olurdu. 
Problemdən  çıxış  yolunu  Mir  Möhsün  Nəvvab  "üsuli-cədid  məktəbi" 
adlandırılan,  yəni  "yeni  üsul  məktəbləri”nin  açılışında  görür.  Belə  "üsuli-cədid" 
məktəbi  müasir  elmi  nailiyyətləri  ana  dilində  öyrətməli  idi.  Burada  humanitar, 
təbiət  və  texniki  fənlərdən  peşəkar  müəllimlər  dərs  deməli,  eyni  zamanda 
şagirdlərə islam tarixi və şəriət, Azərbaycan tarixi, Azərbaycan və Şərq ədəbiyyatı 
öyrədilməli idi. Belə məktəbi bitirmiş şəxs həm Rusiya və Avropa dövlətlərinin ali 
təhsil  məktəblərinə  daxil  ola  bilər,  həm  də  milli,  dini  köklərindən  ayrı  düşməzdi. 
"Üsuli-cədid"  məktəblərində  dərslər  çətin  olan  heca  üsulu  ilə  deyil,  daha  yaxşı 
qavranılan səs üsulu ilə aparılmalı idi. 
"Üsuli-cədid"  məktəblərinin  açılması  layihəsi  Azərbaycanın  bir  çox 
ziyalıları tərəfindən dəstəklənir, lakin hökumət orqanları belə məktəblərin açılması 
yolunda  heç  bir  tədbir  görmürdülər.  Belə  olduğu  halda  Azərbaycan  ziyalıları  öz 
imkanları  hesabına  "üsuli-cədid"  məktəbləri  açmağa  başlayırlar.  Şamaxıda  Seyid 
Əzim  Şirvani,  Ordubadda  Məmmədtağı  Səfərov  Sidqi  ilk  belə  məktəblər  açırlar. 
Mir  Möhsün  Nəvvab  da  öz  hesabına  Şuşada  belə  bir  məktəb  təşkil  edir.  Çox 

151 
 
keçmir ki, öz keyfiyyəti ilə seçilən "üsuli-cədid" məktəbləri Azərbaycanın bir çox 
yerlərində açılır. 
Azərbaycanda təhsil sisteminin üzləşdiyi əsas problemlərdən biri o zaman 
dərslik  çatışmazlığı  problemi  olmuşdur.  Bu  problemi  aradan  qaldırmaq  üçün  bir 
çox  ziyalılarımız  dərsliklər  yazır,  onları  öz  hesabına  nəşr  etdirib  məktəblərə 
paylayırlar. Nəvvab da bu təşəbbüsə qoşulur. 
XIX  əsrin  II  yarısı  -  XX  əsrin  əvvəllərində  Azərbaycanın  görkəmli  şairi, 
filoloqu, rəssamı, xəttatı və musiqişünası olmuş Mir Möhsün Nəvvab 1918-ci ildə 
Şuşada vəfat etmiş və orada da dəfn olunmuşdur. Hal-hazırda isə onun doğma Şuşa 
şəhəri erməni işğalı altındadır. 

152 
 
Rusiya  və  Sovet  imperiyaları  dövründə 
Azərbaycanın  din  xadimləri  mürtəce,  mühafizəkar 
insanlar  kimi  qələmə  verilmişlər.  Lakin  əslində  din 
xadimlərimizin  bir  çoxu  xalqın  maariflənməsi  üçün 
əllərindən  gələni  etmişlər.  Belə  şəxsiyyətlərdən  biri 
1914-1917-ci 
illərdə 
Zaqafqaziya 
sünni 
müsəlmanlarının  müftisi  Mirzə  Hüseyn  Qayıbzadə 
olmuşdur.  Azərbaycanın  ilk  arxeoqraflarından,  elm 
və  mədəni  irsimizin  toplayıcılarından  biri  kimi 
tanınan  Qayıbzadə  fəaliyyəti  illərində  yüzlərcə 
azərbaycanlı  gəncin  Rusiya  elm  ocqlarında  təhsil 
almasına  nail  olmuş,  yüzlərcə  kənd  məktəbi 
açdırmışdır.  Qori  müəllimlər  seminariyası  nəzdində 
Azərbaycan  şöbəsinin  açılmasında  onun  müstəsna 
xidmətləri  olmuşdur.  Qayıbzadə  özüdə  müəllim 
kimi  fəaliyyət  göstərmiş,  bir  neçə  dərsliyin  müəllifi 
olmuşdur. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin