Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə78/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   74   75   76   77   78   79   80   81   ...   147
* * *

 

 



 

329


Həmin gözəl yaz günü klarnetçalan Fətulla həmişəki kimi, sübh tezdən 

yatağından qalxıb  əl-üzünü yumağa gedəndə, arvadı – Firuzə – elə bil, elə onun 

durmağını gözləyirdi, mətbəxdən başını uzadıb: 

– Fətulla, durdun?– soruşdu, sonra da: – Sözüm var e, sənə... Get, yuyun, 

sonra... – dedi və bu sözləri elə dedi ki, Fətullanın ürəyindən tarın sarı simi kimi çox 

nazik, amma çox da sərt bir sızıltı keçdi: Firuzənin bu səsində bir yazıqlıq var idi, 

acizlik var idi və  Fətulla boyda kişi  əl-üzünü yuya-yuya özünü güclə saxladı ki, 

əməllicə kövrəlməsin və ürəyində bu dünyanın qarasına yağlı bir küçə söyüşü söydü

çünki son vaxtlar,– səbəbi nə idi? heç özü də bilmirdi!– arvadının cavanlıq çağları 

tez-tez gəlib gözlərinin qabağında dururdu, o çağları ki, indi xınadan qıpqırmızı 

qızarmış ağ saçların heç izi-tozu da yox idi, bilək yoğunluğunda qapqara iki hörüyü, 

az qala, topuğunacan uzanırdı, qəddi-qamətli bir ceyran balası idi və günə deyirdi, 

sən çıxma, mən çıxacağam, aya deyirdi, yox, sən çıxma, mən çıxacağam və bütün 

məhəllə cavanlarının gözü o hörüklü qızda idi, o hörüklü qız isə o qədər cavanın 

arasından onu, yəni, indi ürəyindəki o sızıltı ilə əl-üzünü yuyan Fətullanı seçdi. 

Fətullanı seçdi, amma ona görə seçmədi ki, otuz ildən sonra, aya, günə meydan 

oxuyan o qızın səsi indi belə yazıqlaşsın, ona görə seçmədi ki, Firuzə bu yaz 

məhəllədəki dalbadal beş toyun beşinə də eyni paltarda getsin, ona görə seçmədi ki...  

və Fətulla az qaldı əlindəki sabunu güzgüdəki əksinə çırpsın... 

yaxşı... 

bəsdi... 

başqaları səndən də pis gündədi... 

və o vaxtlar Fətulla da qara, qıvrımsaçlı, qabağındanyeməyən, həyət qapıları ilə 

üzbəüz qoşa tut ağacının kölgəsində oturub küçədən ötən, pəncərələrdən boylanan 

məhəllə  qızlarının xəlvəti baxışları altında  şəstlə  nərd oynayan və  məhəllə 

cavanlarının hamısını udan bir oğlan idi və o hörüklü qızın bu qədər cavanın içində 

Fətullanı seçməyi də, yayın cırhacır istisində məhəllə kişilərinin bu qoşa tut ağacının 

kölgəsində oturması kimi bir şey idi, yəni, təbii idi, burada təəccüblü heç nə yox idi, 

Fətulla görkəmiylə  də,  ədasıyla da o hörüklü qıza layiq bir cavan idi, amma elə o 

vaxtlar papaqçı Cəfər – hörüklü qızın atası – iki ayağını bir başmağa dirədi ki, mən 

zurnaçalana qız verməyəcəyəm. 

Məsələ burasında idi ki, Fətullagil nəsillikcə musiqiçi idilər, ulu babası da, 

babası da, atası da Bakının məşhur balaban çalanları olmuşdular və Fətulla özü də 

lap uşaqlıqdan balaban çalmağa başlamışdı və balaban hava kimi, su kimi bir şey idi 

və Fətulla üçün bizim bu gözəl dünyamızda balabansız yaşamaq mümkün olan bir iş 

deyildi, amma papaqçı  Cəfər ki, iki ayağını bir başmağa dirədi, Fətulla o hörüklü 

qızdan ötrü bütün həyatının mənası hesab elədiyi balabandan əl çəkdi, klarnetə 

keçdi.  


Klarnet, görünür, papaqçı Cəfər üçün balabandan xeyli hörmətli imiş və papaqçı 

Cəfər axır ki, o hörüklü qızın razılığını verdi. 

O vaxtdan düz otuz altı il keçib. 

Bu otuz altı ildə  Fətullanın klarneti çox məclislər yola salmışdı, çox toylar 

çalmışdı, böyük bir ailəni – özləri və beş  qız – dolandırmışdı, o klarnet qızları 

böyütmüşdü, oxutmuşdu, onları ərə vermişdi. 




 

330


Sovet vaxtında indiki qədər çalğıçı yox idi, amma elə ki, Sovet Ittifaqı dağıldı, o 

qədər oxuyan, çalan peyda oldu ki, məəttəl qalmalı iş idi – bunlar əvvəllər harda idi? 

müstəqillik bunlara necə hamilə olmuşdu ki, birdən-birə bu qədər doğdu bunları? və 

hamısı da çalğı çalandan çox, yaxşıca mantyor idi, bu mənada ki, bütün çalğı 

alətlərini elektrikə calayırdılar, bir hay-küy salırdılar, bir oyun çıxarırdılar, bir geyim 

geyinirdilər ki, Fətullanın klarneti axırda balaca bir kababxanalıq oldu və bir vaxtlar 

eləcə pul gətirən o klarnet indi ancaq həmin kababxanaya gələn üç nəfərin, beş 

nəfərin cibinə baxmağa məcbur oldu. 

Və Fətulla əl-üzünün sabununu yuya-yuya gözlərini qaldırıb güzgüyə baxmırdı, 

bu çalbaş, bığları ağappaq ağarmış kök kişiyə baxmaq istəmirdi, amma, o məqamda, 

elə bil, güzgü maqnitə dönmüşdü, Fətullanın gözləri də  dəmirə – güzgü o gözləri 

özünə çəkirdi...  

mənə baxmalısan!..  

mənə baxmalısan!.. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin