Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə79/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   75   76   77   78   79   80   81   82   ...   147
* * *

 

 

Norveçli Martinius Asbyornsen artıq yeddi il idi ki, Bakıdakı xarici neft 



şirkətlərindən birində baş mühasibin köməkçisi vəzifəsində  işləyirdi və Ibseni çox 

sevsə  də,  əntiq  əşyaların satışı ilə  məşğul olan Bakı  dəllallarını Ibsenin 

qəhrəmanlarından qat-qat yaxşı tanıyırdı, həmin  əntiq  əşyalara baxanda, onların 

gətirəcəyi gəliri  əvvəlcədən hiss edəndə, sevimli bəstəkarı Qriqin musiqisindən də 

qat-qat artıq dərəcədə həzz alırdı. 

Düzdü, indi yerli sakinlər də, dəllallar da beş-altı il bundan əvvəlkilər deyildi, 

çox ayılmışdılar və Sovet Ittifaqı dağılandan sonra ki, sərhədlər açılmışdı, Bakıya 

gəlib-gedən xaricilər əntiq əşyaları – qədim Azərbaycan xalçalarını, zərgər işlərini, 

misgərlik nümunələrini, lap elə müasir rəssamların əsərlərini su qiymətinə alırdılar, 

xaricə aparıb on qat, hətta, yüz qat artıq qiymətə satırdılar, ya da çox az pulla 

özlərinə zəngin, qiymətli şəxsi kolleksiyalar düzəldirdilər – beş-altı il bundan əvvələ 

qədər belə idi, sonra isə, təzə dəllallar peyda oldu, qiymətlər qalxdı, amma nə qədər 

qalxsa da, respublikanın sakinləri nə  qədər ayılsalar da, əntiq Azərbaycan və  Şərq 

əşyalarının Azərbaycandakı qiyməti Avropada və ABŞ-dakı qiymətlərə nisbətən çox 

ucuz idi. 

Əlbəttə, həmişə belə olmayacaqdı, fürsətdən istifadə etmək lazım idi. Düzdü, 

belə getsəydi, bir-iki ildən sonra Azərbaycanda daha heç nə qalmayacaqdı, amma 

bu, sonranın problemi idi və bu problemlə, qoy, gələcəyin adamları  və 

azərbaycanlıların özü məşğul olsun.  

Təbiətən cəld, ağıllı və işbacaran bir adam olan Martinius Asbyornsen isə, həm 

də çox ayıq adam idi, əvvəlcə özünə  qədim Azərbaycan xalçalarından və xalça 

məmulatlarından ibarət gözəl və qiymətli şəxsi kolleksiya düzəltdi, sonra başa düşdü 

ki, bu yerdə şəxsi kolleksiya ilə kifayətlənmək olmaz, əməlli-başlı biznesə girişmək 

lazımdır – başa düşdü və cani-dildən fəaliyyətə başladı, bu illər  ərzində  həmin 

biznesin gizli yollarını da, rəsmi yollarını da yaxşıca mənimsədi və yaxşı da pul 

qazandı. 

Norveçdəki tanış-bilişlərinin (elə özünün də!) heç ağlına da gəlməzdi ki, 

haçansa Sovet Ittifaqı dağılacaq və o qorxunc Sovet Ittifaqının dağılması Martiniusu 

bəxtəvər edəcək, dünənə qədər heç kimin tanımadığı Azərbaycan adlı bir ölkədə bu 

balaca, dazbaş, yekəqarın adamın bəxti beləcə açılacaq. 




 

331


 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin