KUKLA, YOXSA, AYSU?
Günlərin bir günündə, axşam çağı ata işdən evə gəldi ki, evdə gözəl, səliqəli, əl-
üzü tərtəmiz, saçları qəşəng daranmış bir kukla var.
Vay... Bu necə kukladı?! Adam kimi gəzir, adam kimi baxır...
Ata soruşdu:
– Bu kukla hardandı belə? Mən heç onu görməmişəm!..
Birdən... o gözəl kukla güldü:
– Ata, kukla deyiləm e, mənəm!
– Kim?
– Mənəm də!
– Axı, sən kimsən?
– Aysu!
Sən demə, bu kukla, doğrudan da, kukla deyilmiş, Aysu imiş...
Əl-üzünü yuyub, saçını darayıb, təmiz rahat geyib və buna görə də atası elə bilib
ki, Aysu Aysu deyil, Aysu – kukladı...
|