Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə83/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   79   80   81   82   83   84   85   86   ...   147
 

* * *

  

 

Hər şey çox sadə oldu: Fətulla Ələkbəri çağırdı və sədəfli balabanı 1750 ABŞ 

dollarına  Ələkbərə satdı  və  Ələkbər də o balabanı 2250 ABŞ dollarına müştərisi 

Martinius Asbyornsenə (bu adamın adını Ələkbər heç cürə yadında saxlaya bilmirdi

ona görə  də bu balaca, dazbaş, yekəqarın adamın adını kağıza yazırdı  və onunla 

danışanda gözucu kağıza baxırdı) satdı və Martinius Asbyornsen o sədəfli balabanı 

7000 ABŞ dollarına Nyu-Yorkda yaşayan müştərisinə satdı  və  nəhayət, sədəfli 

balaban mister Isaak Blyumentallın mizinin üstünə gəlib çıxdı. 

Mister Blyumentall elə ilk baxışdan o sədəfli balabanın gözəlliyinə  aşiq oldu

onu çox diqqətlə nəzərdən keçirdi, yoxladı, məlumat kitablarından Məhəmməd ibn 

Yusif ibn Mütəllibin orta əsrlərdə  Şərqdə  nəfəsli musiqi alətləri düzəltməkdə

Avropada skripka ustası Stradivariyə  bərabər bir sənətkar olduğunu öyrəndi və o 

balabanı 66500 dollara alıb kolleksiyasının Şərq musiqi alətləri bölməsinə qoydu. 

Onda Nyu-Yorkda payızın əvvəlləri idi... 




Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin