Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə86/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   82   83   84   85   86   87   88   89   ...   147
  

* * *

 

 

Miss Merilin Conson liftlə 23-cü mərtəbədən düşərkən ağlamaqdan qızarmış 

gözlərini silə-silə fikirləşdi ki, bəlkə, doğrudan da, dəli olub və  bəlkə, günorta o 

fleytaya bənzər musiqi alətinin pəncərənin qabağında dayanıb öz-özünə o anlaşılmaz 

melodiyanı çalması həqiqət yox, bir qarabasma imiş?  

Bəs o yanğı? o qüssə? o kədər?.. 

Gördüyünün müdhişliyindən, işdən çıxarılmasının ağrısından başqa, bir hiss də 

– az qala, heyvani bir qorxu hissi – miss Consonun içini deşib-dağıtmaqda idi: bu 

bədbəxt zənci qadın qorxurdu ki, o yanğı, o qüssə, kədər bundan sonra həmişəlik 

onunla bir yerdə olacaq.  

Və  əlbəttə, mister və missis Blyumentalların ağlına gələ bilməzdi ki, miss 

Conson, həqiqətən, olan hadisəni danışır və  bədbəxt miss Merilin Consonun da 

ağlına gələ bilməzdi ki, Azərbaycan adlı uzaq bir məmləkət var və o məmləkətdə 

fleytaya bənzər o musiqi alətinə «balaban» deyirlər və balabanın çaldığı o 

anlaşılmaz, yanıqlı havaya da həmin məmləkətdə «Sarı gəlin» deyirlər. 

 

Oktyabr, 2001.  



 

 

 




 

339


ARABA 

 

 (Şairin ölümü haqqında) 

 

olduqca... 



həddən artıq... 

uy-y-y... 

çox... 

çox... 


çox uzaqlar idi, amma bu uzaqlıq coğrafi bir məsafə deyildi, illərin uzaqlığı idi, 

zırpı-zırpı  dəqiqələrin, ondan da zırpı saatların, ondan da zırpı günlərin, sonra 

ayların, illərin dəhşətli,  əlçatmaz, ünyetməz bir uzaqlığı idi və o uzaqlığı coğrafi 

mənada təkcə (bəlkə də) göydəki ulduzların uzaqlığı ilə müqayisə eləmək olardı və 

göydəki o ulduzlara getmək mümkün olmadığı kimi, xatirələrin, yaddaşın dibində 

olan o uzaqlığa da getmək (təzədən getmək) heç cürə mümkün deyildi və indi, elə 

bil ki, eşikdə şıdırğı bir yağış yağırdı (səssiz yağış) və o uzaqlıq da, bir üzündən (çöl 

tərəfdə) su süzülən pəncərə şüşəsindən o tərəfdə görünürdü... 

... o su süzülən pəncərə  şüşəsindən o tərəfdəki o uzaqlıqda günün qıpqırmızı 

batabat çağında, palçıq yolla cırıldaya-cırıldaya meşədən gələn bir eşşək arabası 

gedirdi və arabaya səliqə ilə odun yığılmışdı və o odunların da üstündə ayağı yalın, 

başı açıq, 6 – 7 yaşında bir oğlan uşağı oturmuşdu... 

... arabanın təkəri hərdən palçıq çuxura düşürdü və o zaman arabanın qabağınca 

piyada gedən kişi – o uşağın atası eşşəyin ipini nə qədər dartsa da, eşşəyə nə qədər 

hədə-qorxu gəlsə  də, qarğış yağdırsa da, heyvan o boyda yükü çəkib o çuxurdan 

çıxara bilmirdi və o uşaq da məcbur olurdu ki, təzə qırılmış, təzə doğranmış odun 

iyinin içindəki o gözəl aləmdən çıxıb, arabadan yerə ensin, sinəsini arabanın 

arxasına dirəyib, bir əli ilə, nazik belində durmayan, tez-tez sürüşüb düşən şalvarını 

yuxarı çəkə-çəkə, o biri ilə də özü özünə kömək eləyə-eləyə, hıqqana-hıqqana güc 

versin və axırı ki, eşşəklə bir yerdə o təkəri palçıq çuxurundan çıxarsınlar... 

... sonra yenə arabadakı yükün başına dırmaşırdı  və yenə o təzə odun iyinin 

içindəki o gözəl aləmə qayıdırdı  və o aləmdə sonrakı o uzun-uzun illərin, o zırpı-

zırpı zaman vahidlərinin heç izi-sorağı da yox idi... 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin